Martin Buber - Wikipedia
Martin Mardoxay Buber (8 fevral 1878[1][2][…], Vyana, Avstriya-Macarıstan[3][4] – 13 iyun 1965[3][1][…], Qüds[3][4]) — alman-yəhudi filosofu və yazıçısı, iudaizm mütəfəkkiri.[6]
Martin Buber | |
---|---|
alm. Martin Buber | |
Doğum tarixi | 8 fevral 1878[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 13 iyun 1965[3][1][…] (87 yaşında) |
Vəfat yeri | |
İstiqaməti | Avropa fəlsəfəsi |
Əsas maraqları | ontologiya, İudaizm, fəlsəfə[5], ədəbiyyat[5], tərcümə[5] |
Təsirlənib | İmmanuel Kant, Sorn Kyerkeqor, Fridrix Nitsşe, Otto Ueyninger |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1896–99-cu illərdə Vyana, Leypsiq, Sürix və Berlində fəlsəfəni öyrənmiş, həmçinin Avropa və Asiyanın mistik ənənələrinə maraq göstərmişdir. 1898–1904-cü illərdə sionist hərəkatının demokratik fraksiyasında iştirak etmiş, lakin sonralar siyasi sionizmdən uzaqlaşmış, mədəni-milli yəhudi hərəkatının nüfuzlu ideoloquna çevrilmişdir. Buber dinc anarxizmə və M. Qandi ruhunda qeyri-zorakı təsir ideyalarına rəğbət bəsləyir, yəhudilərin Fələstində dövlətsiz və ordusuz azad kooperativ məskənlərinin olmasını arzulayırdı. Frankfurt-Mayn Universitetinin (1924–33), 1938-ci ildə Fələstinə mühacirət etdikdən sonra Yerusəlimdə Yəhudi Universitetinin (1938–51) professoru, 1960–62-ci illərdə İsrail Elmlər Akademiyasının prezidenti olmuşdur.[6]
Fəaliyyəti
redaktəİkinci dünya müharibəsindən sonra ABŞ və AFR-də mühazirələr oxumuş, ərəb -yəhudi düşmənçiliyini və Fələstin ərəblərinə münasibətdəki antihumanist hərəkətləri pisləmişdir. Əsas əsərləri: "Mən və Sən" ("Ich und Du", 1923), "İlahi Çarlığı" ("Königtum Gottes", 1932), "İnsanın problemi" ("Das Prob lem des Menschen", 1948) "Etiqadın iki obrazı", ("Zwei Glaubensweisen", 1950), "Xeyir və Şərin obrazları" ("Bilder von Gut und Böse", 1952) və s. Buberin fəlsəfəsi ekzistensializmə yaxındır; onun başlıca ideyası: varlıq Allah və insan, insan və dünya arasında "dialoq" kimidir. Yunan monologizminə qarşı duran "dialoq" ruhunu Buber Bibliyadakı dünya anlamında axtarırdı. Buber xasidizmin panteist ənənələrinə xüsusi diqqət ayırmışdır.[6]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Martin Buber. 2009.
- ↑ 1 2 3 4 5 6 Бубер Мартин // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 4 Catalog of the German National Library (alm.).
- ↑ 1 2 3 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 Buber// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 13.
Xarici keçidlər
redaktə- Literature by and about Martin Buber in University Library JCS Frankfurt am Main: Digital Collections Judaica
- Martin Buber at DMOZ Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine
- Martin Buber Homepage
- Martin Buber – The Internet Encyclopedia of Philosophy article by Sarah Scott
- Zank, Michael. "Martin Buber". Stanford Encyclopedia of Philosophy.