Mah Teletin Portreti - Wikipedia
Mah Tələtin portreti — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Tbilisidə, Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır.
Mah Tələtin portreti | ||
---|---|---|
| ||
Rəssam | Mirzə Qədim İrəvani | |
Üslubu | portret | |
Texnikası | Gips məhlulu, tempera | |
Saxlanıldığı yer | Gürcüstan Dövlət İncəsənət Muzeyi, Tbilisi |
Təsviri
redaktəAzərbaycan milli geyimində təsvir edilmiş qadın açıq pəncərə (şəbəkə) fonunda təsvir edilib. Pəncərədən mavi səma görünür. Qadın sol əlini bülinə qoyub, sağ əlini isə aşağı sallayıb. Şəbəkənin ortada yerləşən və qaldırıldığına görə qadının başı üzərində imiş kimi görünün orta hissəsi rəngarəng şüşələrlə bəzədilmişdir. Yan pəncərələr üzərində asılmış yaşıl pərdələr aşağıdan yığılaraq əsərin kənarlarına doğru çəkilmişdir. Döşəmə geniş haşiyəli xalça ilə döşənmişdir. Miklaşevskayanın sözlərinə görə, qadının demək olar ki, dairəvi olan üzü xətləri az maraqlı və ifadəsiz olsa da, sözsüz ki, portret uyğunluğunu ötürə bilir. Böyük dəstələrlə çiyinlərə düşən qara saçları qadının üzünü əhatə edir. Baş geyimi yüngül olmaqla güllərdən və zinətli daşlardan və mirvarilərdən hazırlanmış buta ilə bəzədilmiş diademadır. Xanımın istifadə etdiyiyi digər zinət əşyası isə sırğalara bərkidilmişş həmayıldır (buxaqlıq). Sağ əlin şəhadət barmağında böyük üzük var. Sarı qolçaqlı mavi koftanın geniş sinə kəsiyi sarı rəngli ikinci koftanı görməyə imkan verir. Qatlı yaşıl yubka (tuman) və kofta üzərindən isə xanım, dirsəklərə qədər qolları olan tirmə cübbə geyinmişdir. Tİrmənin tünd qırmızı səthi yanaşı düzülmüş butalarla bəzədilmişdir. Diqqətlə və incəliklə işlənmiş nəbati təsvirli lent portreti çərçivə kimi kənarlardan əhatələyir. Çərçivənin aşağı hissəsində yerləşən medalyonun göy səthi üzərində sarı boya ilə yazılır: "Çəkdi kollej asessoru Kadım bəy"[1].
İstinadlar
redaktə- ↑ Миклашевская, 1954. səh. 100
Ədəbiyyat
redaktə- Миклашевская Н. М. Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб / Под ред. Полевого В. М. — Искусство Азербайджана. — Баку, 1954. — Т. IV.