Mayski Rayonu Kabarda Balkariya - Wikipedia
Mayski rayonu (kab.-çərk. Май куей, qaraç.-balk. Май район[3]) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Mayski qəsəbəsidir.
Mayski rayonu | |
---|---|
Май куей[1] Май район[1] | |
43°38′ şm. e. 44°04′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Mayski |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1937 |
Sahəsi |
|
Hündürlük | 297 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 86633 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəMayski rayonu Kabarda-Balkariya Respublikasının şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: cənub-qərbdə Leskenski rayonu, qərbdə Urvan rayonu, şərqdə Terek rayonu, şimalda Proxladnenski rayonu və şəhər dairəsi, həmçinin cənubdan isə Şimali Osetiyanın Kirov rayonu. Rayonun sahəsi 384.80 km²-dir.
Rayonu ərazisini relyef xüsusiyyətlərinə görə iki hissəyə bölünür: dağətəyi və dağlıq. Rayonun əsas hissəsi respublikanın dağətəyi zonasında, cənub hissəsi isə dağlıq zonada yerləşir. Rayonda yüksəklik göstəriciləri cənubda 5642 metr, şimalda 550 metr arasında dəyişir.
Rayonun hidroqrafik şəbəkəsini iri Terek, Cherek, Baksan və Malka, həmçinin digər çaylar olan Lesken, Demenyuk, Arqudan, Psıqansu, Psarişa, Çornaya, Pavlixa və başqaları təşkil edir.
Tarixi
redaktəMaiski rayonu 29 dekabr 1937-ci ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin fərmanı ilə Kabarda-Balkariya Muxtar Sovet Sosialist Respublikasının Primalkin rayonunun Maiski, Aleksandrovski, Kotlyarevski, Prishibi və Novo-İvanovo kənd sovetliklərindən təşkil edilir[4][5].
1963-cü ildə Maiski rayonu ləğv edilərək Proxladnenski rayonuna birləşdirilir və Aleksandrovski kəndi Terek rayonuna verilir.
1965-ci ildə Kabarda-Balkariya MSSR rayonlaşdırma sonrası Mayski rayonu əvvəlki sərhədlərində bərpa edilir.
2005-ci ildə rayonda yerli idarələr ləğv edildi. Nəticədə isə şəhər və kənd yaşayış məntəqələri statusuna malik 5 bələdiyyə quruldu.
Əhali
redaktə- Urbanizasiya
Şəhər şəraitində (Mayski ş.) rayon əhalisinin 69.65 % yaşayır.
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[6]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
ruslar | 28 342 | 73,38 % |
türklər | 3 502 | 9,06 % |
kabardinlər | 2 015 | 5,22 % |
qaraçılar | 1 216 | 3,15 % |
koreyalılar | 921 | 2,38 % |
balkarlar | 535 | 1,39 % |
ukraynalılar | 478 | 1,24 % |
digərləri | 1 584 | 4,10 % |
milliyyətini bildirməyənlər | 32 | 0,08 % |
ümumi | 38 625 | 100,0 % |
- Cins tərkibi
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[7]:
Yaş | Kişilər, nəf. |
Qadınlar, yaş. |
Ümumi say. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 3 876 | 3 717 | 7 593 | 19,66 % |
15 — 59 yaş | 11 213 | 12 797 | 24 010 | 62,16 % |
60 yaşdan yuxarı | 2 425 | 4 597 | 7 022 | 18,18 % |
ümumi | 17 514 | 21 111 | 38 625 | 100,0 % |
Kişilər — 17 514 nəf. (45,3 %). Qadınlar — 21 111 nəf. (54,5 %)[8].
Əhalinin orta yaşı — 38,0 yaş. Kişilərin orta yaşı — 34,5 yaş. Qadınların orta yaşı — 40,2 yaş.
KİV
redaktəRayonda «Mayski News» regional qəzeti nəşr olunur[9]. Həftədə bir dərc edilir. Üstəlik rayon icra hakimiyyətinin rəsmi saytı da fəaliyyət göstərir.
İstinadlar
redaktə- ↑ 1 2 http://www.mayadmin-kbr.ru/ops/pos/1247.html.
- ↑ "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
- ↑ Официальный сайт Майского муниципального района Кабардино-Балкарской Республики. Проекты нормативно-правовых актов Arxivləşdirilib 2015-06-14 at the Wayback Machine См. официальные наименования муниципального образования на языках народов КБР в проектах решений совета местного самоуправления
- ↑ "Об образовании новых районов в Кабардино-Балкарской АССР". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-19.
- ↑ Административно-территориальные преобразования в Кабардино-Балкарии. История и современность. — Нальчик : Эль-Фа, 2000. — 730 с.
- ↑ "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
- ↑ "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
- ↑ "Численность населения КБР по итогам Всероссийской переписи населения 2010 года". 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-17.
- ↑ "Газета «Майские новости»". 2019-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-19.