Makedoniya Muharibeleri - Wikipedia
Makedon müharibələri (e.ə III–II əsrlər) — Roma ilə Makedoniya arasında Yunanıstan üzərində heqemoniya uğrunda gedən və Makedoniyanın darmadağın olunması ilə bitən üç müharibə. Kanna döyüşündən sonra Makedoniya çarı V Filipp Makedoniyalı Romaya qarşı Hanniballa ittifaqa daxil oldu. Makedoniya İliriya üzərində heqemonluğunu qurmaq, Adriatika sahillərinə çıxmaq və Kiçik Asiyada öz ərazilərini genişləndirmək istəyirdi.
Birinci Makedon müharibəsi(e.ə 215–205)
redaktəRomalıların əsas qüvvələri İtaliyada Hanniballa məşğul olduqları üçün, Balkanlardakı əməliyatlara kiçik qoşun ayrılmışdı. Lakin say üstünlüyünə malik makedoniyalılar qətiyətsiz hərəkət edirdilər; romalılar isə kifayət qədər qüvvələrinin olmamasından, ellinistik aləmdə baş verən Makedoniya əleyhinə çıxışları hər cürə dəstəkləyirdilər. E.ə 205-ci ildə müharibə sülhlə bitdi, lakin Roma ilə Makedoniya arasındaki münasibətlər tənzimlənməmiş qaldı. Buna baxmayaraq Roma Yunanıstana öz təsirini artıra bildi.
İkinci Makedon müharibəsi(e.ə 200–197)
redaktəİkinci Punik müharibəsindəki (e.ə 218–201) qələbəsindən sonra, Roma Balkanlarda öz işğalçı siyasətini fəallaşdırdı və Makedoniyanı, Karfagenlə əlaqələrdə, önun müttəfiqlərinə hucumlarda və beləliklə müqaviləni pozmaqda suçladı. Bu vaxt ərzində Makedoniyanın daxili qüvvələri tükənmişdi, ölkənin daxilində çara qarşı müxalifət artırdı, Roma ilə müharibə populyar deyildi. V Filippin Roma ilə anlaşmaq cəhdləri boşa çıxdı. Həlledici döyüş e.ə 197-ci ildə Fessaliyada Kinoskefala yaxınlığında baş verdi. Tit Kvinksi Flamininin romalı qoşunu Filippin ordusunu darmadağın etdi. Sülh anlaşmasına görə Makedoniya Fessaliyanı və Korinfi itirirdi, qalibə, 6 gəmidın başqa, bütün donanmasını təhvil verirdi, 1000 talant kontribusiya ödəyirdi, bütün əsirləri qaytarırdı, ordusunu 5 min əskərə qədər endirirdi, Romadan icazəsiz müharibə aparmamalı idi, yunan şəhərlərinin azadlığını tanımalı idi. Yunanıstan "azad" elan olundu, faktiki olaraq isə Romanın hakimiyəti altına düşdü.
Üçüncü Makedon müharibəsi (e.ə 171–168)
redaktəV Filippin ölümündən sonra onun oğlu Persey Roma ilə müharibəyə hazırlaşmağa başladı. O romayönlü makedon əyyanlarının müqavimətini qırdı, ölkənin iqtisadiyatını möhkəmləndirdi, 40 minlik ordu yaratdı və Roma ilə düşmən olan ölkələrlə, o cümlədən Karfagenlə, əlaqələr yaratdı. Roma senatı onu əvvəlki müqavilələrin pozulmasında suçladı. Üçüncü Makedon müharibəsi başladı. 30 minlik romalı ordusu Makedoniyaya endi. Əvvəlcə hərbi əməliyatlar romalılar üçün uğurlu olmadı, lakin e.ə 168-ci il 22 iyunda Lusi Emili Pavelin başçılığı ilə Roma legionları, Pidna yaxınlığında Makedoniyalı Perseyin qoşunlarını darmadağın etdi. Persey qaçdı, sonra isə əsir düşdü. Roma ordusu ölkəni işğal etdi və yağmaladı. Roma senatı Makedoniyada çar hakimiyətini ləğv etdi, ölkəni bir-birindən ayıraraq, özündən asılı 4 dairəyə böldü. E.ə 149-cu ildə Makedoniyada Romaya qarşı üsyan qalxdı. Romalılar üsyanı yatırdılar və e.ə 148-ci ildə Makedoniyanı İlirya və Epirlə birlikdə öz əyalətinə çevirdilər.
Nəticə
redaktəMakedoniya müharibəsində iqtisadi və hərbi cəhətdən daha inkişaf etmiş Roma qələbə çaldı. Roma ordusu o dövrün, strukturuna və qoşunların idarəolunmasına görə, ən yaxşı hərbi təşkilatı olaraq, öz hərbi və mühəndis təcrübəsi ilə güclü idi. Kinoskefala və Pidna yaxınlığındakı döyüşlərdə romalıların manipulyar taktikası makedon falanqası üzərində öz taktiki üstünlüyünü göstərdi. Legionun manipulyar düzülüşü Roma ordusunun həm düz, həm də kəsişən(yarğanlı) ərazidə yüksək manevr üstünlüyünü təmin edirdi, onun cəbhədən(frontal) və cinahdan(flanq) zərbələrini, arxadan zərbələrlə üzlaşmasını təmin edirdi. Romalılar falanqanın yaranmış dəliklərinə girmək və onu hissə-hissə məhv etmək imkanı əldə edirdilər. Məsələn Pidna döyüşü. Romalıların üç sıraya düzülüşü hucumda qüvvələrini artırmaq imkanı verirdi. Müharibələrin nəticələrinə Romanın diplomatiyasının da təziri güclü oldu. O Makedoniyanın öz daxilində Filipə və Perseyə qarşı olan əyyanlardan, özünə müttəfiqlər tapmağa bacarmışdı və yunanların azadlıq arzularından da yararlanmışdı.
Mənbə
redaktə- Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T. 5 səh. 86