Madlen Lui - Wikipedia
Madlen Lui (1871–1956) — fransız tarixçisi.
Madlen Lui |
---|
Haqqında
redaktəMadlen Lui 1871-ci ildə anadan olmuş, Paris və Roma universitetlərində oxumuş, I Dünya müharibəsində iştirak etmişdir. 1924–1928-ci illərdə Fransa parlamentinin üzvü olmuşdur. XVIII əsr Fransa burjua inqilabı üzrə XX əsrin ən tanınmış mütəxəssislərindən biri hesab olunur. 1917-ci ildən Fransa akademiyasının üzvü seçilmişdir.
Madlen Luinin ən monumental tədqiqatı 16 cilddən ibarət "Konsulluq və imperiya tarixi" əsəridir. Tarixçinin fikrincə, XVIII əsr Fransa Burjua inqilabı ilk mərhələsində əsl azadlıq və demokratiya ideyalarını həyata keçirib bütün fransız xalqının arzularını ifadə etmişdir. Lakin inqilabın sonrakı hadisələri Fransa tarixinin ən qara səhifələridir. Robespyer, Demulen, Marat kimi bir dəstə şöhrətpərəst və avantürist hakimiyyət hərisləri qara kütləni öz arxasınca çəkib qanlı terror və qəddarlıq əməlləri törətdilər. Nəticədə, inqilab ilk mərhələsində əldə etdiyi bütün nailiyyətlərini itirdi. Yakobinlər azadlıq və bərabərlik şüarlarını zorla həyata keçirmək naminə hər cür azadlığı boğub ədalət hisslərinin kökünü kəsdilər. Nəticədə fransız xalqı haqlı olaraq onlardan üz çevirdi.
Madlen yazır ki, inqilabın ideallarını əslində I Napoleon həyata keçirdi. O, nəinki azadlıq və demokratiya ideallarını bərpa etdi, həm də Fransaya əzəmət gətirdi.
I Napoleonu inqilabi ruhun təmsilçisi hesab edən tarixçi Fransa imperatorunun parlaq boyalarla təsvir edir. Madlen Fransa oxucularının ən sevimli tarixçilərindən biridir.
Madlen Lui 1956-cı ildə vəfat etmişdir.
Əsərləri
redaktə- "İnqilab tarixi" (1914),
- " Danton" (1914),
- "Fransız direktoriatı" (1922),
- "Fransa imperiyası" (1926),
- "Fransız xalqı və inqilab" (1928),
- "Fuşe* (1955).
- Konsulluq və imperiya tarixi (1937–1956)
Mənbə
redaktəƏlisa Nicat. Dünya tarixçiləri. Bakı,1998.