Mahmud Ve Meryem Film - Wikipedia
Mahmud və Məryəm — Azərbaycan və Türkiyə kinematoqrafçılarının Elçinin eyniadlı romanı əsasında[1] 2013-cü ildə müştərək çəkdikləri film.[2]
Mahmud və Məryəm | |
---|---|
türk. Mahmut ile Meryem | |
Janr | tarixi film, dram filmi |
Rejissor | Mehmet Ada Öztekin |
Prodüserlər | Müşfiq Hətəmov, Sevda Kaygısız |
Əsərin müəllifi | Elçin Əfəndiyev |
Baş rollarda |
Araz Bulud İynəmli Yeva Dedova |
İstehsalçılar |
“Salnamə” 24 Kare |
İlk baxış tarixi |
22 mart 2013 Türkiyə 26 sentyabr 2013 Azərbaycan |
Filmin digər adı | Mahmud ilə Məryəm |
Müddət | 120 dəqiqə |
Büdcə | ₺15 milyon |
Ölkələr |
Azərbaycan Türkiyə |
Dil | Azərbaycanca |
İl | 2013 |
IMDb | ID2736928 |
Məzmun
redaktəFilm müsəlman Mahmud ilə xristian Məryəmin mümkünsüz görünən məhəbbəti haqqındadır. Filmdəki hadisələr 1500-cü illərdə baş verir. Mahmud Gəncə xanı Ziyad xanın oğlu, Məryəm isə xristian keşişinin qızıdır. Gənclərin məhəbbəti Ziyad xan və keşiş tərəfindən yaxşı qarşılanmır. Keşiş Məryəmi götürüb uzaqlara qaçır. Ziyad xanın etirazlarına baxmayaraq, Mahmud Məryəmin dalınca gedir. Yolda Mahmud Çaldıran döyüşünün baş verdiyi düzənliyə çatır və gördüklərindən çox təsirlənir. Süleyman Paşanın köməyi ilə Məryəmi tapsa da, filmin sonunda hər iki aşiq əfsanəvi şəkildə dünyalarını dəyişir.
Haqqında
redaktəFilmi Azərbaycanın “Salnamə” və Türkiyənin 24 Kare şirkətləri müştərək çəkiblər.
Filmdə baş rolları Aras Bulut İynemli və rus əsilli Yeva Dedova paylaşıb. Filmin çəkilişləri təxminən on həftə davam edib. İlk on bir günlük çəkilişlər Azərbaycanın Şəki, Qax, Bakı şəhərlərində aparılıb. Film 22 mart 2013-cü ildə Türkiyədə[3], 26 sentyabr 2013-cü ildə isə Azərbaycanda nümayişə girib.[4] Türkiyədə keçirilən qala gecəsində əsərin müəllifi Elçin də iştirak edib. Film həmçinin 2015-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən 4-cü Türk Filmləri Həftəsində də nümayiş olunub.
“Mahmud və Məryəm” filminin rejissoru Mehmet Ada Öztekindir.[5] “Mahmud və Məryəm” filminin prodüseri Sevda Qayğısızdır.[6]
Baş rollar və obrazlar
redaktə- Aras Bulud İynemli - Mahmud
- Yeva Dedova - Məryəm
- Fəxrəddin Manafov - Ziyad xan
- Məlahət Abbasova - Qəmər Banu
- Mehmet Çevik - Keşiş
- Polad Bilgin - Sofu
- Şamil Süleymanov - Mirzə Salman
- İlkər Kızmaz - Süleyman Paşa
- Kristina Krepela - Ceylan
- Tomris İncər - Qısır qadın
- Şafak Başqaya - Bayındır
- Ufuk Şen - Olcaytu
- Həsən Qaçan
- Cemal Hünal
- Ramiz Məlikov
- Ali İl
- Asena Tuğal
- Mert Öcal
- Açelya Özcan
- Volkan Özler - Təcavüzkar Əsgər
İstinadlar
redaktə- ↑ Məhəbbət haqqında daha bir əfsanə: [Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında çəkilmiş eyniadlı filmin nümayişi haqqında] //Azərbaycan.- 2013.- 1 oktyabr.- S.12.
- ↑ Elmira Axundova. "Dünyada bundan qəmli hekayət yoxdu..." 525-ci qəzet. 8 mart 2014. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2016.
- ↑ Bayramov, O. İstanbulda Xalq yazıçısı Elçinin romanı əsasında çəkilmiş “Mahmud və Məryəm” filminin təqdimatı olmuşdur: [rejissor Mehmet Ada Öztekinin quruluşunda] //Azərbaycan.- 2013.- 20 mart.- S.11.
- ↑ Azəri, L. “Mahmud və Məryəm” ekrana çıxdı: Azərbaycan və Türkiyə kinematoqrafçılarının ilk müştərək filminin Bakı premyerası keçirildi : [Nizami Kino Mərkəzində] //Mədəniyyət.- 2013.- 27 sentyabr.- S. 2.
- ↑ Öztekin, M. “Rejissor filmin ağasıdır”: [“Mahmud və Məryəm” filminin rejissoru Mehmet Ada Öztekin ilə müsahibə] /müsahibəni apardı Q.Turalı //Ədalət.- 2013.- 2 oktyabr.- S.8.
- ↑ Kayğısız, S. “İki ölkəni bir görürəm”: [“Mahmud və Məryəm” filminin prodüseri Sevda Kayğısız ilə müsahibə] //Xalq cəbhəsi.- 2013.- 5 fevral.- S. 15.
Mənbə
redaktə- İsayeva, R. “Mahmud və Məryəm” kinodastan olacaq: Azərbaycan və Türkiyə kinematoqrafçıları məşhur romana ekran həyatı verəcəklər: [Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında quruluşçu rejissor Mehmet Ada Öztekinin ekranlaşdıracağı eyniadlı filmin çəkiliş qrupu “Nizami” Kino Mərkəzində mətbuat konfransı keçirmişdir] //Mədəniyyət.-2012.- 20 iyul.- S. 8.
Həmçinin bax
redaktəAzərbaycan filmlərinin siyahısı
Türkiyə filmlərinin siyahısı