Martin Emis - Wikipedia
Martin Lues Emis (ing. Martin Louis Amis, 25 avqust 1949[1][2][…], Oksford[5] – 19 may 2023[3][4]) — britaniyalı roman yazarı, esseist, memuarist və ssenarist. Money(1984) və London Fields(1989) onun ən məşhur romanlarıdır. O, şah əsəri olan Experience-a görə James Tait Black Memorial mükafatına layiq görülmüşdür və indiyə qədər iki dəfə Booker mükafatı ilə təltif olunmuşdur (1991-ci ildə Time's Arrow və 2003-cü ildə Yellow Dog əsərlərinə görə). Amis 2011-ci ilə qədər Mançester Universitetinin Yeni Yazı Mərkəzində Yaradıcı Yazının Professoru kimi xidmət edir.[8] 2008-ci ildə The Times qəzeti onu 1945-ci ildən bəri yaşayan 50 ən yaxşı britaniyalı yazıçılardan biri adlandırıb.[9]
Martin Emis | |
---|---|
ing. Martin Amis | |
Doğum tarixi | 25 avqust 1949[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 may 2023[3][4] (73 yaşında) |
Vəfat səbəbi | qida borusu xərçəngi[d][6][7] |
Uşaqları | 5 |
Fəaliyyəti | romançı, fantastika yazıçısı[d], hekayə yazıçısı[d], universitet müəllimi[d], memuarçı, yazıçı, ssenarist, jurnalist, esseist, ədəbiyyat tənqidçisi, film ssenaristi[d] |
Əsərlərinin dili | ingilis dili |
Janr | esse |
Üzvlüyü |
|
martinamisweb.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Emis cəfəngiyyat və anlamsızlıqları qəbul etmiş sonuncu kapitalist olan Qərb Cəmiyyəti üzərində işlər apararaq, tez-tez qəribə və gülünc karikaturaları tənqid edir. Sol Bellou, Vladimir Nabokov, Ceyms Coys, həmçinin atası Kinqsli Amis tərəfindən ruhlandırılaraq, özünün 20-ci əsrin sonu və 21-ci əsrin əvvəllərində Vil Selv və Zadi Smit kimi bir çox uğurlu yazıçılara təsiri olmuşdur.
Erkən həyatı
redaktəEmis Uelsdə Suonsi şəhərində anadan olmuşdur. Onun atası, ingilis roman yazarı Kinqsli Amis Londondan olan xardal fabrikantının katibinin oğlu; anası Hilari "Hilli" Bardvel dövlət qulluqçusu Kənd Təsərrüfatı Nazirinin qızı idi. Onun Filip adında özündən böyük qardaşı var; balaca bacısı Sali isə 2000-ci ildə vəfat etmişdir. 12 yaşında olarkən valideynləri ayrılmışdır.
1950–1960-cı illərdə Bishop Qore və oğlanlar üçün Kembricşeyer məktəbləri də daxil olmaqla, bir neçə məktəbə müraciət etmişdir. 1965-ci ildə, 15 yaşında olarkən Riçard Huqesin A High Wind in Jamaica adlı filmində Con Tontonu ifa etmişdir.
Ögey anası, roman yazar Elizabet Ceyn Hovard onu Ceyn Ostinə təqdim edənə qədər Amis komik janrda olan kitablardan başqa heç nə oxumurdu. Amis erkən həyatına olan təsirinə görə bu xanımın adını tez-tez çəkir. Yeniyetməlik illərindən sonra Oksford, İgzetr kollecini bitirmişdir. Oksforddan sonra isə The Times Literary Supplement rezenziyasında iş tapmış və 27 yaşında New Statesman jurnalında ədəbi redaktor kimi fəaliyyətə başlamışdır. Burada o, Kristofor Hiçenslə tanış oldu və onlar 2011-ci il, Hiçensin ölümünə qədər yaxın dost oldular.
Erkən yaradıcılığı
redaktəEmisin dediklərinə görə onun atası Amisin işinə heç bir maraq göstərmirdi. "Mən elə dəqiq bir yer göstərə bilərəm ki, o orada dayanıb pulları havaya uçurmuşdur; burada Martin Amis adlı xarakter yada düşür.""Qaydaları pozmaq, oxucunu əsəbiləşdirmək, diqqəti öz üzərinə çəkmək", Kinqsley şikayətlənirdi.
The Rachel Papers (1973) onun ilk romanıdır və buna görə o, Somerset Mugam mükafatına layiq görülüb. Əksər romanlarında, əsasən, parlaq, eqoist yeniyetmələrdən və onların universitetə daxil olmazdan əvvəl sevgililəri ilə olan münasibətlərindən bəhs olunur.
O, həmçinin Saturn 3 filmi üçün ssenari yazmışdır. Dead Babies əsərində qır evində yaşayan bir neçə dost günlərini narkotik çəkməklə keçirirlər. Emisin xarakterləri ilk dəfə bu əsərdə özünü göstərir: iynələyən qara yumor, aludəçilik, müəllif müdaxiləsi və s. Filmin ssenarisi 2000-ci ildə yaradılıb.
Success (1977) əsəri iki süd qardaşları Qreqori Raydinq və Teri Servis, onların qalxıb-enən talelərindən bəhs edir. Bu Emisin romanlarında olan xarakterlərə sevgisinin ilk nümunəsidir (Money əsərində Martin Amis və Martina Twain, The İnformation əsərində Richard Tull and Gwyn Barry və Night Train əsərində Jennifer Rockwell and Mike Hoolihan)
Hal-hazırkı həyatı
redaktəEmis həyat yoldaşı İzabel Fronseka və iki cavan qızı ilə iki il yarım Uruqvayda yaşadıqdan sonra 2006-cı ilin sentyabrında Britaniyaya qayıtdı. 2008-ci ildə qızı Delilahın oğlu olması ilə baba oldu. 2012-ci ildə Londondan Kabul təpəsinə köçərkən The New Republic əsərini yazdı.
Biblioqrafiyası
redaktəNovelləri
- The Rachel Papers (1973)
- Dead Babies (1975)
- Success (1978)
- Other People (1981)
- Money (1984)
- London Fields (1989)
- Time's Arrow: Or the Nature of the Offence (1991)
- The Information (1995)
- Night Train (1997)
- Yellow Dog (2003)
- House of Meetings (2006)
- The Pregnant Widow (2010)
- Lionel Asbo: State of England (2012)
- The Zone of Interest (2014)
Yığmaları
- Einstein's Monsters (1987)
- Two Stories (1994)
- God's Dice (1995)
- Heavy Water and Other Stories (1998)
- Amis Omnibus (omnibus) (1999)
- The Fiction of Martin Amis (2000)
- Vintage Amis (2004)
Qeyri-bədii əsərləri
- Invasion of the Space Invaders (1982)
- The Moronic Inferno: And Other Visits to America (1986)
- Visiting Mrs Nabokov: And Other Excursions (1993)
- Experience (2000)
- The War Against Cliché: Essays and Reviews 1971–2000 (2001)
- Koba the Dread: Laughter and the Twenty Million (2002)
- The Second Plane (2008)
Ssenari
- Saturn 3 (1980)
İstinadlar
redaktə- ↑ 1 2 Martin Amis // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 Martin Amis // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Garner D. Martin Amis, Acclaimed Author of Bleakly Comic Novels, Dies at 73 (ing.). The New York Times, 2023.
- ↑ 1 2 Tonkin B. Martin Amis obituary (ing.). United Kingdom: GMG, 2023. ed. size: 107899 ISSN 0261-3077
- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ È morto Martin Amis (it.). 2023. ISSN 2610-9980
- ↑ https://www.independent.co.uk/arts-entertainment/books/news/martin-amis-knighthood-posthumous-king-b2358880.html.
- ↑ Page, Benedicte. "Colm Tóibín takes over teaching job from Martin Amis". The Guardian. London. 26 January 2011. 14 April 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2016.
- ↑ The 50 greatest British writers since 1945 Arxivləşdirilib 2011-04-25 at the Wayback Machine. The Times, 5 January 2008, (subscription only).