Maks Blek - Wikipedia
Maks Blek (24 fevral 1909[1][2][…], Bakı, Rusiya imperiyası[3] – 27 avqust 1988[1][2][…], İtaka[d], Nyu-York ştatı[3]) — ingilis-amerikan filosofu, XX əsr analitik fəlsəfəsinin öncül şəxslərindən biri. Analitik fəlsəfə, dil fəlsəfəsi, incəsənət və riyaziyyat fəlsəfəsi sahələrindəki işləri ilə tanınır.
Maks Blek | |
---|---|
Макс Черный Max Black | |
Doğum tarixi | 24 fevral 1909[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 27 avqust 1988[1][2][…] (79 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Əsas maraqları | elmin fəlsəfəsi, dil fəlsəfəsi |
Həyatı
redaktə1909-cu ildə Bakıda yəhudi mülkədar ailəsində anadan olub. Blek (Black) onun "ingilisdilli" soyadıdır, əsl soyadı "Çernıy" olub. Atası Lyonel Çernıy varlı bir iş adamı idi. 1903-cü ildə Sankt Peterburqda dərc edilən "Sion müdriklərinin protokolları" adlı mətnlər toplusu bütün Rusiyada, eləcə də Azərbaycanda antisemitizm hissləri yaymışdı. Bundan qorxan Lyonel Çernıy ailəsi (xanımı Sofiya Divinska, oğulları Maks, Moisey (Mişa), Samuel (Sem) və qızı Rivka (Betti)) ilə əvvəl Parisə, sonra isə Böyük Britaniyaya köçdü və "Black" soyadını qəbul etdi.[4]
Təhsili
redaktəKembric Universitetinə qəbul oldu və orda Bertran Rassel və Lüdviq Vitqenşteyndən dərs aldı. Məhz bu dövrdə onda riyaziyyat fəlsəfəsinə maraq oyandı. 1930-cu ildə məzun olmuş və Göttingendə 1 il təqaüdlə oxumaq imkanı qazanmışdır. 1931–1936-cı ilər arasında Nyukaslndə riyaziyyat magistri olmuşdur.
Karyerası
redaktə1936-cı ildən London Universitet Kollecində dərs deməyə başlamışdır. 1939-cu ildə doktoranturanı bitirmiş və sonrakı il ABŞ-yə köçmüşdür. Orada İllinoys Universitetində, daha sonra isə 1946-cı ildə Kornell universitetlərində işləmişdir. Onun əsas maraq sahəsi müəllimləri kimi dil, məntiq və riyaziyyat fəlsəfəsi olub. Vitqenşteynin traktatı və Bertran Rasselin Principia Mathematicası onun əsas tədqiqat sahəsi olub. Həmçinin Qottlob Fregein əsərlərini ingilis dilinə tərcümə edən ilk şəxslərdən biridir.
Maks Blek 1948-ci ildə ABŞ vətəndaşlığına keçmiş, 1963-cü ildə Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü seçilmişdir[5],1988-ci ildə ABŞ-nin Nyu-York ştatının İtaka şəhərində vəfat etmişdir.
Əsərləri
redaktə- The Nature of Mathematics. 1933
- Vagueness: An exercise in logical analysis in the Philosophical Society. 1937
- A New Method of Presentation of the Theory of the Syllogism. 1944
- Language and Philosophy: Studies in Method. (1949). Ithaca, NY: Cornell UP
- Critical Thinking. 1946.
- Problems of Analysis. 1954
- Metaphors are no arguments, my pretty maiden. (1954–1955)
- Models and Metaphors. Studies in Language and Philosophy. 1962
- A Companion to Wittgenstein’s Tractatus. 1964
- The Labyrinth of Language. Mentor, New York 1969.
- Margins of Precision: Essays in Logic and Language. 1970.
- Making intelligent choices, how useful is decision theory? 1985
- The Importance of Language. 1962. Nachdruck 1982 (ISBN 0-8014-9077-4)
- Art, Perception and Reality, zusammen mit E. H. Gombrich und Julian Hochberg. 1972
- Perplexities.1990
Encyclopedia Britannica məqalələri
redaktə- Abstract and abstraction. 1956 Cild 1, pp. 67–68 (ed. 1957: Cild. 1, səh. 67–68)
- Antinomy. 1956, C. 2, s. 70
- Condition. 1957, C. 6, s. 220–221
- Deduction. 1957, C. 7, s. 132–133
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #14239601X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "O'Connor, J.J. and Robertson, E.F., "Max Black: Biography", School of Mathematics and Statistics, University of St Andrews, Scotland". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09.
- ↑ "Amerika İncəsənət və Elmlər Akademiyası — üzvlər" (PDF). 2018-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-10-09.