Megadeth - Wikipedia
Megadeth — ABŞ-də tanınmış metal-qrup. Kaliforniya ştatının Los-Anceles şəhərində 1983-cü ildə yaranmışdır.
Megadeth | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
spid-metal treş-metal heavy metal hard-rok |
Fəaliyyət illəri |
1983—2002 2004—h.h. |
Ölkə | ABŞ |
Şəhər | Los-Anceles, Kaliforniya |
Leybl |
Combat Records (1984—1986) Capitol Records (1986—2000) Sanctuary Records (2001—2006) Roadrunner Records (2006—2013) Tradecraft (2013—h.h.) |
Heyət |
Deyv Masteyn Devid Ellefson Kiko Loureiro Dirk Verbeuren |
Keçmiş üzvlər | Bax: Keçmiş üzvləri |
www.megadeth.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Qrup haqqında
redaktə1981-ci ildə Metallica'ya qatılan lakin müxtəlif anlaşılmazlıqlar nəticəsində qrupdan çıxardılan Dave Mustaine (gitara, vokal), David Ellefson (bas gitara), Greg Handevidt (gitara) və Dijon Carruthers'dan (davul) ibarət heyətlə Megadeth qrupunu yaratdı. Metallicadan qovulmağı ona qarşı edilən bir haqsızlıq olaraq xarakterizə edən Mustaine, yeni qrupuyla Metallicadan daha sürətli bir sounda sahib olmaq üçün işlərə başladı.
İlk illər (1983-1984)
redaktəMetallica daha tam qurulmadan əvvəl 1982-ci ildə çıxardığı demo albomu olan "No Life 'Til Leather" albomunda yer alan və sözlərin çoxu Dave Mustaine'ə aid olan "The Mechanix" mahnısını yenidən hazırladı. Bu mahnı sonrasında vurma alətlərinin ifaçısı Dijon Carruthers'in yerinə Lee Rausch heyətə daxil oldu. 1983-ci ildə isə gitarist Greg Handevidt qrupdan ayrılarkən, geriyə qalan üçlü "Last Rites/Loved To Death", "Skull Beneath The Skin" və "Mechanix" mahnılarının olduğu üç hissəlik bir demo hazırladı. Slayer qrupundan Kerry King'i (gitar) ikinci gitarist olaraq qrupa daxil edən birlik, beləcə ilk canlı performanslarını sərgiləməyə başladı. 1984-ci ildə vurma alətlərdəki ifaçı Lee Rausch Megadeth'dən ayrılma qərarı alarkən, qrupa fusion vurma alətləri ifaçısı Gar Samuelson daxil oldu. Hazırladıqları demo ilə musiqi tənqidçilərinin marağını çəkməyi bacaran Megadeth, eyni il müstəqil səsyazma şirkəti Combat Records ilə razılaşmağa imzaladı. Kerry King ilə yalnız canlı performanslarda bir yerə gələn qrup, bu boşluğu Samuelson'un yaxın yoldaşı Chris Poland ilə bağladı.
Killing Is My Business... and Business Is Good! (1985–1986)
redaktə1985-ci ildə "Killing Is My Business ... And Business Is Good!" adlı ilk albomunu nümayiş edən Megadeth, albomun soundunda speed metaldan nümunələr sərgilədi. Nancy Sinatra mahnısı "These Boots Are Made For walkin'"-i fərqli bir səsləndirmə ilə alboma əlavə edən qrup, albom sonrasında Exciter qrupuyla birlikdə Amerika və Kanadada tunelərə qatıldı. Turne əsnasında Chris Poland qrupdan ayrılarkən, qrupa turne gitaristi Mike Albert yoldaşlıq etdi. Poland 1985-ci ildə qrupa qayıtdı və qrup 2-ci albom üzərində işə başladı.
Peace Sells... but Who's Buying? (1986–1987)
redaktə1986-ci ildə "Peace Sells ... Bud Who 's Buying?" Adlı 2-ci albomunu hazır edən ancaq şirkətinin büdcəsindən qaynaqlanan problemə görə istədiyi nəticəyə çata bilməyən Megadeth, bu problemi Capital Records ilə razılaşaraq həll etdi. Albomun miksajında prodüser Andy Somers ilə bir yerə gələn qrup, Noyabr ayında albomunu satışa çıxardı. Albomla bir çox musiqi tənqidçilərindən müsbət rəy alan qrup, xüsusilə alboma adını verən "Peace Sells" mahnısı ilə böyük maraqla qarşılandı. Mahnıya bir də video klip çəkən qrup, bu kliplə MTV'nin "Headbangers Ball" proqramında tez-tez yer almağa başladı. Ayrıca mahnının bas versiyası MTV News'in tema musiqisi olaraq istifadə edilərkən, qrup 1987-ci ildə Alice Cooper'in "Constrictor" turnesine daxil oldu. Bu turne sonrasında Mercyful Fate ilə Amerika turnesine qatılan dördlü, Mart ayında isə ilk dəfə dünya turnesine çıxaraq İngiltərədə Overkill və Necros ilə bir səhnəni paylaşdı. Konsertlərin ardından qrup daxilində gərginliklər başlayarkən, Chris Poland və Gar Samuelson qrupdan qovuldu. Qrupa vurma alətlərin ifaçısı Chuck Behler və Malice qrupundan Jay Reynolds gitarist olaraq əlavə edildi, ancaq Reynolds ilə də problemlər yaşayan qrup üzvləri bu boşluğu Reynolds'ın müəllimi Jeff Young ilə tamamladı.
So Far, So Good... So What! (1988–1989)
redaktə1988-ci ildə "So Far, So Good ... So What!" Adlı 3-cü albomunu nəşr edən Megadeth, albomun istehsalında ilk başda Paul Lani ilə razılaşdı. Ancaq albom hazırlığı əsnasında Mustaine ilə Lani arasında başlayan gərginlik daha da pis hal aldı və albomun miksajını Michael Wagener tamamladı. Albomla soundunu davam etdirən qrup, Sex Pistols'un mahnısı "Anarchy In The UK"-ni fərqli bir versiyonla alboma daxil etdi. Albomla Amerika siyahılarında 28-ci sırada olmağı bacaran qrup, eyni il Penelope Spheeris'in sənədli filmi "The Decline Of Western Civilization II: The Metal Years" da iştirak etdi. Ayrıca "So Far, So Good ... So What!" albomunun təqdimatı üçün Dio ilə birlikdə Avropada konsertlər reallaşdıran qrup, bu konsertlərdən sonra Iron Maidenin "Seventh Son Of A Seventh Son" turnesinə daxil oldu. KISS, Iron Maiden, Guns N’ Roses və David Lee Roth ilə "Monsters Of Rock" Avropa turnesində də iştirak edən dördlü, bu turneni ilk konsert sonrasında tərk etdi.
Sıx bir tempdə keçən konsert silsilələri sonrasında Chuck Behler və Jeff Young qrupdan ayrılarkən, qrupa Behler'in vurma alətləri ifaçısı Nick Menza daxil oldu. Bir müddət ikinci gitarist olmadan işlərinə davam edən Megadeth, 1989-cu ildə Wes Cravenin "Shocker" filminin soundtrackına Alice Cooper'in "No More Mr. Nice Guy" mahnısını başdan ifa edərək əlavə etdi. 1990-cı ildə gitara virtuozu Jason Becker ilə Cacophony qrupunun üzvü və "Dragon s Kiss" (1988) adlı solo albomu olan gitarist Marty Friedmanın heyətinə əlavə edən qrup, yeni heyətiylə 4-cü albomun işlərinə başladı.
Rust in Peace (1990–1991)
redaktə1990-ci ilin sonunda "Rust In Peace" adlı 4-cü albomunu satışa çıxaran Megadeth, albomun istehsalında Mike Cline ilə əməkdaşlıq etdi. Albomun sözlərində siyasi rəftarını göstərən qrup, xüsusilə Friedman'ın gitara soloları və Menza'nın zərb texnikasıyla zamanın ən əhəmiyyətli thrash metal albomlarından birinə imza atdı. Amerika siyahılarında qrupu 22-ci sıraya yerləşdirən albom, İngiltərə siyahılarında isə 8-ci sıraya yerləşdi. Albomdan "Holy Wars ... The Punishment Due" və "Hangar 18" adlı mahnıları single olaraq çıxardan qrup, mahnılara çəkdiyi video kliplərlə də pərəstişkarlarını sevindirdi. "Rust Peace" albomunun ardından Slayer, Testament və Suicidal Tendencies ilə birlikdə "Clash Of The Titans" adlı Avropa turnesinə çıxan qrup, eyni zamanda Judas Priest ilə də eyni səhnəni bölüşdü.
1991-ci ildə "Clash Of The Titans" Amerika turnesinə Slayer, Anthrax və Alice In Chains ilə başlayan Megadeth, eyni il "Rust In Peace" albomuyla "Ən Yaxşı Metal Performansı" ilə Qremmi mükafatına namizəd göstərildi. Eyni zamanda "Bill And Ted s Bogus Journey" adlı filmə "Go To Hell" adlı mahnı yazan qrup, ayrıca "Super Mario Bros" filmi üçün də "Breakpoint" adlı mahnı da yazdı. Qrup eyni il "Rusted Pieces" adlı videosunbu da pərəstişkarları ilə bölüşdü.
Countdown to Extinction (1992–1993)
redaktə1992-ci ilin sonunda "Countdown To Extinction" adlı 5-ci albomunu pərəstişkarlarına təqdim edən Megadeth, albomun istehsalında Max Norman ilə çalışdı. Albomun soundunda heavy metal tərzinə qayıdan qrup, albomla Amerika siyahılarında 2-ci sırada olarkən, İngiltərə siyahılarında 5-ci sırada olmağı bacardı. Albomdan "Foreclosure Of A Dream", "Symphony Of Destruction", "Skin O 'My teeth" və "Sweating Bullets" mahnılarını single olaraq yayımlayan qrup, 1993-cü ildə növbəti dəfə Qremmiyə "Ən Yaxşı Metal Performansı" namizəd olaraq göstərildi. Megadeth pərəstişkarlarına görə qrupun ən müvəffəqiyyətli albomu olaraq qəbul edilən "Countdown To Extinction" sonrasında qrup, 1992 ilində "Exposure Of A Dream" adlı 2-ci videosunu pərəstişkarlarına təqdim etdi.
"Countdown To Extinction" albomundan sonra Suicidal Tendencies və Pantera ilə dünya turnesinə çıxan Megadeth, 1993-cü ilin başında da Stone Temple Pilots ilə eyni səhnəni bölüşdü. Eyni il "Angry Again" adlı mahnını "Last Aciton Hero" adlı filmin soundtrackına əlavə edən qrup, ilin sonunda ilk dəfə Metallica ilə eyni səhnəni paylaşdı. Ayrıca Aerosmith ilə də konsertlər reallaşdıran qrup, ili "Beavis And Butt-head Experience" adlı filmin soundtrackına "99 Ways To Die" adlı mahnını əlavə edərək bağladı.
Youthanasia (1994–1995)
redaktə1994-ci ilin noyabr ayında Max Norman prodüserliyində "Youthanasia" adlı 6-cı albomunu satışa çıxaran Megadeth, albomuyla Amerika siyahılarında 4-cü sıraya yerləşdi. Albomun sözlərində mifologiya, nüvə müharibəsi, təcavüz, qumar və həyatı sorğulayan qrup, albomun soundunda isə digər albomlara görə daha melodik mahnılara imza atdı. Oktyabr ayında MTV studiyalarında bir performans reallaşdıran qrup, burada albomdan "Train Of Consequences" adlı mahnının video klipini pərəstişkarlarına tanıtdı. Albomdan "A Tout le Monde" adlı mahnını da single olaraq yayımlayan qrup, albom sonrasında ilk əvvəl "Corrosion Of Conformity" ilə Avropada, sonrasında isə Flotsam And Jetsam, Korn və Fear Factory ilə Amerikada turnedə iştirak etdi. Bu konsertlərdən sonra Braziliyaya keçərək Alice Cooper və Ozzy Osbourne ilə eyni səhnəni paylaşan qrup, 1995-ci ildə "Tales From The Crypt Presents: Demon Knight" adlı filmin soundtrackına "Diadems" adlı mahnını yazaraq və əfsanəvi qrup Black Sabbath üçün hazırlanan hörmət albomuna qrupun "Paranoid" mahnınısı başdan ifa edərək əlavə etdi.
1995-ci ilin mart ayında "Youthanasia" albomunu "Hidden Treasures" adlı albomu ilə yenidən yayımlayan Megadeth, bu albomun içərisində soundtrackları və digər yığma albomlar üçün hazırlanan mahnıları saxladı. Qrup əlavə olaraq Sex Pistols'un mahnısı "Problems"-i başdan ifa edərək alboma əlavə edən qrup, ilin sonunda "Hidden Treasures" albomunu EP olaraq Amerika və Yaponiyada pərəstişkarları ilə bölüşdü. "Youthananasia" albomundan sonra dünya turnesinə çıxan Megadeth, turnedən sonra Dave Mustaine'nin MD.45 adlı layihəsinə yönəlməsiylə bir müddət istirahət çəkildi. Foreigner və Bad Company qruplarının menecerliyini etmiş olan Bud Prager'ı qrupa menecer olaraq gərirən Megadeth, 1996-ci ilin sonuna doğru 7-ci albomun işlərinə başladı.
Cryptic Writings (1997–1998)
redaktə1997-ci ilin iyun ayında "Cryptic Writings" adlı albomunu satışa çıxaran Megadeth, alboma sərt mahnılarla birlikdə melodik və oryantal hissli mahnılar da əlavə etdi. Albomun istehsalında Dann Huff ilə çalışan qrup, albomuyla Amerika siyahılarında 10-cu sıraya yerləşdi. Albomun sözlərində siyasi fikirlərdən uzaqlaşan qrup, albomda daha fərdi sözlərə yer verdi. Albomdan "Almost Honest", "Trust", "Use The Man" və "A Secret Place" mahnılarını single olaraq yayımlayan qrup, "Trust" ilə Amerika Müasir Rok siyahılarında zirvəyə çıxmağı bacardı. İyun ayında Misfits ilə dünya turnesinə çıxan qrup, Amerikada isə Life Of Agony və Coal Chamber ilə eyni səhnəni paylaşdı. Bu konsertlərdən sonra 1998-ci ildə Ozzfest'ə daxil olan qrup, vurma alətlərinin ifaçısı Nick Menza'nın dizində şiş olması səbəbiylə turneni Suicidal Tendencies üzvü Jimmy DeGrasso ilə tamamladı. "Trust" mahnısı ilə "Ən Yaxşı Metal Performansı" ilə Qremmi mükafatına namizəd göstərilən qrup, eyni il "Duke Nuke" adlı kompüter oyunun musiqiləri üçün "Grabbag" və "New World Order" adlı mahnıları yazdı.
Risk (1999–2000)
redaktə1999-cu ildə "Risk" adlı 8-ci studiya albomunu pərəstişkarları ilə paylaşan Megadeth, "Cryptic Writings" albomunun müvəffəqiyyətiylə bu albomda da prodüser olaraq Dann Huff ilə yenidən əməkdaşlıq etdi. Nick Menza'nın iştirak etmədiyi albomda vurma alətləri vəzifəsini Jimmy DeGrasso öz boynuna götürdü, albom Amerika siyahılarında 16-cı sırada qaldı. Albomun soundunda əvvəlki albomlara görə dəyişiklik edən qrup, bu yeni soundla bəzi pərəstişkarlarını xəyal qırıqlığına uğratdı. Bu səbəbdən qrup, albomdan "Crush'Em", "Breadline" və "Insomnia" mahnılarını single olaraq satışa çıxardı.
1999-ci ilin sonuna doğru "Risk" albomunun təqdimatı üçün Iron Maiden ilə Avropada performanslar reallaşdırmağa başlayan Megadeth, turnenin ikinci ayında tərz fərqliliyi səbəbilə Marty Friedman ilə yollarını ayırdı. Heyətə Savatage gitaristi Al Pitrelli daxil olarkən, yeni heyət ilk işini ikinci Black Sabbath albomu "Nativity In Black II"-da iştirak edən "Never Say Die" adlı mahnısı ilə reallaşdırdı. 2000-ci ildə "Capitol Punishment: The Megadeth Years" adlı yığma albomu yayımlayan Megadeth, alboma "Kill The King" və "Dread And The Fugitive Mind" adlı iki yeni albom əlavə etdi. Eyni il Anthrax və Mötley Crüe ilə birlikdə "Maximum Rock" adlı turneyə qatılan qrup, eyni zamanda Capitol Records ilə olan razılaşmasını bitirərək Sanctuary Records ilə razılaşma imzaladı. "Risk" albomuyla istədiyi uğuru əldə edə bilməyən qrup, beləcə yeni albomdan əvvəl menecer Bud Prager'ın da vəzifəsini sonlandırdı.
The World Needs a Hero (2001–2002)
redaktə2001-ci ildə "The World Needs A Hero" adlı 9-cu albomunu yayımlayan Megadeth, albomun istehsalında Bill Kennedy ilə birlikdə çalışdı. Albomun sounduyla heavy metal tərzinə geri qayıdan qrup, albomla Amerika siyahılarında 16-cı sırada qaldı. Albomdan "Moto Psycho" adlı mahnını single olaraq yayımlayan qrup, albomdan sonra AC/DC ilə birlikdə Avropada, Iced Earth və Endo ilə birlikdə Amerikada eyni səhnəyə çıxdı. Eyni il içində Megadeth, Avropa turnesine daxilində Türkiyədə ilk konsertini verdi. Arizonada reallaşdırdıqları bir konserti "Rude Awakening" adlı konsert albomunda yığan qrup, albomu 2002-ci ilin mart ayında satışa çıxardı. Eyni il Dave Mustaine'nin sağlamlıq problemləri üzündən az qala dağılma mərhələsinə gələn qrup, Mustaine'nin müalicəsi bitdikdən sonra "Still Alive ... And Well?" adlı yığma albomu pərəstişkarları ilə paylaşdı.
Sağlamlıq problemlərini 2003-ci ildə həll edən Mustaine, 2004-cü ildə yeni Megadeth albomunun işlərinə başlamaq qərarı aldı. "Rust In Peace" albomunun heyətini bir araya gətirməyi planlaşdıran musiqiçi, Dave Ellefson və Marty Friedman'dan gələn rədd cavabından sonra bu layihədən imtina edərək köhnə Megadeth gitaristi Chris Poland ilə birlikdə yeni albomun işlərinə başladı.
The System Has Failed (2004–2005)
redaktəVinnie Colaiuta (vurma alətlər) və Jimmy Sloas'ın (bas gitara) da daxil olduğu "The System Has Failed" adlı albom 2004-ci ilin sonuna doğru yayımlandı. Qrup albomun istehsalında Jeff Balding ilə çalışdı. Albomun soundunda thrash metaldan nümunələr sərgiləyərək pərəstişkarlarını xoşbəxt edən qrup, albomla Amerika siyahılarında 18-ci sırada qaldı. Albomdan "Die Dead Enough" və "Of Mice And Men" mahnıları single olaraq satışa çıxarıldı və 2004-cü ildə heyətə James McDonough (bas gitara) və Glen Drover (gitara) əlavə olunaraq turneyə çıxıldı. Zərb alətləri vəzifəsini ilk başda Nick Menza'ya təhvil verməyi düşünən Mustaine, Menza'nın qeyri-kafi qalması səbəbi ilə qrupa Glen Drover'ın qardaşı Shawn Drover daxil oldu.
2004-cü ildə Megadeth "Killing Is My Business" albomundan sonra bu səfər "Peace Sells ... Bud Who 's Buying?" albomundan "Risk" albomuna qədər olan ("Risk" daxil) bütün Megadeth albomlarını gözdən keçirərək daha yaxşı bir sounda çatdırdı. Yeni heyətiylə 2005-ci ildə Exodus ilə Amerika turnesinə çıxan Megadeth, Avropada isə Diamond Head və Dungeon ilə çıxış edən qrup, Avropa turnelərində Rock Istanbul Festivalı çərçivəsində Türkiyədə 2-ci konsertlərini verdi.
Gigantour (2005–2006)
redaktəEyni il Mustaine'nin təşkil etdiyi "Gigantour" adlı festivalda Dream Theater, Anthrax, Fear Factory, Dillinger Escape Plan, Nevermore, Life Of Agony, Symphony X, Dry Kill Logic və Bobaflex ilə səhnəyə çıxan qrup, eyni sənədə Megadeth öz veb səhifəsində hazırladığı anketdə pərəstişkarların rəylərinə görə ən yaxşı mahnılardan ibarət olan "Greatest Hits: Back To The Start" adlı yığma albomu pərəstişkarlarına təqdim etdi. Daha sonra bu yığma alboma 1999-cu ilin 27 dekabr tarixində Denver, Colorado'da verdikləri konsertlərdən ibarət bir DVD əlavə olundu. Albom üçün 2000-ci ildə "Capitol Punishment: The Megadeth Years" albomunda yer alan "Kill The King" mahnısını single olaraq seçdilər.
2006-ci ildə "Arsenal of Megadeth" adlı DVD'ni satışa çıxaran Megadeth, 2007-ci il 15 may tarixində yeni Megadeth "United Abominations" adlı yeni albomunu yayımladı. Albom, siyaysi olmasıyla ABŞ'da reaksiya almış olmasına baxmayaraq, Amerikada 8-ci sıraya, Kanadada 5-ci sıraya və İngiltərədə 22-ci sıraya yüksələrək qrup yeni bir heyətlə köhnə müvəffəqiyyətini yenidən əldə etmiş oldu. Albomun istehsalında Jeff Balding və Andy Sneap ilə işləyən qrup, alboma "Youthanasia" albomunda yer alan "A Tout Le Monde" mahnısını Lacuna Coil'dən Cristina Scabbia'nın vokalı ilə "Set Me Free" adı altında daxil etdi. Albomda həm də Led Zeppelin mahnısı "Out On The Tiles"-ı da başdan ifa edən qrup, albomdan ilk single olaraq "Set Me Free" mahnısını seçdi. Megadeth'in 2005-ci ildə "Pepsi Music Festival" çərçivəsində Argentinanın paytaxtı Buenos Ayresdə 25.000 dinləyici qarşısında verdikləri konsert, 2007-ci il 6 mart tarixində "That One Night" adında DVD olaraq satışa çıxarıldı.
2007-ci il 9 oktyabr tarixində Megadeth, "Warchest" adlı 1 DVD və 4 CD'dən ibarət olan bir yığma albom yayımlayır. Albomda, Megadeth'in 1984-ci ildən bu yana ifa etdiyi bir neçə canlı performans və Megadeth albomlarında yer almayan mahnılar var. Bunlardan əlavə albomda sevilən Megadeth mahnıları da yer alır. 2008-ci ildə Megadeth, Avropa turnelərinə başlamadan əvvəl qrupun gitaristi Glen Dorver qrupdan ayrıldı və yerinə Nevermore və Jag Panzer qrupunun gitaristi Chris Broderick qrupa daxil oldu və qrup turnelərinə davam etdi. Glen Drover'ın ayrılma səbəbi isə ailəsindən ayrı qala bilməməsi və onlara daha çox vaxt ayıra bilməməsi idi. 2009-cu ildə "Endgame" adlı studiya albomunun yayımlanmasından sonra qrupun bas gitaristi James Lomenzo qrupdan ayrıldı və yerinə qrupun köhnə bas gitaristi David Ellefson gəldi. 2015 ci ildə qrupa gitarist Kiko Louriero və baterist Dirk Verbeuren gəldi. 2016cı ildə ilə birgə dystopia albomu işıq üzü gördü.
Qrupun heyəti
redaktəİndiki üzvləri
redaktə- Deyv Masteyn — vokal, gitara (1983—2002, 2004—h.h.)
- Devid Ellefson — bas-gitara (1983—2002, 2010—h.h.)
- Dirk Verbeuren— zərb alətləri (2016—h.h.)
- Kiko Louriero — gitara (2015—h.h.)
Keçmiş üzvləriredaktə
|
Sessiya musiqiçiləriredaktə
|
Zaman şkalası
redaktəDiskoqrafiya
redaktəStudiya albomları
redaktə- 1985 - Killing Is My Business... and Business Is Good!
- 1986 - Peace Sells... but Who's Buying?
- 1988 - So Far, So Good... So What!
- 1990 - Rust in Peace
- 1992 - Countdown to Extinction
- 1994 - Youthanasia
- 1997 - Cryptic Writings
- 1999 - Risk
- 2001 - The World Needs a Hero
- 2004 - The System Has Failed
- 2007 - United Abominations
- 2009 - Endgame
- 2011 - Thirteen
- 2013 - Super Collider
- 2016 - Dystopia
- 2022 - The Sick, the Dying... and the Dead!
Konsert albomları (live)
redaktə- 2002 - Rude Awakening
- 2007 - That One Night: Live in Buenos Aires
- 2010 - Rust in Peace Live
- 2010 - The Big 4 Live from Sofia, Bulgaria
Yığma albomları (toplu)
redaktə- 2000 - Capitol Punishment: The Megadeth Years
- 2002 - Still Alive... and Well?
- 2005 - Greatest Hits: Back to the Start
- 2007 - Warchest
- 2008 - Anthology: Set the World Afire
Sinqllar
redaktə
|
|
|