Makintos - Wikipedia
Makintoş (ing. McIntosh) — Kanadanın milli alması hesab edilən alma növü. Meyvəsinin qabığı qırmızı və yaşıl rəngdə, içi şirəli, dadı isə turş olur. Sentyabrın sonlarında yetişmiş vəziyyətə gəlir. 20-ci əsrdə bu alma Şərqi Kanada və Yeni İngiltərədə ən yaxşı seçim olmuşdur. Çox yönlü olması ilə bilinir, həm bişirmək, həm də çiy yemək üçün istifadə edilə bilər. Apple şirkətinin əməkdaşı Cef Raskin Mac kompüter ailəsini bu alma növünə görə adlandırıb.
Makintoş | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
1811-ci ildə Con Makintoş adlı bir fermer Yuxarı Kanadadakı fermasında böyüyən kiçik bir alma ağacı kəşf etmişdi. O, həyat yoldaşı ilə birlikdə bu alma ağacına qulluq edir, budaqlar yapışdıraraq daha çox ağac yetişdirirdi. 1835-ci ildə yetişdirdikləri almaları satmağa başlamışdılar. 1870-ci ildə digər insanlar da Makintoş almalarını satıb qazanc əldə etmək niyyəti ilə satırdılar. 1900-cü illərdə bu almalar çox populyarlaşır və Şimali Amerikanın şimal-şərqində tapılması asan olur. Alma 21-ci əsrin əvvəllərində populyarlığını itirir, yeni növ olan Qala almaları yeni favorit kimi qəbul edilir. ABŞ Alma Assosiasiyasının veb saytına görə, Makintoş ABŞ-də ən çox sevilən on beş alma növündən biridir.