Malka Cayi - Wikipedia
Malka çayı (kab.-çərk. Балъкъ, qaraç.-balk. Балыкъ суу — türkcə. Balıqlı çay) — Rusiya ərazisində axan çay. Terek çayının əsas qoludur. Çayın çox hissəsi Kabarda-Balkariya ərazisindən keçir, çayın aşağı axınında kiçik hissəsi Stavropol diyarından keçir.[1]
Malka çayı | |
---|---|
kbd/Балъкъ/krc/Балыкъ суу | |
| |
Ölkə | Rusiya |
Region | |
Rayon | |
Mənbəyi | Elbrus dağı |
Mənsəbi | Terek /Xəzər dənizi |
• Yüksəkliyi | 26 km |
Uzunluğu | 210 km |
Su sərfi | 97,8 m³/san |
Hövzəsinin sahəsi | 10000 km² |
DSR[rus.] | 07020000512108200004118 |
Vikianbarda əlaqəli mediafayllar |
Relyefi
redaktəMalka çayı mənbəsini Elbrusun şimal yamaclarında götürür. Qaya-qapı keçidi ərazisində Qızıl-Kol, Birjali-su, Siltran-Tari-su, Qaraqaya-su və digər adsız axınlar birləşərək Malka çayını təşkil edirlər. Bu hissədə qayalar səthə çıxdığı üçün, bu səbəbdən çay yatağı 20,40 m hündürlüklərində dörd şəlaləyə haçalanır.
Malka çayının yuxarı axarında, bir çox qolu özündə birləşdirən gur suludağ çayı axır (26), bunlardan ən böyüyü Muşta və Kiçmalka - sol, Şau -Qol isə sağ qolunu təşkil edir. Mənsəbindən 65 kilometr aralıda düzənliyə çıxan Malka çayı, çayın axınının ümumi istiqamətini şərqə apararaq respublikanın şimal hissəsindən keçir və Yekaterinoqradskaya kəndi yaxınlığındaTerek çayına tökülür.
Düzənlikdə, suyun xeyli hissəsindən (axının 16%-i) Kabarda-Balkariya, Stavropol və Şimali Osetiyanın Proxladnı şəhərinin tarlalarını suvarmaq üçün istifadə olunur. Proxladnı şəhərinin cənubunda, mənsəbdən təxminən 20 km məsafədə, Malkaya əsas sağ qolu olan Baksan çayı birləşir. Baksan su anbarı Malkanın su hövzəsinin yarısından çoxunu təşkil edir, suyunun axını Malka çayı axınının təxminən 85%-ni təşkil edir.
Hidrologiyası
redaktəMalka çayının qidası müxtəlifdir. Çayın qidasını əsasən buzlaqlar,az miqdarda qrunt suları təşkil edir. Yay aylarında çayın suyu daşır, çayda tez-tez daşqınlar baş verir. Çayın mənbəsindən 28 km məsafədə ortalama su sərfi 97.8 m³/s-dir. Çayın donması qeyri sabitdir. Çayın aşağı axınlarında donma halları 3 gündən iki aya qədər davam edə bilir.[2]
Çay ətrafı yaşayış məntəqələri
redaktəÇay ətrafı yaşayıç məntəqələri: Yekatirinaqorod, Kammennomost, Kamlyukovo, Qaraqaç, Kurupsko-Uryanskovo, Kuba, Lesnoe, Malka, Marinskaya, Yeni Pokrovski, Prireçnoe, Proqress, Prişibo-Malkinskoe, Psıxurey, Sarmakovo, Saldatskoe, Xabaz, Stravropolskaya, Yantarnovo və başqalarıdır.
İstinadlar
redaktə- ↑ Малка Arxivləşdirilib 2021-10-22 at the Wayback Machine, Great Soviet Encyclopedia
- ↑ Malka çayı // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Ədəbiyyat
redaktə- Malka çayı // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Xarici keçidlər
redaktə- Malka çayı // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
- "Энциклопедия «АкваЭксперт. Ру»". www.aquaexpert.ru (rus). 2019-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.