Masnis Dagi - Wikipedia
Masnis_dağı - Haqqında Məlumat
Masnis – Ordubad rayonu ərazisində dağ (hünd. 2081,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunda zirvə. Parağa kəndindən 2,3 km şərqdə, Parağaçayın sol sahilindədir. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin trerrigen- və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şimal və cənub yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq qanadında, eyni zamanda Zəngəzur qalxım zonasını hüdudlandıran Şərqi Ordubad dərinlik qırılmasının düşmüş cənub-qərb qanadında yerləşir. [1]
Masnisdağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2081,9 m |
Yerləşməsi | |
39°04′28″ şm. e. 45°56′06″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.