Maria Maqdalena Keveric - Wikipedia
Maria Maqdalena Keveriç (19 dekabr 1746[1] – 17 iyul 1787[1], Bonn, Köln[d])[2] — bəstəkar Lüdviq van Bethovenin anası idi.
Maria Maqdalena Keveriç | |
---|---|
Doğum tarixi | 19 dekabr 1746[1] |
Vəfat tarixi | 17 iyul 1787[1] (40 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri |
|
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəO, 1746-cı ildə Almaniyanın Reyn çayının qarşı tərəfində yerləşən Koblens şəhəri ilə qarşı-qarşıya yerləşən Erenbreytşteyn kəndində anadan olmuşdur. Onun valideynləri Yohan Henrix Keveriç (1701–1759) və Anna Klara Vestorff (1707–1768), 1731-ci ildə ailə həyatı qurmuşlar. 1733-cü ildən etibarən Yohan Erenbreytşteyndə yerləşən məhkəmə binasında baş aşpaz olmuşdur.[3][4]
Onların altı uşaqlarının ən gənci Maria Maqdalena idi. 30 yanvar 1763-cü ildə o Yohan Georq Leym ilə ailə qurmuş, lakin o, 1765-ci ildə həlak olmuşdur.[3][4]
12 noyabr 1767-ci ildə o, Bonn şəhərində yerləşən Remiqius kilsəsində Yohan van Bethoven ilə ailə qurmuşdur. Yohanın atası Köln prensliyində kapelmeyster işləyirdi və Yohan burada saray musiqiçisi işləyirdi. Yohan və Maria van Bethovenin yeddi uşaqları olmuşdur: gələcəkdə bəstəkar olacaq Lüdviq ikinci, 1770-ci ildə doğulmuşdur.[4][5]
Maria 1787-ci ildə 40 yaşında, Bonn şəhərində vərəm xəstəliyindən dünyasını dəyişmişdir.[3][5]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #1028377924 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Beethoven, Maria Magdalena van / 1746–1787 Arxivləşdirilib 2018-07-24 at the Wayback Machine Rheinland-Pfälzische Personendatenbank
- ↑ 1 2 3 Maria Magdalena Keverich Arxivləşdirilib 2016-12-30 at the Wayback Machine Ehrenbreitstein.de, accessed 29 December 2016.
- ↑ 1 2 3 Paul Nettl. Beethoven Encyclopedia. Philosophical Library, 1956. Entries "Brothers of Beethoven" and "Family".
- ↑ 1 2 Parents Arxivləşdirilib 2020-02-18 at the Wayback Machine Beethoven.ws, accessed 29 December 2016.