Mese Suleysini - Wikipedia
Meşə süleysünü (lat. Dryomys nitedula) gəmiricilər dəstəsinin süleysinlər fəsiləsinə aid məməli heyvan növüdür.
Meşə süleysini | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Meşə süleysini |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Xarici görünüşü
redaktəÖlçücə süleysindən kiçikdir, bədənin uzunluğu 90 – 110 mm, arxa pəncənin uzunluğu isə 19 – 22 mm-dir. Quyruğunun uzunluğu təxminən bədənin uzunluğuna bərabər. Kütləsi 30-40 q-dır. Quyruğu yana daranmış tüklərlə örtülüdür. Kəllənin uzunluğu 24 – 26 mm olub, gözarası məsafə hamardır. Təbil kameraları iri və uzunsov şəkildədir. Xəzi bozumtul-pas və ya sarımtıl-qonur rəngdədir. Buna baxmayaraq, yaşadığı arealdan asılı olaraq rəngi kəskin dəyişə bilər. Gözlərin bərabərliyindən qulağa qədər enli qara xətt uzanır. Əmcəklərinin sayı 8 ədəddir. Zaqafqaziyada, Appenin, Alp dağlarında və Balkan yarımadasının şimalında meşə süleysünlərinin rəngi boz rəngdə olur. Rusiyanın Avropanın başqa hissələrində isə açıq qonur, sarı, boz rənglərdə olan meşə süleysünlərinə rast gəlinir. Quyruğu tünd boz rəngdə olan yumşaq tüklüdür. Quyruğu dərisində çoxlu sayda qan damarları var. Təhllükə vaxtı anında quyruğun tükləri biz-biz durur, qalan hissə isə tünd çəhrayı rəngdə olur.
Yayılması
redaktəMeşə süleysinin ümumi arealı Palearktikanın cənub hissəsinin böyük ərazisini (buraya Qafqaz, Kiçik Asiya, İran, Əfqanıstan və Orta Asiya) əhatə edr. Azərbaycanda Kür, Araz, Alazan və İori çayları boyu tuqay meşəliklərində, aran rayonlarının bağlarında, Lənkəran zonasının və eləcə də Kiçik və Böyük Qafqazın bağ və meşəliklərində geniş yayılmışdır[3].
Həyat tərzi
redaktəMeşə süleysini əsas etibarilə kolluqlarda və enliyarpaqlı meşələrdə məskən salır. Meyvələr və onların toxumları ilə, eləcə də fındıq, palıd qozaları ilə, bəzən isə cavan ağacların qabıqları ilə, nadir hallarda isə onurğasız heyvanlarla qidalanır. Bağçılığa olduqca böyük ziyan vurur. Meşə süleysini gecə həyat tərzi keçirən heyvandır, yuvasından tam qaran düşəndən sonra çıxır. Yuvalarını ağac koğuşlarında, köhnə qum yuvalarında düzəldir. Bir çox hallarda budaqların arasında quş yuvasına bənzər yuva hazırlayır. Meşə süleysini ildə iki dəfə bala verir, balalarının sayı 3 – 8 ədəddir [4] [5]. Bu növ ilin yalnız isti vaxtında fəaldır. Payızın axırlarında qış yuxusuna gedir. Qış yuxusundan yazın əvvəllərində (aprel-martın əvvəllərində) oyanır.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2001.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ Azərbaycanın heyvanlar aləmi. III hissə. Onurğalılar. Bakı, Elm nəşriyyatı, 2004
- ↑ Ələkbərov X.M. meşə süleysinin Azərbaycan şəraitində çoxalmasına aid bəzi məlumatlar. Azərb. SSR EA Məruzələri, XII cild, 1956, N 12, səh. 987 – 992
- ↑ Алекперов Х.М. Млекопитающие юго-западного Азербайджана, Изд-во АН Азерб. ССР, 1966