Manic Qudila - Wikipedia
Manıç-Qudila gölü (kalm. Манц (нур), rus. Маныч-Гудило) — Rusiyanın cənubunda, Kalmıkiya, Stavropol diyarı və Rostov vilayəti ərazisində yerləşən göl. Kumo-Manıç çökəkliyinin mərkəzində yerləşən böyük bir duz göldür. 1930-cu illərdə bir sıra hidrotexniki qurğular tikildikdən sonra, Manıç çayındakı Proletarnoe su anbarının bir hissəsi olmuşdur.
Manıç-Qudila | |
---|---|
kalm. Манц (нур) | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 12,8[1] |
Eni | 10-15 km |
Uzunluğu | 150 km |
Sahəsi | 13 km² |
Həcmi | 45000000 km³ |
Su tutumu | 7 334 km² |
Dərin yeri | 0,6 m |
Orta dərinliyi | 0,6 m |
Duzluluğu | 17-29 ‰ |
Yerləşməsi | |
46°21′00″ şm. e. 42°44′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dəniz səviyyəsindən hündürlüyü 12,8 metrdir. Gölün sahəsi dəyişkəndir, orta hesabla 344 km²-dir. Uzunluğu 100 km-dən çox, eni 10 km və daha çox, dərinliyi 3,5–4 m, orta dərinliyi 2.6 m-dir. Suyu acı-duzludur. Göl suyun səviyyəsi və duzluluğun dəyişməsi ilə xarakterizə olunur. Bunlar da antropogen və təbii amilərdən irəli gəlir[2].
Adı
redaktəGölün adı mürəkkəbdir. iki sözün birləşməsindən meydana gəlmişdir.
Adın birinci hissəsi türk mənşəlidir. "Duzlu" və ya "acı" mənasını verir[3]. Kalmık dilində göl Mansa adlanır[4].
Gölün adının ikinci hissəsi onun üzərindən əsən güclü küləklərlə əlaqədardır. Keçmişdə göl təəccüb doğurdu və yerli sakinlərin arasında bir qorxusu vardı. Bu barədə bir çox əfsanələr belə gəzir. Deyilənə görə göl üzərində sirli bir zümzümə eşidilir. Güclü küləklərdə yüksələn böyük dalğaların dik sahillərində əks olanması bir gurultu meydana gətirir. Bu səslər şimal sahilindəki yarğalarda küləyin əsməsi ilə birləşir.
Fiziki-coğrafi xüsusiyyətləri
redaktəTarixi formalaşma
redaktəManıç-Qudilo gölü relikt mənşəlidir. Əvvəlki dövrlərdə Xəzər dənizini Qara dənizlə birləşdirən nəhəng bir su tutarının qalıqlarıdır. Manıç-Qudilo gölünün hövzəsinin yerləşdiyi Kumo-Manıç çökəkliyi kiçik yüksəkliklərlə xarakterizə olunur. Azov və Xəzər dənizlərinin suayrıcılarının keçdiyi mərkəzi hissədə (təxminən 20 m) maksimuma çatır. Göl hövzəsinin mənşəyi həm də Kumo-Manıç çökəkliyinin mövcudluğu səbəbindən tektonikdir. Yenə bir relyef quruluşu olaraq, Orta və Yuxarı Pliosen, yəni 2-3 milyon il əvvəl meydana gəlmişdir[5].
Adaları
redaktəGöldə bir neçə ada var. Ən böyükləri (Vodnı, Ptiçi və s.) gölün şimal-qərb hissəsində yerləşir. Hal-hazırda minerallaşmanın artması və gölün səviyyəsinin aşağı düşməsi səbəbindən adaların sayının və ərazisinin artması baş verir. Göl sahilinə yaxın yerləşən bəzi adalar materiklə birləşərək yox olur.
- Vodnı adası - uzunluğu 12 km və eni 4 km qədər olan bir ada. At sürüsü adada 50 ildən çoxdur ki, yaşayır. Sərbəst sürü Rostov Dövlət Təbiət Qoruğunun görməli subyektlərindən biridir. Vodnı adası 1948-ci ildə, Kuban və Eqorlyk çaylarını birləşdirən Nevinnomısskı kanalının istifadəyə verildiyi gün meydana çıxır. Su birdən-birə gəlir ki, bu da bölgədə otlayan bir neçə yüz qoyun və onlarla atı ətraf aləmdən təcrid edir. Qoyunları çıxara bilsələrdə, qorxmuş atlar adanı tərk etmir. 1980-ci ilə qədər adada qoyun otlayırdı. Amma səksəninci illərin əvvəllərində otlaqlar bağlanır və Vodnıda yalnız atlar qalır. 90-cı illərin ortalarında ada Rostov qoruğunun bir hissəsinə çevrildi və vəhşi at sürüsü əsas yerli cazibə subyektinə çevrilir. Adada şirin su mənbəyi yoxdur. Buna görə yayda, havanın temperaturu +30 - +40 dərəcəyə çatdıqda atların suvarılması qoruq işçiləri tərəfindən aparılır. Qoruq işçilərinin qayğıları sayəsində bu gün sürüdə atların sayı 300-dən çoxdur[6].
- Ptiçi adası - uzunluğu 100 m, eni 20 metrə qədərdir. Burad qamışlar bitir, bu da adada bulaqların mövcudluğunu göstərir. Adada yuvalayan quşlar: adi ərsindimdik, Xəzər qağayısı, Kiçik ağ vağ, Fısıldayan qu quşu, bəzən Qıvrımlələk qutan və digər quş növləri. Hər il böyük quş sürüləri su anbarlarında, adalarda və manıç göllərinin sahillərində toplanır.
İstinadlar
redaktə- ↑ "Карты Генштаба L-38 (А) 1:100000. Республика Калмыкия и Ростовская область". www.etomesto.ru (rus). 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-06.
- ↑ "Озеро Маныч-Гудило". www.fesk.ru (rus). 2019-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-06.
- ↑ "Озеро Маныч-Гудило". vetert.ru (rus). 2019-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-06.
- ↑ "Маныч. Река, озеро, морской пролив". www.stepnoy-sledopyt.narod.ru (rus). 2019-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-06.
- ↑ "Озеро Маныч-Гудило (Гудило, Большой Маныч)". 2015-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-20.
- ↑ "Озеро Маныч-Гудило". vetert.ru (rus). 2011-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-06.
Mənbə
redaktə- "Маныч-Гудило на spektr.info". 2009-05-14 tarixində arxivləşdirilib.
- "Маныч-Гудило на сайте водно-болотных угодий России". wetlands.oopt.info. İstifadə tarixi: 2019-12-06.
- "Маныч-Гудило на сайте «Степной следопыт»". stepnoy-sledopyt.narod.ru (rus). İstifadə tarixi: 2019-12-06.
- "Маныч-Гудило на сайте «Река Дон»". tihiy-don-river.narod.ru (rus). İstifadə tarixi: 2019-12-06.