Makinskiler - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Makinskilər — Azərbaycan xalqının tanınmış soylarından biri.
Makinskilər | |
---|---|
Titul | Xan, bəy |
Əcdadı | Əhməd sultan Bayat |
Mənşəyi | Maku, İrəvan |
Təbəəliyi |
Maku xanlığı İrəvan xanlığı Rusiya imperiyası |
Soyun yaranması
redaktəBu soy Oğuzların boylarından biri olan Bayat elindən çıxıb. Bayat elinin böyük qollarından biri indiki Cənubi Azərbaycanda yerləşən Maku bölgəsində məskunlaşmışdı.
Elin başçısı olan Əhməd sultan 1729-cu ildə Nadir şah Qırxlı-Əfşarın yaratdığı orduya qoşulmuşdu. 1747-ci ildə Əhməd sultan Nadir şahın ölümündən sonra, onun arvadlarından birini götürüb Makuya gələrək, burada Maku xanlığını yaratmış, və "xan" titulunu qazanaraq Əhməd xan olmuşdur. Əhməd xan 1778-ci ildə vəfat edib.
Əhməd xanın Hüseyn xan və Həsən xan adlı oğlanları vardı. Hüseyn xanın oğlanlarından biri Əhməd xan İrəvan şəhərinə köçərək burda məskunlaşdı. Onun törəmələri xanlıq dönəmində Bayati-Maku (yəni "Maku bayatları, Makulu bayatlar"), rus üsul-idarəsi dövründə isə Makinski (rus. Макинский, yəni "Makulu, Makudan olan") soyadı daşıyırdılar.
Sənəd — İrəvan şəhər notariusu H. Qazıyevin 1895-ci ilin akt kitabından çıxarışında bu, tam açıqlığı ilə göstərilmişdir. Çıxarışda yazılır:
26 may 1895-ci il.
Mənim, İrəvan şəhər notariusu Hüseyn bəy Qazıyevin, şəxsən tanıdığım və aktın bağlanmasına qanuni səlahiyyəti olan Naxçıvan şəhər sakinləri Hüseyn xan, Cəfərqulu xan və Rəhim xan Naxçıvanskinin müvəkkili, İrəvan şəhər sakini, zadəgan Abbasqulu xan İrəvanski İrəvan şəhərinin birinci hissəsindəki bazar meydanında, Antonovun evində yerləşən kontoruma şahidlərlə: İrəvan şəhər sakinləri — Şaqar məhəlləsində [yəni "Şəhər məhəlləsində" — red.] yaşayan Rəsul bəy Məmmədbəyov və Təpəbaş məhəlləsində yaşayan Paşa Əsəd Ağayevlə gələrək, İrəvan Dairə Məhkəməsinin 31 yanvar 1895-ci il tarixli ona vəkalət verən İrəvan quberniyası Naxçıvan şəhər sakinləri Kəlbalı xan Naxçıvanskinin oğulları Hüseyn xan, Cəfərqulu xan və Rəhim xanın İrəvan şəhər sakini mərhum Şükür xan Makinskinin vərəsələri Paşa xan, Rəşid xan, Münəvvər xanım, Zəhra xanım və Sultan xanım Makinskilərə və anaları Məmməd Həsən xan Sərdarın qızı Hacı Ağa Bəyim xanıma məxsus olmuş torpaq sahəsinin yarısına olan hüququn təsdiqlənməsi haqda İrəvan Dairə Məhkəməsinin təliqəsinin surətini təqdim edərək, həmin ərazinin qeydiyyata alınmasını xahiş etdi. İrəvan Dairə Məhkəməsinin hakim pristavı Kələntərovun tərtib etdiyi siyahıdan göründüyü kimi həmin torpaq İrəvan quberniyası Eçmiədzin qəzasının Tos kəndində yerləşir, sərhədləri: qərbdən Tos kanalı, şərqdən Petros Melkonovun torpağı, cənubdan Tos yolu, şimaldan Akim Maçekovun torpağıdır. Sahəsi 40 batman və ya 2000 kv. sajendir (1 batman 50 kv. sajendir.). Torpaq sahəsinin yarısının hüququ Şükür xan Makinski və Məmməd Həsən xan Sərdarın qızı Hacı Ağa Bəyim xanımın vərəsələri tərəfindən Hüseyn xan, Cəfərqulu xan və Rəhim xan Naxçıvanskilərə 150 manat müqabilində verilib. Bu aktın layihəsi müvəkkil Abbasqulu xan İrəvanskiyə yuxarıda adları çəkilən şahidlərin iştirakı ilə bildirilib və akt kitabına daxil edilib. Çıxarış İrəvan notarial arxivinin təhkimçilik işləri reyestrində qeydə alınması məqsədilə İrəvan Dairə Məhkəməsinin baş notariusuna verilməsi üçün Abbasqulu xan İrəvanskiyə təqdim edilib. Sənədi imzaladı Naxçıvan şəhər sakinlərinin müvəkkili Abbasqulu xan İrəvanski. Aktın bağlanması zamanı iştirak ediblər və imzalayıblar: İrəvan şəhər sakini, şəhərin I hissəsində yaşayan Rəsul bəy Məmmədbəyov, İrəvan şəhərinin II hissəsində şəxsi evdə yaşayan Paşa Əsəd Ağayev. Notarius Qazıyev. Çıxarış aktla eynidir, 1895-ci ilin reyestrində 1296 N ilə qeyd olunub və 1 iyun 1895-ci il tarixdə müvəkkil Abbasqulu xan İrəvanskiyə təqdim olunub. Notarius Qazıyev. 2 avqust 1895-ci il tarixdə sənəd Eçmiədzin qəzası üzrə İrəvan notarial arxivinin 1895-ci il təhkimçilik işləri reyestrində 15-ci səhifədə 46 nömrə ilə qeyd olunub. Vergilər: akt üçün 3 manat: möhür üçün 20 qəp., nəşr üçün 3 manat və dəftərxana üçün 50 qəp., cəmi 6 manat 70 qəp. İrəvan xəzinədarlığına 28 iyul 1895-ci il tarixli 6891 N-li qəbzlə verilib. İrəvan Dairə Məhkəməsinin baş notariusu vəzifəsini icra edən P.Moyqur: ("imza"). |
Soyun tanınmış nümayəndələri
redaktə- Əhməd xan Makinski — Rusiya İmperator Ordusunun hərbçisi, mayor.
- Pənah xan Makinski — İrəvan Şəhər Dumasının üzvü, kollej müşaviri.
- Əli xan Makinski — İrəvan Şəhər Dumasının üzvü, mülkədar.
- Teymur bəy Makinski — Azərbaycanda milli azadlıq hərəkatının fəal üzvü, ictimai-siyasi xadim. Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının və Zaqafqaziya Federasiyasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü.
- Zülfüqar bəy Makinski — hüquqşünas, Himayəçilik nazirliyinin İrəvanda müvəkkili.
- Abbasəli bəy Makinski — hüquqşünas, Xarici işlər nazirliyinin tərcüməçisi, Azərbaycan Parlamentinin üzvü.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Bayat eli, "Soy" dərgisi, 1 (33). 2010.
- Ənvər Çingizoğlu. "Makinskilər" (PDF). "Soy" (az.). №3(47) ("Mütərcim"). 2011: səh.3–12. İstifadə tarixi: 2017-05-25.