Mahire Yaqubova - Wikipedia
Mahirə Mehdi qızı Yaqubova (4 dekabr 1954, Bakı) — Azərbaycan teatr və kino aktrisa, pedaqoq, Azərbaycan Respublikasının əməkdar artisti (2002), Azərbaycan Respublikasının əməkdar müəllimi (2023).
Mahirə Yaqubova | |
---|---|
Mahirə Mehdi qızı Yaqubova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti |
aktrisa pedaqoq |
Mükafatları |
Həyatı
redaktəMahirə Yaqubova 1954-cü il dekabr ayının 4-də Bakıda anadan olmuşdur. Suraxanı rayonundakı 101 saylı orta məktəbdə oxuyub. Səkkizinci sinifdən sonra məktəbəqədər pedaqoji məktəbdə təhsil alıb. İlk dəfə səhnəyə də burada çıxıb. Əbdürrəhim bəy Haqverdiyevin "Bomba" hekayəsi əsasında səhnələşdirilən tamaşada Feyzulla rolunu oynayıb (məktəbdə yalnız qızlar təhsil alırdı). 1974-cü ildə müvəffəqiyyətlə imtahan verərək M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub və buranı fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində Anarın "Adamın adamı" əsərində (quruluşçu rejissor Ədalət Ziyadxanov) At Balaxanım, Lope de Veqanın "Sevilya ulduzu" əsəri əsasında hazırlanan diplom tamaşasında isə Natella obrazlarını uğurla ifa edib. 1979-cu ildən bu günə kimi Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, son illər isə dosent vəzifəsində çalışır. Bir çox elmi məqalələrin, metodik göstərişlərin, dərsliklərlə bağlı proqramların müəllifidir.
Pedaqoji fəaliyyəti ilə, elmi yazılarıyla yanaşı Bakı Bələdiyyə teatrında 34 ildən çox müddətdir ki, həm də aktrisa kimi fəaliyyət göstərir. Teatrın repertuarında olan çox dəyərli tamaşalarda baş rollarda çıxış edir. Bundan başqa bir neçə televiziya tamaşasında və filmdə rol alıb.
2022-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.
Teatrda çalışdığı illər ərzində Azərbaycan əsgərləri qarşısında dəfələrlə çıxış edib. Müxtəlif illərdə xarici ölkələrdə kecirilən festivallarda Azərbaycanın təmsilçisi olub. 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adı ilə təltif edilmişdir.[1]
Əsas rolları
redaktə- Ölülər (C.Məmmədquluzadə) — Kərbəlayi Fatma
- Dəli Domrul (A.Məmmədov) — Domrulun anası
- Elektra (Sofokl) — Korifey
- Demokl qılıncı (N.Hikmət) — Karın arvadı
- Unutqanlıq qorxunc bəladır (kompozisiya) — şəhid anası
- Oğul (A.Babayev) — Səriyyə
- Tənha qadınlar (Ə.Nesin) — Diha bəyim
- Dönüş (C.Cabbarlı) — Asya
- Kimdir müqəssir (Ə. Haqverdiyev) - Bahar
- Türk sancağı (A.Qurbani) - şəhid anası
- Büllur sarayda (İ.Əfəndiyev) - Cəvahir xanım
- Atayevlər ailəsi (İ.Əfəndiyev) - Zabitə
- Bəylik dərsi ( M.Süleymanlı ) - Ana
Filmoqrafiya
redaktə- De ki, məni sevirsən! (film, 1977) — rol: rəfiqə
- Ötən ilin son gecəsi (film, 1978) — rol: Leyla
- Sabiqlər (film, 1999) — rol: Xanım
- Ünvansız qız (film, 1999) — rol: qaçqın qadın
- Sabiqlərin yeni sərgüzəştləri (film, 2000) — rol: Xanım
- Əsirin qayıtması (film, 2002) — rol: Səlimə xala
- Yeni həyat (film, 2005)
- Yalan (film, 2005) — rol: xəzinədar qadın
- Əlvida (film, 2007) — rol: Solmaz
- Sonuncu fəsil (teleserial, 2013) — rol: Zəri
- Dələduzlar (film, 2014) — rol: sələmçinin arvadı
- Vicdan haqqı (teleserial, 2016) - rol.Şahnaz xanım
- Yuxu kimi (teleserial, 2019)
- Birlikdə (film.2023) -rol.Səlimə
- Sədən-sənə (sənədli film 2023) rol. Nigar Rəfibəyli
- Yol ayrıcında (film 2024) rol.Minurə
İstinadlar
redaktə- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.