Mafia The City Of Lost Heaven - Wikipedia
Mafia: The City of Lost Heaven (azərb. Mafia: İtmiş cənnət şəhəri) — Illusion Softworks tərəfindən yaradılan və Üçüncü-şəxs atıcı janrında olan oyun. Oyun Avropada 6 sentyabr 2002-ci ildə, Amerika Birləşmiş Ştatlarında isə 28 avqust 2002-ci ildə çıxmışdır. Take-Two Interactivein verdiyi məlumata görə oyun 2 milyon nüsxə satılmışdır.[3][4] 7 sentyabr 2010-cu ildə oyun Steam platformasına uyğunlaşdırılmışdır.[5] Oyunda hadisələr Lost Heaven adlı şəhərdə baş verir. Oyunun əsas süjet xətti 30-cu illər ABŞ-da yaşanmış Mafia mübarizələri təşkil edir.
Mafia: The City of Lost Heaven | |
---|---|
Hazırlayan | Illusion Softworks |
Yayımlayan | Gathering of Developers |
Distribüterlər | Valve |
Buraxılış tarixi |
|
Versiya | 1.3[1] |
Sonuncu versiya |
|
Sonuncu beta-versiya |
|
Janrlar | Birinci-şəxs atıcı |
Yaş reytinqləri |
BBFC: 15 ESRB: M OFLC: M15+ PEGI: 18+ |
Dizaynerlər | Daniel Vavra |
Bəstəkarlar | Vladimir Simunek |
Texniki məlumat | |
Platformalar |
Microsoft Windows PlayStation 2 Xbox |
Oyun rejimləri | Birnəfərli oyun, Multipleyer |
İnterfeysin dili | ingilis dili[2], fransız dili[2], alman dili[2], italyan dili[2], ispan dili[2], çex dili[2], polyak dili[2], rus dili[2] |
Daşıyıcı | optik disk, rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | klaviatura və maus |
Rəsmi saytı |
Giriş
redaktəMəzmun
redaktəPersonajlar
redaktəTomas Angelo (ingiliscə Thomas Angelo ) Oyunun əsas personajıdır. Tomas əvvələr taksi sürücüsü işləmişdir. Sonralar mafia aləminə qoşulmuşdur. Lost Heaven şəhərində ən hörmətli mafia rəhbərlərindən olan Don Salyeri öz adamları Paul və Semə göstərdiyi köməkə görə Tomasa 10 min dollar pul vermiş və onlarla işləməyi təklif etmişdir. Tomas təklifi bir müddətdən sonra qəbul etmişdir. Qısa zamanda Lost Heaven mafia dünyasında tanınmış şəxsə çevrilmişdir. Don Salyerinin ən etibar etdiyi üç şəxsdən birinə çevrilən Tomasa Marello qardaşlarını öldürmək tapşırılır. Don Salyerinin öldürülməsindən sonra adını və yaşadığı ünvanı dəyişmiş və firmaların birində sürücü işləmişdir. Tomas Angelo bütün cəhdlərə baxmayaraq keçmiş mafia rəhbəri Salyerinin adamları Jo Barbaro və Vito Skalette tərəfindən tapılaraq bağının həyətində güllələnmişdir.
Detektiv Norman (ingiliscə Detective Norman ) Əslən İrland olan Norman oyunun başlanğıcında və oyun hissələri arasında Tomas Angelo ilə söhbət zamanı görünür. Norman Lost Heaven Polis Departamentində detektiv vəzifəsində çalışır. Tomas Angelonun Don Salyerinin bütün gördükləri işlər haqqında məlumatı əvəzində ona yeni ad və işlə təmin edəcəyinə söz verir.
Don Enio Saliyeri (ingiliscə Don Ennio Salieri ) Don Saliyeri şəhərin kiçik italiya adlanan hissəsində Saliyeri barının sahibidir. Saliyeri barı kiçik yer olsa da, Don Saliyeri buradan sadəcə işlərini idarə etmək üçün istifadə edir. Əslən İtaliyalı olan Saliyeri düşmənlərinə və bəzən də öz adamlarına qarşı sərt qərarları asanlıqla qəbul edir. Oyunun sonunda ölümü təsvir edilməsə də, həbs edildiyi və daha sonra elektirik stolu ilə edam edildiyi Tomas Angelonun xatirələrindən məlum olur.
Paul (ingiliscə Paulie ) Don Saliyerinin ən önəmli adamlarından biridir. Tomas Angelonun ən yaxın dostu olan Paul çılğın hərəkətləri ilə tanınır. Bütün bunlara baxmayaraq, Paul öz dostlarına və Saliyeriyə qarşı daim sədaqət göstərir. Paul oyunun sonlarına yaxın Saliyerinin göstərişi ilə Sem tərəfindən evində öldürülür.
Sem (ingiliscə Sam ) Sem Saliyerinin əsas adamlarında hesab olunur. Oyunda Saliyerinin tapşırıqlarını yerinə yetirən üç şəxsdən biridir. Bir çox tapşırıqları Tomas Angelo və Paul ilə birlikdə həyata keçirir. İki dəfə ağır yaralanır. İlk yaralanma şəhər kənarında yerləşən yol üstü dayanaçaqda baş verir. Ciddi yaralanma olmasada, Tomas və Paulun cəhtlərindən sonra xilas edilir. Növbəti dəfə isə Saliyerinin göstərişinə əsasən viski gətirməyə gedərkən yaralanan Sem Tomas və Paulun sayəsində yaralanığı ərazidən çıxarılır və Saliyerinin ailə həkiminin evinə apırılır. Oyun ərzində Sem və Tomas Angelo arasında isti münasibət görünmür, daha çox soyuqqanlı davranışları ilə diqqəti cəlb edən Sem oyunun sonlarına yaxın Saliyerinin göstərişi ilə ən yaxın dostu Paulu öldürür. Paulun Sem tərəfindən öldürülməsindən sonra Tomasla telefon əlaqəsi yaradan Sem Toması ya şəhəri tərk etməyi ya da ona verəcəyi unvana gəlməyi təklif edir. Tomas Paulun qisasını almaq üçün Semin olduğu ünvana gedir və uzun mübarizədən sonra onu öldürür.
Frank Kalleti (ingiliscə Frank Colletti ) Don Saliyerinin ən yaxın dostu. Frank Kalletinin Saliyeri ilə 20 illik dostluq münasibətləri vardır. Frankın əsas vəzifəsi baş məsləhətçidir. Bir çox məsələlərdə Tomas Angeloya məsləhətlər verir. Aparılan danışıqlarda daim Saliyerinin yanında olur. Bütün bunlara baxmayaraq Frank Kalleti Saliyerinin şəhərdə əsas rəqibi olan Morello qardaşlarına satılmışdır. Saliyeri bu xəbəri öyrənəndə Tomas Angeloya Frank Kalletini öldürməyi tapşırır. Angelo Frankı hava limanına qədər təqib edir, lakin Frankın arvadı və kiçik qıza ilə birlikdə gördükdə fikirini dəyişir. O, Saliyerinin əmrini yerinə yetirmir və Frank Kalletinin Avropaya getməsinə icazə verir. Frank Kalleti Avropaya gedəndən 5 il sonra Saliyerinin adamları tərəfindən tapılaraq öldürülür.
Ralf (ingiliscə Ralph ) Ralf avtomobil təmirçisidir. Saliyeri barın arxasında avtomobil təmiri məntəqəsində çalışır. Tomas Angelo bir çox maşınların açar sistemini qırmağı Ralfdan öyrənir. Tomasa mehriban münasibəti ilə seçilən Ralf digərlərindən pəltək danışığı ilə seçilir. Oyun ərzində Tomas Angelo silahlı mübarizələrdən əldə etdiyi avtomobilləri Ralfın qarajına gətirir. Saliyerinin adamı olsa da mafia ilə əlaqəsi yoxdur.
Don Marello (ingiliscə Don Morello ) Marello mafia ailəsinin başcısı. Sergio Marellonun böyük qardaşı. Marello Saliyerinin yaxın dostlarından idi. Don Pepone hər iki şəxsə rəhbərlik etmişdir. Peponenin ölümündən sonra Marello və Saliyeri arasında olan münasibətlər gərinləşməyə başladı. Marello Tomas Angelo və dostları tərəfindən Saliyerinin göstərişi əsasında öldürülmüşdür.
Sergio Marello (ingiliscə Sergio Morello ) Don Marrelonun kiçik qardaşı. Sergio Marello şəhər limanına nəzarət edirdi. Saliyeri Tomas Angeloya Sergionu öldürmək üçün dəfələrlə göstəriş verir. İlk üç cəht uğursuz alınır. İlk cəhd İtalyan bağı restoranında Paul Sergio Marello adı ilə səhvən başqasını öldürür. Sonra ki, sui-qəsd zamanı silah açılmır. Üçüncü cəhtdə isə Sergionun maşınına quraşdırılmış bomba onun arvadının ölümünə səbəb olur. Sonuncu dördücü cəht isə şəhər portu üzərində atışmada baş verir. Marello və Saliyeri adamları şəhər portunda silahlı mübarizəyə başlayırlar. Uzun mübarizədən sonra Tomas Angelo Saliyerinin əsas düşmənlərindən olan Sergionu portun deposunda öldürür.
Vincenzo (ingiliscə Vincenzo ) Don Saliyerinin uşaqlıq dostudur. Əsas işi Saliyerinin adamlarını silahla təmin etməkdir. Oyun əsnasında Vincenzo tərəfindən verilən silahların çeşidi və gücü artır. Saliyeri barın sol tərəfində yerləşən binada yaşayır.
Luigi (ingiliscə Luigi ) Luigi Saliyeri barda işləyir. Tomas Angelonun həyat yoldaşı olan Saranın atasıdır. Mafia ilə əlaqəsi yoxdur.
Lukas Bertone (ingiliscə Lucas Bertone ) Lukas Bertone Don Saliyerinin şəhərin digər hissəsində fəaliyyət göstərən adamıdır. Əsas işi maşın təmir etmək olan Lukas Ralfdan fərqli olaraq Saliyeriyə tam tabe deyil. Əsasən Tomas Angeloya bəzi işlər müqabilində müxtəlif növ yeni maşınlar verir.
Don Pepone (ingiliscə Don Peppone ) Saliyeri və Don Marellonu mafia dünyası ilə tanış etmiş şəxsdir. Oyunda özü görünmür yalız barəsində hər iki tərəfdən bəzi xatırlatmalar edilir. Pepone 1920-ci ildə silahlı mübarizə nəticəsində öldürülmüşdür.
Bobbi (ingiliscə Bobby ) Ralfın yaxın dostu olan Bobbi şəhərdən kənarda yerləşən yarış meydanında qarolçu işləyir. Bobbi yalnız bir işdə Tomas Angeloya köməklik edir. Maşın yarışlarında mütləq qalib gəlməli olan Saliyerinin komandası yarışdan bir gün əvvəl yarışın ən güçlü maşının sıradan çıxartmaq üçün plan hazırlanır. Tomas Angelo gecə yarısı şəhərdən kənara yollanır və yarış meydanının qarajına daxil olmağa Bobbi köməklik edir.
Salvatore (ingiliscə Salvatore ) Salvoterədə Bobbi kimi yalnız bir işdə Tomas Angeloya köməklik edir. Salvotere Lost Heavendə seyf qapıların açılması üzrə peşəkardır. Salvatore Tomas Angelo ilə gecə yarısı görüşür. Onların arasında olan dialoq zamanı Salvatorenin babası və atasınında bu işlə məşğul olduğu məlum olur. Tomas şəhərin varlılar yaşayan səmtinə gedir. Burada əvvəlcədən məlum olan qubernatorun bağına daxil olur. Salvatoredə bağ evində olan seyfin açılmasında Tomas Angeloya köməklik edir.
Sarı Pete (ingiliscə Yellow Pete ) Saliyeri ailəsi ilə əlaqəsi olmayan silah satıçısı. Tomas Angelo bir sıra məsələlərin həll edilməsi üçün silahı Vincenzodan yox Sarı Petedən alırdı. Bunun səbəbi Vincezonun yalnız Saliyerinin işləri üçün Tomas Angeloya silah verməsi idi. Oyunun sonlarına yaxın Tomas Angelo tez-tez Sarı Peteyə müraciət etməyə başlayır. Sarı Pete bir qolunun olmaması ilə digərlərindən fərqlənir. Başqa sözlə o oyunda tək qolu yeganə şəxsdir.
Ailə həkimi (ingiliscə Family Doctor ) Ailə həkimi Saliyerinin şəhərdən kənarda yaşayan və adı qeyd edilməyən həkimdir. Oyunda yalnız bir dəfə ailə həkimi görünür. Semin ağır yaralanmasından sonra Paul Tomas Angeloya Semi ailə həkiminin yanına getməyi məsləhət görür.
Lost Heaven
redaktəLost Heaven şəhərinin səmtlər
- Little İtaly – Kiçik İtaliya
- Works Quarter – İşçi səmti
- China Town – Çin şəhəri
- New Ark – Yeni Ark
- Central Island – Mərkəzi ada
- Downtown – Şəhər mərkəzi
- Hoboken – Xobaki
- Oakwood – Palıdlıq
- Oak Hill – Palıd Təpələri
Lost Heaven Nyu-York və Çikaqo şəhərləri əsasında yaradılmışdır. Şəhərdə 9 səmt mövcuddur. Əsas hadisələr Saliyeri barın yerləşdiyi Kiçik İtaliyada və Mərkəzi adada cərəyan edir. Digər 7 səmtdə müxtəlif hadisələr tez-tez yaşanır. Oyun ərzində bir səmtdən digərinə getmək kimi tapşırıqlar çoxuluq təşkil edir. Lost Heavenda yerləşən səmtlərin hərəsi öz xüsusiyyətinə görə fərqlənir. Şəhərin bir tərəfində yoxsul və təhlükəli həyat tərzi yaşandığı halda, digər hissəsində varlı və sakit həyat tərzi yaşanır. Kiçik İtaliya İtaliyadan gəlmiş miqrantların yaşadığı səmtdir. Salyeri bar, Saranın və Tomas Angelonun evləridə bu səmtdə yerləşir. Salyeri barın burada yerləşməsinin əsas səbəbi, Don Saliyerinin əslən italyan olmasıdır. Müxtəlif tapşırıqlar kiçik italiyada icra edilir, oyunun əsas anlarından olan Paulun öldürülməsidə onun bu səmtdə olan evində baş verir. Çin şəhəri Lost Heavenin şimalında yerləşir. Səmtdə əsasən çinlilər yaşayır. Tomas Angelo nadir hallarda işlərə görə səmtə gedir. Səmtdə olan əsas tapşırıqlardan biri, geçə yarısı Paul ilə Angelonun səmtə gedərək, orada silahlı mübarizə aparırlar. Mərkəzi ada şəhərin mərkəzində yerləşir. Hər iki istiqamətə körpülər vasitəsi ilə hərəkət etmək mümkündür. Bu səmtdə təzə və köhnə həbsxanalar yerləşir. Adanın cənubunda yerləşən mədəniyyət qaleriyasında isə oyunun sonu yaşanır. Sem Tomas Angelo ilə görüş yerini bu qaleriyaya təyin edir. Marello ailəsinə məxsus İtalian Garden restoranı adanın şimal qərbində yerləşir. Həmçinin dövlət bankının əsas binasıda mərkəzi ada da İtalian Garden restoranından bir neçə küçə aralıda yerləşir. Nyu Ark adlanan səmt digərlərindən fərlənmir. Marello qardaşlarına məxsus bar, dövlət bankının şöbəsi kimi obyektlərin yerləşdiyi Nyu Ark çirkli küçələri və təhlükəli həyat tərzi ilə fərlənir. Hava limanına gedən əsas yol, Nyu Arkın şimal hissəsindən keçir. Oyunun ilk hissələrində Marello qardaşları tərəfindən idarə edilən, Nyu Ark Don Marellonun ölümündən sonra Saliyerinin nəzarətinə keçir. Şəhərin Okvud adlan hissəsi sakit həyatı ilə seçilir. Tomas Aangelonun bağ evinin yerləşdiyi okvudda varlı bağ evləri mövcuddur. Okvudda kilsə və orta məktəbdən başqa heç bir mühüm bina yerləşmir. Oak Hil şəhərdə ən hündür təpədə yerləşir. Burada ən varlı insanların evləri yerləşir. Oak Hil səmtində Tomas Angelo bir mühüm tapşırıq yerinə yetirir. Salvatore ilə birlikdə qubernatorun səmtdə yerləşən bağ evinə geçə yarısı gizli daxil olan Tomas lazım olan sənədləri götürdükdən sonra ərazidən uzaqlaşır. Xobaki və Vörks quater səmtləri daha çox orta təbəqədən olan şəxslərin yaşadığı səmtlərdir.
Audio
redaktə№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Belleville" | |
2. | "Cavalerie" | |
3. | "Echoes of France" | |
4. | "Manoir de Mes Rêves" | |
5. | "Minor Swing" | |
6. | "Vendredi 13" | |
7. | "Caravan" | |
8. | "Chinatown, My Chinatown" | |
9. | "The Mooche" | |
10. | "Douce Ambience" | |
11. | "Lentement Mademoiselle" | |
12. | "Oiseaux des Iles" | |
13. | "Echoes of France" | |
14. | "Jet Black Blues" | |
15. | "I’m Living in a Great Big Way" | |
16. | "Cou-cou" | |
17. | "Rhythm Futur" | |
18. | "Coquette" | |
19. | "Tiger Rag" | |
20. | "Moanin' for You" | |
21. | "You Rascal You" | |
22. | "Out For No Good" | |
23. | "I’m Living in a Great Big Way" | |
24. | "I´m Not Rough" | |
25. | "Sing It Way down Low" | |
26. | "Long About Midnight" | |
27. | "La Verdine" | |
28. | "You Run Your Mouth and I’ll Run My Business, Brother" | |
29. | "Lake Of Fire" |
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Mafia — Product Updates". 2016-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-05.
- ↑ 1 2 3 4 5 6 7 8 Steam. 2003.
- ↑ Matt Martin. "Grand Theft Auto series has sold 66 million units to date". GamesIndustry.biz. 2008-03-12. 2017-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-04-01.
- ↑ "Recommendation of the Board of Directors to Reject Electronic Arts Inc.'s Tender Offer" (PDF). Take-Two Interactive Software, Inc. 2008-03-26. 9. 2008-04-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2008-04-01.
- ↑ "Mafia on Steam". 2022-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-05.