Mahmud Ozer - Wikipedia
Mahmut Özer (5 may 1970, Tokat) — Türk akademik, Bülent Ecevit Universitetinin keçmiş rektoru, keçmiş ÖSYM prezidenti və hazırda Milli Təhsil Naziridir.
Mahmut Özer | |
---|---|
Türkiyənin Milli Təhsil Naziri | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 Mayıs 1970 |
Doğum yeri | Tokat,Türkiyə |
Milliyyəti | Türk |
Fəaliyyəti | universitet müəllimi[d], elektrik mühəndisi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1970-ci ildə Tokatda doğulan Özer 1988-ci ildə Tokat İmam Hatip Liseyini bitirib. 1992-ci ildə İstanbul Texniki Universitetinin Elektronik və Kommunikasiya Mühəndisliyi fakültəsini bitirib. 1992–1994-cü illərdə Dalaman Hava Limanı, Dövlət Hava Limanları İdarəsi Ümumi Müdirliyi Elektronik Mühəndisi olaraq çalışdıqdan sonra 1994–2002-ci illərdə Gaziosmanpaşa Universiteti Tokat Peşə Məktəbində müəllim olaraq çalışdı.
2001-ci ildə Karadeniz Texniki Universiteti Elm İnstitutu Elektrik və Elektronik Mühəndisliyi fakültəsində dokturluq dərəcəsini tamamlayan Özer 2002-ci ildə Zonquldak Karaelmas Universiteti (Bülent Ecevit Universiteti) Elektrik və Elektronik Mühəndisliyi Bölməsində dosent vəzifəsinə başlamışdır. Eyni universitetdə 2005-ci ildə dosent, 2010-cu ildə professor elmi adını almışdır. 2009-cu ildən prorektor vəzifəsində çalışarkən sonra Zonquldak Karaelmas Universitetinin rektoru təyin edildi. 2014-cü ildə rektorluq seçkilərində də qalib gələn Özer Bülent Ecevit Universitetinin rektoru vəzifəsinə yenidən təyin edildi.
1 avqust 2015 və 1 avqust 2016 tarixləri arasında Universitetlərarası İdarə Heyətinin Sədri vəzifəsində çalışdı. 2014-cü ilin oktyabr ayından etibarən Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası tərəfindən nəşr olunan və Science Citation Index (SCI) daxilində incələnən Türk Elektrik Mühəndisliyi və Kompüter Elmləri Jurnalının baş redaktoru vəzifəsini davam etdirdi. 15 oktyabr 2015-ci ildən YÖK nümayəndəsi olaraq Məsləki Yetərlilik Qurumu Başqan vəkilliyi vəzifəsində çalışdı. 8 avqust 2018-ci ildə Milli Təhsil Nazirinin müavini təyin edildi.
Ziya Selçukun yerinə 6 avqust 2021-ci il tarixində Türkiyə Respublikasının Rəsmi Qəzetində dərc olunan təyinat qərarı ilə Milli Təhsil Naziri təyin edildi.[1]