Maks Teqmark - Wikipedia
Maks Erik Teqmark (5 may 1967[1], Stokholm) — İsveç mənşəli amerikalı kosmoloq. Teqmark, Massaçusets Texnologiya İnstitutunda professor və Foundational Questions Institute-da alim olaraq işləyir.
Maks Teqmark | |
---|---|
ing. Max Tegmark | |
Doğum adı | Max Shapiro |
Doğum tarixi | 5 may 1967[1] (57 yaş) |
Doğum yeri | |
Elm sahəsi | Kosmologiya |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili |
|
Üzvlüyü | |
space.mit.edu/home/tegma… | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİlk illər
redaktəTeqmark; Karin Teqmark və Harold S. Şapironun oğlu olaraq İsveçdə dünyaya gəlib. Stokholmda yerləşən Kraliyyət Texniki Universitetinə qəbul oldu və doktoranturasını Berkli Kaliforniya Universitetində aldı. Pensilvaniya Universitetində bir müddət işlədikdən sonra hələ də təhsil üzvü olduğu Massaçusets Texnologiya İnstitutuna gəldi.
Karyerası
redaktəİşlərində kosmologiyaya fokuslanan Teqmark, 200-dən çox məqalə dərc etmişdir və bunların 9-na 500 dəfədən artıq istinad edilmişdir. İnformasiya nəzəriyyəsi çərçivəsində məlumat təhlil vasitələri inkişaf etdirmiş və bunu COBE, QMAP və WMAP kimi kosmik mikrodalğa arxa plan şüalanması təcrübələrində istifadə etmişdir. Teqmark həmçinin "riyazi olaraq var olan hər şey fiziki olaraq da vardır" əsası ilə ortaya atdığı "hər şeyin yekun nəzəriyyəsi"ni də formalaşdırmışdır. Bu sadə nəzəriyyəyə görə öz fərqindəlik bazasını saxlayacaq qədər mürəkkəb olan strukturlarda, bu öz fərqindəlik strukturları özlərini subyektiv olaraq "real" fiziki dünyada varlarmış kimi qəbul edərlər. Bu fikir "riyazi kainat fərziyyəsi" olaraq adlandırılmışdır.[3]
Şəxsi həyatı
redaktə1997-ci ildə astrofizik Angelica de Oliveira-Costa ilə evlənib, 2009-cu ildə boşanan Teqmarkın Filip və Aleksandr adında iki oğlu var.[4]
KİV
redaktəTeqmark, BBC-nin Horizon adlı elmi sənədli filmləri sırasında "Whos afraid of a big black hole"?, "What time is it"?, "To Infinity and Beyond", "Is Everything We Know About The Universe Wrong"? Və "What is Reality"? Adlı seriallarda iştirak edib.
İstinadlar
redaktə- ↑ 1 2 Max Tegmark // SNAC (ing.). 2010.
- ↑ 1 2 https://physics.mit.edu/faculty/max-tegmark/.
- ↑ Tegmark, Max. "The Mathematical Universe". Foundations of Physics 38 (2): 101–150. Bibcode 2008FoPh…38..101T Arxivləşdirilib 2019-03-26 at the Wayback Machine. DOI:10.1007/s10701-007-9186-9 Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. a short version of which is available at Shut up and calculate Arxivləşdirilib 2020-06-20 at the Wayback Machine. (in reference to David Mermin's famous quote "shut up and calculate"
- ↑ WELCOME TO MY PERSONAL UNIVERSE Arxivləşdirilib 2012-06-14 at the Wayback Machine 3 iyun 2012 tarixində mənbəyindən arxivləndi.