Manu Milli Parki - Wikipedia
Manu Milli Parkı (isp. Parque nacional del Manu) — Perunun Madre de Dios və Paukartambo departamentlərində yerləşən milli park və biosfer qoruğu. 1973-cü ildə bu ərazilər milli park elan edilmişdir. 1977-ci ildə bu milli park biosfer qoruğu, 1987-ci ildə Ümumdünya irsi statusu almışdır. Perunun ən böyük milli parkıdır, sahəsi 15.328 km2-dir. Biosfer qoruğu statusu almış 2.570 km2 sahəni və Mədəni Zona statusu almış 914 km2 sahə də nəzərə aldıqda sahəsi 18.811 km2-dir.
Manu Milli Parkı | |
---|---|
isp. Parque nacional del Manu | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 15.328 km2 ha |
Yaradılma tarixi | 29 may 1973 |
İdarəetmə orqanı | SERNANP |
Yerləşməsi | |
11°51′23″ c. e. 71°43′17″ q. u.HGYO | |
Ölkə | Peru |
Yaxın şəhər | Kusko |
visitmanu.com | |
|
|
Rəsmi adı | ing. Manú National Park |
Tipi | Təbii |
Kriteriya | ix, x |
Tarixi | 1987 (11-ci sessiya) |
İstinad nöm. | 402 |
Region | Latın Amerikası və Karib hövzəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Milli park 150–4200 metr[1] hündürlüyündə olan ərazilərdə yerləşən Amazon meşələrini və Peru yunqalarını əhatə edir. Biomüxtəliflilik həddən artıq zəngindir. Manu Milli Parkında ümumilikdə 20.000 bitki növü qeydə alınmışdır, sadə 1 hektar ərazidə 250 növ ağac tapılmışdır. Buraya bütün dünyadan quş müşahidəçiləri gəlməkdədir. İndiyə qədər burada 1000-dən çox quş növü müşahidə olunmuşdur. Bu isə bütün ABŞ və Kanada ərazisində tapılan quş növlərinin sayından çoxdur.[2]
Parkın quruluşu
redaktəMilli park ərazisində Manu çayı, onun And dağlarında yerləşən qolları və töküldüyü Madre de Dios çayı yerləşir. Milli parkı əhatəyə alan ərazilər yaxşı öyrənilməmişdir. Ovalıqlara yalnızca qayıqla Manu çayı ilə çatmaq mümkündür.
İdarəsi
redaktəDigər milli parklar kimi Manu Milli Parkı da INRENA tərəfindən idarə olunur.
Fəaliyyətlər
redaktəMilli parkda həmişəlik yaşayan yeganə xalq Maçiqenqa tayfasıdır. Onların yaşayış məskənləri Manu çayı və onun qolları boyunca yerləşir. Milli parka bitişik bəzi bölgələrdə əkinçilik, turizm, ovçuluq, ağackəsmə kimi fəaliyyətlərə icazə verilir. Bu bölgələr milli parkla sərhəddə olsalar da, onun bir hissəsi deyillər.
Milli parkda INRENA-nın dəstəyi ilə tədqiqat işləri də aparılır. Duke Universitetindən olan ekoloq Con Terborq tərəfindən idarə olunan Koça Kaşu Bioloji Stansiyası milli parkda ən böyük tədqiqat mərkəzidir. Madre de Dios çayı boyunca, milli parkın cənub-şərqində Mədəni Zona yerləşir və burada da Manu Təlim Mərkəzi vardır.
Flora
redaktəBurada 20.000 bitki növü qeydə alınmışdır. Ərazisinin 40 %-i Amazon ovalığında yerləşir. Burada ekvatorial meşələr, varzealar, göllər, bataqlıqlar vardır.
Fauna
redaktəManu Milli Parkı zəngin faunaya sahibdir. Meşələrində yaquar, puma, oselot, su samuru, böyük qarışqayeyən, cənub tamanduası, böyük armadillo, doqquz bantlı armadillo, qəhvəyi boğazlı tənbəl, Hofman ikibarmaqlı tənbəl, düzənlik tapiri, kapibara, pakarana, paka, yaxalı pekari, ağ dodaqlı pekari və mazama americana, mazama nemorivaga kimi bir neçə maral növü yaşayır. Bataqlıq maralının da burada yaşadığı qeydə alınmışdır. 14 meymun növü tapılmışdır. Bunlara Qoldi ipək meymunu, cücə ipək meymunu, ağ sifətli kapuçin, kəkilli kapuçin, qəhvəyi xəzli tamarin, imperator tamarini, bığlı tamarin, qara papaqlı dələ meymunu, qarabaş gecə meymunu, qəhvəyi titi, Rio Tapaxis sakisi, Boliviya qırmızı uluyanı, Peru hörümçək meymunu, boz yunlu meymun aiddir. Dağlıq zonalarda ağquyruq maral, mazama chunyi, And tülküsü, dağ pakası, eynəkli ayı yaşayır. 3450 metr hündürlükdə pumalar məskunlaşmışdır.[3]
- Məməlilər : 222 növ
- Sürünənlər : 99 növ
- Suda-quruda yaşayanlar : 140 növ
- Quşlar : 1000 növ
- Balıqlar : 210 növ
- Cücülər
- Kəpənəklər : 1307 növ
- Qarışqalar : 300 növ
- Cırcıramalar : 136 növ
- Sərtqanadlılar : 650 növ
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ Olson, D. M, E. Dinerstein; və b. "Terrestrial Ecoregions of the World: A New Map of Life on Earth". BioScience. 51 (11). 2001: 933–938. doi:10.1641/0006-3568(2001)051[0933:TEOTWA]2.0.CO;2. 2011-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27. (#explicit_et_al)
- ↑ Endo, Whaldener et al. (2010). Game Vertebrate Densities in Hunted and Nonhunted Forest Sites in Manu National Park, Peru. Biotropica 42(2):251–261. DOI 10.1111/j.1744–7429.2009.00546.x
- ↑ Sergio Solari,Víctor Pacheco, Lucía Luna, Paul M. Velazco, and Bruce D. Patterson (2006). List of mammal species known to occur in Manu Biosphere Reserve, Peru. FIELDIANA: ZOOLOGY, N.S., NO. 110, NOVEMBER 10, 2006, PP. 13–22 online PDF Arxivləşdirilib 2012-03-22 at the Wayback Machine
Xarici keçidlər
redaktə- WCMC Arxivləşdirilib 2007-03-11 at the Wayback Machine
- Official UNESCO saytında
- Koça Kaşu Bioloji Stansiyası
- Manu Təlim Mərkəzi Arxivləşdirilib 2009-02-16 at the Wayback Machine