Mehdi Yusefi - Wikipedia
Mehdi Yusefi (18 yanvar 1990) — İranlı taekvondoçu. Mehdi Yusefi İranı 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi.
Mehdi Yusefi | |||||
---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||
Tam adı | Mehdi Yusefi | ||||
Vətəndaşlığı | İran | ||||
Doğum tarixi | |||||
İdman növü | Taekvondo | ||||
Medallar
|
|||||
18 may 2017 tarixində yenilənib. |
Karyerası
redaktəMehdi Yusefi birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilər 63 kq çəkidə, 1/8 final mərhələsində Səudiyyə Ərəbistanının nümayəndəsi Mübarək Əlşaref üzərində 26:5 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldi. Növbəti mərhələdə Türkiyənin nümayəndəsi Ferhat Kavurat ilə üz-üzə gəldi və rəqibinə 11:8 hesabı ilə qalib gəldi.
Yarımfinal qarşılaşmasında Yusefi İordaniyanın nümayəndəsi Məhəmməd Assfur ilə üz-üzə gəldi və rəqibinə 29:17 hesabı ilə qalib gələrək finala adını yazdırdı. Finalda isə rəqibi Qazaxıstan nümayəndəsi olan Alimjan Serikbayevə 27:7 hesabı ilə qalib gələrək qızıl medalın sahibi oldu.[1]
Mənbələr
redaktəİstinadlar
redaktə- ↑ "Mahdi Yousefi" (PDF). 2017 Islamic Solidarity Games. İstifadə tarixi: 14 May 2017.[ölü keçid]