Maltoza - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Maltoza (səməni şəkəri) -‒ 4-О-α-D-qlükopiranozil-D-qlükoza, molekulu iki α-qlükoza qalığından ibarət olan təbii disaxariddir, arpa, çovdar və digər taxıllı bitkilərin, həmçinin pomidorun tərkibində vardır. Β-D-glucopyranosyl fosfat ve D-glycose'dan maltozun biyosentezi, yalnız bazı bakteriyalar növlərində məlumdur. Heyvan və bitki orqanizmlərində maltoza nişastanın və qlikogenin fermentativ parçalanması ilə alınır. Maltoza insan orqanizmi tərəfindən asanlıqla mənimsənilir. Maltoza heyvan və insanların həzm şirələrində, kif göbələklərdə və mayada olan α -qlükozidaza fermentinin təsiri nəticəsində iki α-qlükoza qalığına bölünür. İnsanın bağırsaq mukozasında bu fermentin genetik cəhətdən olmaması nəticəsində maltozaya qarşı anadangəlmə dözümsüzlük olan ağır xəstəliyə gətirib çıxarır.
Maltoza | |
---|---|
Ümumi | |
Sistematik adı | maltoza |
Kimyəvi formulu | C₁₂H₂₂O₁₁[1] |
Molyar kütlə | 0 kq[1], 0 kq |
Fiziki xassələri | |
Sıxlıq | 1.54 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi |
160–165 °C (Dihidrat) 102-103 °C (Monohidrat) °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 69-79-4 |
PubChem | 439186 |
EINECS-də qeyd. nöm. | 200-716-5 |
RTECS | LZ6600000 |
ChEBI | 17306 |
Kimyəvi adı
redaktəα-Maltoza — (2R,3R,4S,5R,6R)-5-[(2R,3R,4S,5R,6R)-2,3,4-trihidroksi-6-(hidroksimetil)oksanil]oksi-6-(hidroksimetil)oksan-2,3,4-triol β-Maltoza — (2S,3R,4S,5R,6R)-5-[(2R,3R,4S,5R,6R)-2,3,4-trihidroksi-6-(hidroksimetil)oksanil]oksi-6-(hidroksimetil)oksan-2,3,4-triol
Fiziki xassələri
redaktəMaıtoza suda asanlıqla həll olur, şirin dada malikdir. Maltozanın molekul kütləsi 342.32-dir. Maltozanın (susuz) ərimə temperaturu – 1020C-dir (susuz). Kimyəvi xassələri
İzomaltoza
redaktəMaltoza bərpaolunmuş şəkərdir, çünki əvəzedilməmiş yarı asetal hidroksil qrupuna malikdir. Maltoza durulaşdırılmış turşunun iştirakı ilə qaynadıqda və fermentin təsiri altında hidroliz olunur (2 qlükoza molekulu C6H12O6 əmələ gəlir).
Mənbə
redaktə- Xимия углеводов. — М.:, 1967.
- Харрис Г. Основы биохимической генетики человека. Пер. с англ. — М.:, 1973.