Mahasiva Ratra - Wikipedia
Mahaşiva Ratra (Şiva allahının böyük geçəsi) - Hindistanda Şiva allahının şərəfinə keçirilən bayram.
Bayramın keçirildiyi tarix
redaktəMahaşiva Ratra bayramı hər il (yanvar-fevral) ayında yeni ayın görünməsi ilə keçirilir. 2017-ci ildə Hindistanda Mahaşiva Ratra bayramı 24-25 fevralda keçirilmişdir[1][2][3].
Bayram necə keçirilir
redaktəBayram, adətən yerli vaxtla günəşin batdığı andan başlayır. Bayramla eyni zamanda Şivanın şərəfinə oyaq qalma və oructutma gecəsi başlayır. Buna görə də bayram Şivaratra (maha-böyük deməkdir) bayramı da adlanır. Oruc tutanlar gündüz vaxtı özlərini yeməklə "mükafatlandırırlar", çünki bundan sonra oruc mərasimi başlayır. Bu bayram qadınlar üçün xüsusi əhəmiyyət kəsb edir. Onlar Parvatiyə (Əfsanəyə görə Şivanın arvadıdır) onlara uğurlu ailə həyatı, gözəl uşaqlar bəxş etməsi üçün dua edirlər. Dindarlar "katha"-Şiva haqqında tarixi oxuyur, onun şərəfinə həsr olunmuş himnləri ifa edirlər. Bir sutka davam edən bayram başa çatdıqda çay və ya su hövzələrində yarmarka başlayır. Mahaşiva Ratra zamanı ibadət edənlərə Puranlarda cənnətə firavan həyat vəd olunur və dindarlar həmin gecənin savabının adi gecədən 100 qat artıq olduğuna inanırlar. Ritual ayinlər başa çatdıqdan sonra Qanqın müqəddəs sularında və ya müqəddəs hesab olunan digər çaylarda yuyunan dindarlar yeni paltarlar geyinir və yaxınlıqdakı Şiva məbədinə gedirlər, özləri ilə süd, su, meyvə, yağlı lampa, bel ağacının yarpaqlarını və s. aparırlar. Onlar inanırlar ki, bu məbəddən hər tərəfə axan süd çayları başlayır. Həmin gün məbədlər insanlarla dolu olur, məbəd ətrafında otururlar və ya pucu ayinini icra etmək üçün növbədə dayanırlar. Şiva məbədində.[4][5][6] və onun ətrafında çoxlu lampa yandırılır, iri məbədlərdə nəfəsli və zərb alətlərindən istihadə edən orkestrlər çanlı mahnılar ifa edirlər.
Bayramın yaranması haqqında əfsanələr
redaktəMahaşiva Ratra bayramının yaranması haqqında müxtəlif əfsanələr mövcuddur. Geniş yayılmış əfsanəyə görə Şivaratra (Şivaratri) bayramının keçirilməsi ovçunun orucunu və oyaq qalma andını bilmədən pozması ilə bağlıdır. Bundan sonra ovçu heyvanları sevmiş və Şivaya ibadət edən müqəddəsə çevrilmişdir. Bu çevrilmənin əsas tarixi isə aşağıdakı kimidir: Lubhdhaka adlı bir avam ovçunu borc sahibləri tutaraq Şivanln məbədinə həbs edirlər. Məbəddə bağlı qapılar arxasında qalanda o eşidir ki, Şivanın pərəstişkarları tanrının adını təkrar edirlər, o, bu ilahinin mənasını başa düşməyə çalışır. Şivaya ibadət edənlər ovçunun borcunu verdiklərindən onu azad edirlər. Azadlığa çıxan ovçu yenidən ov dalınca meşəyə gedir. Yarpaqları Şivaya qurban verilən bel ağacının yarpaqları arasında gizlənir. Ovçu tərpəndikcə yarpaqlar linqaların (fallos) üstünə tökülür. Bu isə çox dindar əməl sayılır. Bundan başqa həyəcanlanan ovçu bir neçə dəfə Şiva tanrısının adını çəkir. Özü başa düşməsə də bu onun böyük mənəvi xidməti olur. Axşam vaxtı ağaca dişi, boğaz maral yaxınlaşır. Ovçu nişan alanda maral ona yalvarır, deyir ki, ondan sonra daha bir maral gəlir, onu öldürə bilər. Əgər buna razı deyilsə, o, yuvasına getsin, körpəsini doğub, yoldaşlarına tapşırıb, geri qayıtsın və bundan sonra ovçu onu öldürsün. Dişi maral onu da deyir ki, Şivanın təsviri önündə rəqs etməyə laqeyd yanaşdığına görə, tilsimlənib, bunun nəticəsində marala çevrilib və qara marala çevrilmiş asurla yaşamağa məcbur olub. Şivanın adının təkrarlanması nəticəsində ovçu heyvanlara qarşı məhəbbətlə yanaşır və maral geri qayıdacağına and içdikdən sonra onu buraxır. Lubdhaka Şivanın adını çəkərək yenidən bel ağacına çıxır, gündüz və gecə heç nə yemir. Gecəyarısı, acından vəziyyəti pisləşəndə ona bir erkək maral yanaşır. Bu maral da öz yoldaşını axtarırmış. Ovçunun onu nişan aldığını görüb yoldaşını görməmiş onu öldürməməsi üçün yalvarır. Ovçu onu da buraxır. Birinci maral yuvasına dönür, balalayır. İkinci dişi maral və qara maral görüşürlər. Bundan sonra qara maral dişi maralları yuvada qoyaraq, öldürülmək üçün ovçunun yanına qayıtmaq istəyir. Amma marallar buna razı olmurlar. Hər üçü ovçunun yanına gələrək ilk olaraq hansının öldürülməli olduğunu soruşurlar. Şivanın adını zikr etməklə, onun şərəfinə oyaq qalmaqla ovçunun günahları yuyulduğundan o, yemək naminə canlıları öldürməyin günah olduğunu dərk edir. Ovçu vəz oxuyaraq maralları buraxır. Həmin anda müqəddəs arabada Şivanın elçiləri gəlirlər və ovçunu Şiva-lokuya (Şiva ölkəsi) aparırlar.
Cons və Rayanın məlumatına əsasən Mahaşiva Ratra bayramının meydana çıxması b.e.-nın V əsrinə aiddir.
İstinadlar
redaktə- ↑ Календарь индийских праздников на 2014 год Arxivləşdirilib 2021-10-19 at the Wayback Machine
- ↑ Govt of Odisha India, 2017 Holidays Arxivləşdirilib 2017-03-25 at the Wayback Machine, "Maha Shivarathri 2017". 2021-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-22.
- ↑ "Arxivlənmiş surət". 2017-12-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-22.
- ↑ "International Shivaratri fair in Mandi". Himachal tourism. 14 April 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 February 2012.
- ↑ "The International Festival". 2009-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-07.
- ↑ "Mandi -The Seventh Heaven". 2011-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-07.