Mahmud Ibn Mehemmed Sirvani - Wikipedia
Mahmud ibn Məhəmməd Dilşad Şirvani — XV əsrdə Osmanlı imperatorluğunda yaşamış tarixçi, coğrafiyaşünas, mütərcim və ədib.
Mahmud ibn Məhəmməd Dilşad Şirvani | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şirvan |
Vəfat tarixi | |
Uşağı | Şükrüllah Şirvani |
Fəaliyyəti | həkim |
Həyatı
redaktəŞirvanda doğulmuşdur.
Yaradıcılığı
redaktəBir sıra əsərin müəllifidir:
Töhfəyi Muradi
redaktə"Töhfəyi-Muradi" adı ilə tanınan "Muradi fi Əsnafil-Cəvahir" adlı hənəfi fiqhinə dair osmanlı dilində qələmə alınmış əsər müəllif tərəfindən II Murada təqdim edilmişdir. Bu əsərin bilinən üç əlyazma nüsxəsindən biri Parisdə, digəri Qahirədə, üçüncüsü isə Türkiyədə Kastamonuda saxlanılır.
Tərcümeyi Tarixi ibn Kəsir
redaktəMahmud Şirvaninin ən məşhur əsəridir. İmadəddin İsmayıl ibn Kəsirin "Bidayə vən-Nihayə" adlı tarixə dair çoxcildli əsərini ixtisarla ərəbcədən türkcəyə tərcüməsidir. Türkiyədəki kitabxanalarda beş əlyazma nüsxəsi mövcuddur.
Digər əsərləri
redaktə- Kəhhalnaməyi Nuril Uyun — tibbə aiddir.
- Xəridətül - Əcaib və Fəridətül - Ğəraib (müəllif: Ömər ibnül-Vərdi) — tərcümə.
- Məsalikül-Məmalik (müəllif: əl-İstəxri) — tərcümə.
Ölümü
redaktəMahmud Şirvaninin ölüm tarixi dəqiq məlum olmasa da 1439-cu ildən sonraya təsadüf etdiyi bilinir.
Mənbə
redaktə- Elnur Nəsirov — Orta əsrlərdə yaşamış azərbaycanlı alimlər, Bakı, 2011
- Tuhfe-i Murâdî (Cevhernâme) Muhammed Şîrvânî Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine