Maqsud Memmedov Baletmeyster - Wikipedia
Maqsud Davud oğlu Məmmədov (30 may 1929, Gəncə, Gəncə dairəsi) — Azərbaycan balet artisti, baletmeyster, Azərbaycan SSR xalq artisti (1970).
Maqsud Məmmədov | |
---|---|
Doğum tarixi | 30 may 1929 (95 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | Rəfiqə Axundova |
Fəaliyyəti | balet artisti, baletmeyster, pedaqoq |
Təhsili | Moskva Xoreoqrafiya Məktəbi |
Teatr | Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı |
Mükafatları |
|
Həyatı
redaktəMaqsud Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub.[1] 1950-ci ildə Moskva Xoreoqrafiya Məktəbini bitirib (Nikolay Tarasovun[rus.] sinfi). Bakıya qayıtdıqdan sonra 1951-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solisti işləyib.[2]
Maqsud Məmmədov həm milli baletlərimizdə, həm də dünya klassiklərinin əsərlərində mürəkkəb partiyaları böyük uğur və şərəflə ifa edib. Sənətkarın ifa yaradıcılığının əsasını Polad ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Mənzər, Lenni ("Yeddi gözəl" və "İldırımlı yollarla", Qara Qarayev), Fərhad ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Azad ("Gülşən", Soltan Hacıbəyov), Pərviz ("Qaraca qız", Əşrəf Abbasov), Albert ("Jizel", Adolf Adan), Dezire, Ziqfrid, Şahzadə ("Yatmış gözəl", "Sonalar gölü" və "Şelkunçik" Pyotr Çaykovski), Xli Şan Fu və Ma Li Çen ("Qırmızı lalə", Reynqold Qlier), Pyero ("Qızıl açar", Boris Zeydman), kolen ("Arlekinada", Rikardo Driqo), Vatslav ("Bağçasaray fəvvarəsi", Boris Asafyev), Frondoso ("Laurensisa", Aleksandr Kreyn), Qəhrəman ("Şopeniana", Frederik Şopen), Bazil ("Don Kixot", Lüdviq Minkus) obrazlarının ifası təşkil edir.
Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletindəki Fərhad rolu Maqsud Məmmədovun ən uğurlu işlərindəndir. O, Azərbaycan Opera və Balet Teatrının Monte-Karlo, Fransa, Lüksemburq qastrollarında qalib olub.
1972–1973-cü illərdə Əlcəzairdə baletmeyster və pedaqoq işləyib.[2]
Maqsud Məmmədov 1979-cu ildən Sov. İKP üzvü olmuşdur.[3]
Maqsud Məmmədov xalq artisti Rəfiqə Axundovanın həyat yoldaşıdır.
Təltif və mükafatları
redaktə- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 21 may 1970
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 30 aprel 1955
- "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[4]
- "Şöhrət" ordeni — 29 may 2019
- "Teatr Xadimi" qızıl medalı — 2006
Quruluş verdiyi baletlər
redaktəRəfiqə Axundovayla birgə
- Xəzər balladası (1968)
- Qobustan kölgələri (1969)
- Yallı (balet) (1969) xoreoqrafik miniatürü
- Ləzgihəngi (balet) (1969) — xoreoqrafik miniatürü
- Azərbaycan süitası (1969)
- Kaleydoskop (1971)
- Muğam (1972) xoreoqrafik miniatürü
- Üç inqilab (1973)
- İldırımlı yollarla (1975)
- Yeddi gözəl (1978)
- Babək (1986)
Filmoqrafiya
redaktə- Doğma xalqıma (film, 1954)
- Dədə Qorqud (film, 1975)
- Qayınana (film, 1978)
- Yeddi gözəl (film, 1982)
- Qərib cinlər diyarında (film, 1977)
- Bəyin oğurlanması (film, 1985)
- Bir qəlbin iki dastanı (film, 2001)
İstinadlar
redaktə- ↑ İlham Rəhimli. Maqsud Məmmədov // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. səh. 246–248. ISBN 978-9952-8021-9-1.
- ↑ 1 2 МАМÉДОВ Максуд Давуд оглы // Балет: энциклопедия. Москва: Советская энциклопедия. Гл. ред. Ю. Н. Григорович. 1981. ст. 331.
- ↑ МӘММӘДОВ Магсуд Давуд оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 501.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.