Mahacqalada Yanacaqdoldurma Menteqesinde Partlayis - Wikipedia
Mahaçqalada yanacaqdoldurma stansiyasında partlayış (rus. Взрыв на АЗС в Махачкале) — Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində 2023-cü ilin 14 avqust tarixində, yerli vaxtla axşam 21:40 radələrində baş vermiş güclü partlayış hadisəsi.[1][2]
Mahaçqalada yanacaqdoldurma stansiyasında partlayış | |
---|---|
| |
Tarix | 14 avqust, 2023 |
Saat | 21:40 |
Yeri | Mahaçqala, Dağıstan, Rusiya |
Qurbanlar | |
Ölənlərin sayı |
|
Zədəlilər | ən azı 80 nəfər |
Hadisə
redaktəHadisə 2023-cü ilin 14 avqust tarixində yerli vaxtla axşam saat 21:40 radələrində, şəhərin şimal hissəsində yerləşən köhnə yanacaqoldurma məntəqəsinin inzibati ərazisində baş verib. Partlayış nəticəsində yüzdən çox insanın xəsarət aldığı qeyd olunur.[3] Yaralılardan ən azı on nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, ağır yaralıların xüsusi təyyarə ilə Moskvaya çatdırılması nəzərdə tutulub.[4] Şahidlərin dediyinə görə, alov ərazidəki avtoservisdən yanacaqdoldurma məntəqəsinə keçib. Dağıstan başçısı Sergey Melikov bildirib ki, partlayış yanacaq məntəqəsi yaxınlığında baş verib və çənlər buna görə alışıb.
Dağıstan Yanacaqdoldurma Məntəqələri Assosiasiyasının rəhbərinin sözlərinə görə, yanacaqdoldurma məntəqəsinin yerləşdiyi küçənin qarşı tərəfində qanunsuz olaraq 35 ton trotil ekvivalentində 90–100 ton ammonyak nitrat yığılıb və nəticədə partlayışın təsiri dağıdıcı olub.[5] Artıq gecə saatlarında yanğınsöndürənlər alovun söndürülməsinə nail olub. Yanğın 600 m² sahəni əhatə edib. Faciə ilə əlaqədar bu gün Dağıstan Respublikasıda matəm elan edilib. Rusiya İstintaq Komitəsi partlayışla bağlı cinayət işi açıb və araşdırmalara başlayıb.[6]
Reaksiya
redaktə- Rusiya Federasiyası Prezidenti Vladimir Putin hadisədən sonra partlayış nəticəsində həlak olan insanların yaxınlarına və ailə üzvlərinə başsağlığı verib. Dərc olunan başsağlığı mətnində hadisənin günahkarları olan şəxslərin qanun qarşısında cavab verəcəkləri əks olunub və hadisə nəticəsində həlak olan insanların ailə üzvlərinə 1 milyon rus rublu məbləğində birdəfəlik yardımın ödəniləcəyi də qeyd edilib.[7] Dağıstan Respublikasının səlahiyyətlil şəxsləri partlayış nəticəsində yaralananların 200.000₽ ilə 400.000₽ arasında birdəfəlik ödəniş alacaqlarını açıqlayıblar. Dağıstan Respublikasında hadisə ilə əlaqədar olaraq bir günlük matəm elan edilib.
İstinadlar
redaktə- ↑ "Massive explosion at a gas station in Russia's Dagestan kills 35 and injures scores more". AP News (ingilis). 2023-08-15. 2023-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-15.
- ↑ "В результате взрыва на автозаправке в Дагестане погибли 35 человек, 75 получили ранения В республике объявлен траур". Meduza (rus). 2023-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-15.
- ↑ Cooney, Christy. "At least 35 die in inferno at petrol station in Dagestan southern Russia". BBC News. 14 August 2023. 16 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 August 2023.
- ↑ "В Махачкале произошел мощный взрыв на автозаправке. Число погибших выросло до 27 человек". BBC News Русская служба (rus). 2023-08-15. 2023-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-15.
- ↑ "«От тех, кто был ближе всего, ничего не осталось». Что известно о взрыве на заправке в Махачкале спустя сутки". BBC News Русская служба (rus). 2023-08-15. 2023-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-15.
- ↑ "Investigative Committee opens criminal case over Makhachkala explosion". TASS. 15 August 2023. 16 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 August 2023.
- ↑ Troianovski, Anton. "Dozens Reported Dead in Fire at Gas Station in Southern Russia". The New York Times. 15 August 2023. 17 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 August 2023.