Macaristan Tarixi - Wikipedia
Macarıstan tarixi — Macarıstanın keçmişi.
Qədim tarix
redaktəBizim eramızdan əvvəlki dövrlərdə müasir Macarıstan ərazisində qədim illiriyalılar və frakiyalılar yaşayırdılar. E.ə. IV əsrdə bura kelt tayfaları köç etməyə başlayıblar. Antik dövrün sonunda bu ərazilər Roma İmperiyasının əsarəti altında idilər və elə bu dövrdə buraya İran köçəri tayfaları olan – sarmatların köçü baş vermişdi. Bizim eranın V və VIII əsrlərində bura hunlar, german tayfaları və avarların axını baş vermişdir. VI əsrdən sonra isə bu ərazilərə slavyan tayfaları da köç etməyə başlamışlar.
IX–X əsr Macarıstan tarixi
redaktəIX əsrin sonunda bu ərazi köçəri Uqor tayfaları olan madyarlar tərəfindən işğal olunmuşdur.
Macarların böyük bir qismi Fin-Uqor tayfalarınin Uqor qolundandır. Bu Uqor tayfalarının ana yurdu olan Ural dağları ilə Volga çayı dolaylarıydı.
Fin-Uqor tayfalarının şərqdəki qolu olan Uqorlar daha sonra cənuba enərək Onogurlarla qarışdılar. Daha sonra qərbə köç eden hunlarla qarışdılar. Bu üç boyun qarışmasıyla Volga bölgəsində "Macar" tayfası meydana gəldi.
Sabirlərin təzyiqi ilə yurdlarından ayrılaraq Kuban çayı dolaylarına yerləşdilər. Daha sonra xəzər hakimiyətini kqəbul etdilər (460). Xəzərlərin bir boyu olan və Türki dil danışan Kavarlar da Macarlara qarışdı. Arpadın macarlara daha sonra qarışan bu üç Kavar tayfasından gəldiyi iddia edilməkdədir. Amma Arpad sülaləsində idarədə ən təsirli boylar Kavar boylarıydı.
Yəni müasir macarları dörd tayfanın birləşməsindən törəmişdir: Uqorlar, Onoqurlar və Hunlar. Daha sonra da üç xəzər boyu Kavarlar.
Bu tayfalar türk kökənli idi: Onoqurlar, Hunlar və Xəzər kavarları.
Macar krallığının çiçəklənməsi
redaktəXI əsrin əvvələrində ilkin Macar feodal dövləti yarandıqdan sonra, özündən əvvəl gələn millətlərlə qarışan madyar tayfaları əsasında macar etnosu formalaşmışdır. XII əsrdən başlayaraq burada valaxlar, almanlar, vallonlar, fransızlar, italyanlar, peçeneqlər, oğuzlar, volqa bolqarları, alanlar (yaslar) və qaraçılar da məskən salmışlar. Bu millətlərin çox böyük bir hissəsi macarlarla qarışdığından, macar millətinin çoxlu sayda etnoqrafik qruplara vardır.
Osmanlı imperiyasının tərkibində
redaktəXVI əsrin birinci yarısında Macarıstanın cənub və şərq hissələri Osmanlı İmperiyası tərəfindən işğal olunmuşdu.
Macar kralı Sigizmund fransız, ingilis, alman və çex cəngavərlərinin iştirakı ilə türklərə qarşı səlib yürüşü təşkil etsə də, 1396-cı il sentyabrın 25-də Bolqarıstan ərazisində, Niqbolu (Nikopol) şəhəri yaxınlığında məğlubiyyətə düçar oldu. Niqbolu döyüşü ilə bütün Bolqarıstanın işğalı başa çatdırıldı.
1520–1566-cı illərdə hakimiyyətdə olmuş Əzəmətli Sultan Süleyman Qanuni yeddi dəfə Macarıstana yürüş edib. Bu yürüşlərin nəticəsi olaraq Macarıstanın şərq hissəsi Osmanlı imperiyasının tərkibinə daxil edilib(ölkənin qərb hissəsi isə Habsburqlar sülaləsinin əlində qalıb). Əlbəttə, macarlar Sultan Süleymanı gül-çiçəklə qarşılamamışdılar və onun hərbi səfərləri bəzən ciddi müqavimətlə də üzləşmişdi. Bu baxımdan türk ordusunun məşhur Moxaç döyüşündə (1526-cı il) macar ordusunu darmadağın etməsini və Buda şəhərini tutmasını xatırlatmaq yetərli olardı.
Əzəmətli Sultan Süleyman Qanuni Macarıstana yeddinci hərbi səfəri gedişində vəfat etmiş və daxili orqanları çıxarılaraq orada basdırılmışdı[1] Cəsədi isə balzamlanaraq İstanbula gətirilmiş və öz vəsiyyətinə əsasən Süleymaniyə məsçidi yaxınlığındakı türbədə dəfn olunmuşdu.
Avstriya imperiyasının tərkibində
redaktəMacarıstanın qərb hissəsini isə Avstriya Habsburqları işğal etmişdilər. XVII əsrin sonlarında türklər buradan çıxarılır və ölkənin bütün hissəsi Avstriya Habsbuqları tərəfindən işğal olunur. Uzunmüddətli Osmanlı və Avstriya əsarəti macarların mədəniyyətinə və dilinə öz təsirini göstərmişdir.
Macarıstan və xalqlar
redaktəMacarların tərkibində bir neçə öz mədəniyyətlərinin bəzi xüsusiyyətlərini indiyədək saxlamış etnoqrafik qrup mövcuddur. Budapeştin şərqində və cənub-şərqində Yasşaq, Kişkunşaq və Nadkunşaq kimi tarixi ərazilərdə kuman və yaslar kimi etnoqrafik qruplar yaşayırlar. Kumanlar – monqolların əsarətindən canlarını qurtararaq XIII əsrdə Macarıstana pənah gətirmişlər. Onlarla birlikdə Macarıstana osetinlərə yaxın millət olan yaslar da köçüb gəlmişlər.
Digər etnoqrafik qrup isə hayduklardırlar. Bu ad altında Habsburqlarla müharibə aparmaq üçün feodallar tərəfindən toplanmış müxtəli əhali qrupları nəzərdə tutulur. Həyat tərzlərinə görə hayduklar rus kazaklarını xatırladırdılar.
Macarıstanın etnik qrupları arasında həmçinin palotsları, matyoları və rabakezləri qeyd etmək olar.
Yeni tarix
redaktəİstinadlar
redaktə- ↑ Lord Kinross. Osmanlı imperiyasının çiçəklənməsi və tənəzzülü. Moskva, 1999-cu il, səhifə 274, rus dilində