Matxaf Ereb Muasir Incesenet Muzeyi - Wikipedia
Matxaf: Ərəb Müasir İncəsənət Muzeyi (ərəb. متحف : المتحف العربي للفن الحديث) — Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Doha şəhərində yerləşən müasir incəsənət muzeyi[1]. Muzeyin sahəsi 5 500 kv. metrə yaxındır. Muzey Doha Təhsil şəhərinin tərkibində tikilmiş köhnə məktəb binasında yerləşir.
Matxaf: Ərəb Müasir İncəsənət Muzeyi | |
---|---|
Əsası qoyulub | 2010 |
Açılış tarixi | 2010 |
Ölkə | |
Yerləşir | Doha |
25°18′38″ şm. e. 51°25′11″ ş. u.HGYO | |
mathaf.org.qa | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəMatxaf: Ərəb Müasir İncəsənət Muzeyi 30 dekabr 2010-cu ildə Sacil (Sajjil) adı altında nümayiş etdirilən sərgi ilə açılmışdır. Ərəb dilində "qeydlər aktı" mənasını ifadə edən bu sərgidə[2] son 100 ildə ərəb incəsənətinin məcmusu nümayiş etdirilmişdir. Muzeydə eyni zamanda 5 müasir aparıcı ərəb rəssamının: Dia Azzavinin, Farid Beikaxinin, Əhməd Navarın, İbrahim əl-Salahinin ə Hassan Şərifin yeni əsərlərindən ibarət Tədbir (Interventions) adlandırılan sərgi və 23 müasir ərəb rəssamının yeni əsərlərindən ibarət Told/Untold/Retold adlandırılan sərgi də nümayiş etdirilmişdir. Matxafda növbəti böyük sərgi (Cai Guo-Qiang: Saraab) 5 dekabr 2011-ci il tarixdən 26 may 2012-ci ilədək olan müddətdə təşkil olunmuşdur. Cai Guo-Qiang: Saraab sərgisində tanınmış Çin rəssamı Tsay Qotsyanın 17 yeni əsəri də daxil olmaqla 50-dən artıq əsəri nümayiş etdirilmişdir.
Kolleksiyası
redaktəMuzeydə 1840-cı illərdən müasir dövrədək olan nadir və islam incəsənətinin inciləri sayıla biləcək əsərlər də daxil olmaqla müasir incəsənətə aid 6 000-dən çox eksponat vardır. Əvvəllər Qətərin Foundation fondunun rəhbəri şeyx Hassan bin Mohamed bin Ali AL-Taniyə[3] hədiyyə edilmiş bu kolleksiya sonralar Qətərin Authority muzeyinə[4] təhvil verilmişdir. Qətər əmirinin qızının sözləri ilə desək, "Matxaf: Ərəb Müasir İncəsənət Muzeyinin açılışı ilə biz Qətəri müasir dövrün və bizim öz dövrümüzün ərəb rəssamlarının yaradıcılığını görmək, öyrənmək və müzakirə etmək imkanı yaradılan bir məkana çevirdik"[5]
Qalereya
redaktə-
Qovunlar, Daud Korm, 1899
-
Mohamed Daruiş əl-Allusinin portreti, Abdul Kadir əl--Rassam, 1924
-
Stiv Cabella, Yaşayış məskəni - 6 İsrailli, 1 Fələstənli, 2008-2010
İstinadlar
redaktə- ↑ Chantelle D'Mello. "Qatar's MIA, Mathaf shortlisted for museum 'Oscar' awards". Doha News. 26 September 2015. 30 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2015.
- ↑ Victoria Scott. "MATHAF: Arab Museum of Modern Art, Doha". Qulture. 21 April 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 November 2015.
- ↑ Sara Raza. "Three Inaugural Exhibitions at the Arab Museum of Modern Art". Art Asia Pacific. 2011. 11 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2015.
- ↑ "Qatar Opens First Museum of Modern Arab Art, a Q&A With Chief Curator". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-16.
- ↑ "Qatar is racing to turn itself into the cultural hub of the Middle-East". 2017-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-16.
Xarici keçid
redaktə- Qatar Museums Authority Arxivləşdirilib 2011-02-26 at the Wayback Machine
- Art Daily
- Арабский музей современного искусства в Катаре Arxivləşdirilib 2011-07-28 at the Wayback Machine
- Статья на сайте economist.com