Ms Dos - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
MS-DOS (Microsoft Disk Operating System — Microsoftdan disklər üçün yaradılmış bir əməliyyat sistemi) — MS_DOS – DOS ailəsinə aid olan ən məşhur əməliyyat sistemidir, əvvəllər İBM PC – kompyuterlərində istifadə edilirdi. Zamanla dəyişdirilərək Windows 9x və Windows NT-yə uyğunlaşdırılıb.
MS-DOS | |
---|---|
İstehsalçı | Microsoft |
Yazılma dili | Assembler |
Buraxılış tarixi | 12 avqust 1981[1] |
Son versiya |
|
Dəstəklənən platformalar | IBM-compatible computer[d] |
İnterfeys | Əmr sətiri |
Növbəti | Microsoft Windows |
Veb-saytı | microsoft.com/resources/… |
Vikianbarda əlaqəli mediafayllar |
MS-DOS <em-es-dos> – (Microsoft Disk Operating System) Microsoft şirkətinin yaratmış olduğu disk əməliyyat sistemidir. Başqa əməliyyat sistemləri kimi, MS-DOS diskə giriş və çıxış əməliyyatlarını, videoverilənlərin işlənməsini, klaviaturanın idarə olunmasını və proqramların çalışması və faylların müşayəti ilə bağlı çoxlu sayda daxili funksiyaları yerinə yetirir. MS-DOS komanda sətirli interfeysə (COMMAND LINE INTERFACE) malik birtapşırıqlı, biristifadəçili əməliyyat sistemidir. 1990-cı illərdə MS-DOS sistemi Windows əməliyyat sistemi tərəfindən sıxışdırılıb çıxarıldı.
MS-DOS 1981-ci ildə yaradılmışdır. Öz inkişafı mərhələsində onun 8 əsas versiyası buraxılmışdır (1.0, 2.0 və s.)və 20 ədəd başqa versiyası (3.1, 3.2 və s.). MS-DOS sisteminin çatışmayan cəhətlərindən biri istifadəçi interfeysinin həddən artıq primitiv olmasıdır. Yə’ni hər hansı proqramı yükləmək və ya digər əməliyyatları aparmaq üçün istifadəçi klaviaturada uyğun əmrləri yığmalıdır. 2000-ci ildə kompaniya onun istehsalını dayandırdi.
Xüsusiyyətləri
redaktəDOS ailəsinin əməliyyat sistemləri birməsələlidir və aşağıdakı xarakterik xüsusiyyətlərə malikdir:
- istifadəç tərəfindən daxil edilən əmrlərin köməyilə interfeys həyata keçirilir;
- sistemin IBM tipli müxtəlif kompüterlərdə işləməsini tə'min etmək uçün struktur modulluğu;
- sistemin işləməsi üçün nisbətən kiçik ölçülü əməli yaddaş (640 kbayt).
DOS ailəsindən olan əməliyyat sistemlərinin mühüm çatışmazlığı fərdi kompüter resurslarına və ƏS-nə icazəsiz müraciətdən mühafizə vasitələrinin olmamasıdır.
MS-DOS əməliyyat sistemi diskdəki verilənlərin idarə edilməsində yeni üsullardan istifadə etməklə, servis proqramlar üçünolduqca geniş əmrlərdən istifadə edir. PC-DOS 1.0 və MS-DOS 1 .0 əməliyyat sistemləri 64 Kbayt yaddaşdan istifadə etməklə, yalnız 8Kbayt yer tutur. İlk vaxtlar IBM PC modelləri 160Kbayt disketlər üçün disk aparıcısından ibarət olduğundan PC-DOS 1.0-sistemi yalnız bu qurğular üçün nəzərdə tutulmuşdur.1983-cü ilin martında IBM PC XT modeli üçün MS-DOS 2.0 yaradıldı. Bu yeni əməliyyat sistemi 360Kbayt disket və 10Mbayt sərt disk üçün nəzərdə tutulmaqla, kataloqlar üzrə faylların çeşidlənməsi imkanına malik idi. MS-DOS-un əsas inkişaf tarixi versiyalarının üçüncü nəslinin yaradılması ilə başlandı. 1984-cü ilin noyabrında MS-DOS 3.1,1985-ci ilin dekabrında MS-DOS 3.2 və 1987-ci ilin aprelində isə MS-DOS 3.3 əməliyyat sistemləri meydana gəldi. Bu versiyalardan çox geniş yayılanı MS-DOS 3.3 oldu. MS-DOS 3.0 əməliyyat sistemi Intel 80286 mikroprosessoru, 5,25-düym disk aparıcısı (1,2 Mbayt disketlər üçün) və 20-Mbayt sərt diski olan yeni model IBM PC AT kompüterləri üçün nəzərdə tutulmuşdur. MS-DOS 3.2 isə 720Kbayt 3-düym disketlər və məntiqi bölmələri olmaqla tutumu 32Mbayt olan sərt disklər üçün nəzərdə tutulmuşdur. Bu sistemə milli valyutanın təsviri, vaxtı, simvollar cədvəli və klaviaturanın düzülüşünü nəzərə alan əlavələr edilmişdir. MS-DOS 3.3 isə əvvəlkilərə nisbətən yeniləşdirilərək, 3,5 düym 1,44Mbayt disketlər üçün işləyirdi. Bu dövrdə IBM Microsoft firmaları 80286 və 80386 mikroprosessorları olan kompüterlər ilə uyuşan IBM PC kompüteri üçün yeni əməliyyat sistemi olan OS/ 2 üzərində işləyirdilər. MS-DOS-dan fərqli olaraq OS/2 çox məsələli rejimdə işi tə'min edirdi. OS/2 sistemi 1987-ci ilin noyabrında yarandı, amma çoxda populyar olmadı. 1988-ci ildə yaradılan MS-DOS 4.0 və 4.1 — də demək olar ki, istifadəçiləri cəlb etmədi. İstifadəçilər əsasən MS-DOS 3.3-ə üstünlük verirdilər ki, bu əməliyyat sistemi MS-DOS 4-ə nisbətən əməli yaddaşda 10 Kbayt az yer tuturdu. MS-DOS sisteminin çatışmayan cəhətlərindən biri istifadəçi interfeysinin həddən artıq primitiv olmasıdır. Yəni hər hansı proqramı yükləmək və ya digər əməliyyatları aparmaq üçün istifadəçi klaviaturada uyğun əmrləri yığmalıdır. Buna baxmayaraq IBM RS kompüterlərinin milyonlarla istifadəçiləri MS-DOS-dan razılıqla istifadə edirdilər. Bununla yanaşı Microsoft firması MS-DOS-un çatışmazlıqlarını aradan qaldırmaq üçün ciddi tədqiqatlar aparırdı. İlk növbədə istifadəçiləri qrafiki interfeyslə təmin edilməsi problemi həll olundu və Windows adlı qrafiki interfeysli sistem yaradıldı, lakin yaradılan bu sistemin ilkin variantları MS-DOS tərəfindən yüklənir və xüsusi statusla idarə olunurdu. Kompüterin bütün yaddaş həcminə müraciət MS-DOS-un drayveri Himem. sys və MS-DOS-un genişlənməsi adlanan xüsusi sistem tərəfindən aparılırdı. Bununla da çoxməsələli iş rejiminin tam qrafiki pəncərə interfeysi ilə birlikdə həyata keçirilməsinə imkan yarandı. 1993–1994-cü illərdə MS-DOS-un bir neçə versiyaları satışa buraxıldı. Bunlardan ən əhəmiyyətlisi MS-DOS 6.0, çoxlu orijinal və lisenziyalı proqramların, o cümlədən, venilərin dinamiki sıxılması ilə diskin fayl tutumunu artıran Microsoft Double Space proqramının olması ilə fərqlənirdi. MS-DOS 6.2 və MS-DOS 6.22 versiyalarında həmin proqram daha da təkmilləşdirildi. Metodik göstəriş MS-DOS 6.22 əməliyyat sisteminə əsaslanaraq tərtib olunmuşdur.
MS-DOS əməliyyat sisteminin strukturu və funksiyaları
redaktəMS-DOS iyerarxik kataloq strukturuna əsaslanan, çevik fayl sisteminə və əlverişli əmrlərə malik olan əməliyyat sistemidir.
MS-DOS un əsas komponentləri aşağıdakılardır:
- giriş-çıxış baza sistemi -BIOS (Basic Input/Output System);
- başlanğıc yükləmə blokunda (Boot Record) yerləşən sistem yükləyici SB (System Bootstrap);
- gizli IO. SYS faylında yerləşən BIOS-un genişlənmə modulu;
- kəsilmələrin emalı modulundan təşkil edilmiş MSDOS. SYS gizli faylı;
- əmrlər prosessorundan təşkil edilmiş command.com faylı;
- MS-DOS-un xarici əmrlərini (genişlənməsi .com olan fayllar) yerinə yetirən utilitlər;
- diskdə fayl şəklində yerləşən qurğuların drayverləri;
- MS-DOS-un quraşdırılması parametrləri haqqında informasiyadan təşkil olunmuş config.sys konfiqurasiya faylı;
- MS-DOS-un konfiqurasiyasını və quraşdırılması parametrlərinin yerinə yetirilməsi üçün autoexec.bat əmrlər faylı.
İndi isə bu komponentlərdən bəzilərinin əsas funksiyalarina baxaq.
giriş-çıxış baza sistemi(BIOS) kompüterin daimi yaddaş qurğusunda (DYQ) yerləşir və əsas vəzifəsi giriş-çıxışla bağlı olan ƏS-nin sadə və universal funksiyalarının yerinə yetirilməsindən ibarətdir. BIOS həmçinin kompüter qoşularkən yaddaş və qurğuların işini yoxlayan test proqramlarını DYQ-da saxlayır. Bunlardan başqa BIOS-da ƏS-nin yükləyicisini çağıran proqram mövcuddur. sistem yükləyici kiçik bir proqram olmaqla BIOS — un genişlənmə modulunu və kəsilmələrin emalı modulunu əməli yaddaşa yükləmək üçün nəzərdə tutulub. BIOS-un genişlənmə modulu (io.sys faylı) ƏS-nə çeviklik verməklə fərdi kompüterin aparat vasitələrinin idarə olunmasına imkan verir. Bu modul əlavə drayverlərin qoşulmasına imkan verir. Kəsilmələrin emalı modulunun (msdos.sys faylı) komponentləri fayl sisteminin, giriş-çıxış qurğularının (klaviatura, displey, printer və portlar) işini tə'min edən, proqramların sona çatması ilə əlaqədar məcburi kəsilmələrin və səhvlərin emalına xidmət edən proqramdır.əmrlər prosessoru (command.com — faylı) sistem diskdə ixtiyari yer tutan icra olunan adi proqramdır. Əmrlər prosessoru aşağıdakı funksiyaları yerinə yetirir:
- klaviatura və ya əmrlər faylından götürülən əmrləri qəbul edir və araşdırır;
- command.com faylının daxilində yerləşən MS-DOS un əmrlərini yerinə yetirilir;
- com, exe tipli fayllarda saxlanılan MS-DOS un xarici əmrləri və tətbiqi proqramlar yüklənir və yerinə yetirilir.
Əmrlər prosessoru ƏYQ-yə yüklənəndə iki hissəyə parçalanır:
- əməli yaddaşda daimi yerləşən rezident hissə;
- ƏYQ və disk arasında verilənlərin ötürülməsi ilə dövri olaraq dəyişən rezidentsiz hissə.
Rezident hissə 22h . . . 24h nömrəli kəsilmələri standart emal edən altproqramları özündə saxlayır. Burada həmçinin ƏYQ-nin rezidentsiz hissəsini boşaldan proqram və kompüterin qoşulmasında avtomatik yüklənən autoexec.bat faylını emal edənaltproqram yerləşir. Utilitlər və ya MS-DOSЦun xarici əmrləri əməliyyat sistemi ilə birlikdə yaradılmış proqramlardır. Bu proqramlar müxtəlif xidməti əməliyyatları (disketi formatlaşdırmaq, disketi yoxlamaq və s.) yerinə yetirirlər. Qurğuların drayverləri MS-DOS əməliyyat sisteminin giriş-çıxış sistemini tamamlayan və yeni qurğulara xidməti təmin edən bir proqramdır. Drayverlər əməliyyat sisteminin yüklənməsi zamanı kompüterin yaddaşına yüklənir, adları isə config.sys konfiqurasiya faylındə göstərilir.
Tarixi
redaktə1980-ci ildə Seattle Computer Productsdə işləyən Timon Paterson QDOSu (Quick and Dirty Operating System)yaratdı. Bu mehsul SCP-yə 86-DOS adı ilə satılırdı çünki İntel8086 prosessoru üçün yaradılmışdı. əslində QDOS öz bazasını o zamanlar məşhur əməliyyat sistemlərindən olan – Digital Research firması tərəfinfən yaradılmış CP/M – dən götürürdü, amma başqa fayl sistemindən istifadə edirdi. Microsoft firması QDOS-un lisenziyasını əldə etdi və 1980-ci ilin dekabrında 50000$-a İBM-ə satdı. 1981-ci ildə isə onun istifadəsini bütün hüquqları ilə bir yerdə aldı.
MS_DOS əməliyyat sistemi x86 prosessorunda işləyir və 1 anda 1 əməliyyatı yerinə yetirə biləcək gücdədir. MS_DOS əməliiyat sistemi istifadəcilərə yalnızca əmr xəttinin interfeysindən istifadə etməyə icazə verdiyi üçün əlavə örtük proqramlar yaradılıb. Bunlar Norton Commander, Volkov Commander, DOS Navigator və MS-DOS Shell (DOSSHELL)-dir.
Əsas hissələri
redaktə- IO. SYS – Genişlənməsi BIOS
- MSDOS. SYS – Arakəsmələrin işlənməsi
- COMMAND. COM – komanda prosessoru
Quraşdırma faylları:
- CONFIG. SYS — MSDOS. SYS-in inisializasiyası zamanı sistemin quraşdırılması və aparatlara sürücülərin (Driver) yüklənməsi.
- AUTOEXEC. BAT — Başlanğıc paket faylı. MS_DOS yüklənən zaman COMMAND. COM işə düşərkən başlayır.
Bəzi əmrləri
redaktəİki tip əmrlər müvcuddur:
- daxili əmrlər
- xarici əmrlər
Daxili əmrlər. Bu ən sadə və ən çox işlənən əmrlərdir. MS-DOS sistemində yadda saxlanılan fayllara baxarkən biz bu əmrləri görmürük. Onlar COMMAND. COM faylının əsas və böyük hissəsini təşkil edir. Daxili əmrləri istifadə edərkən onlar dərhal aktivləşir. MS-DOS əməliyyat sisteminin daxili əmrləri bunlardır:
- Break Del Mkdir Set If Rmdir Vol
- Chdir Dir Path Shift Goto Ren Verify
- Cls Echo Pause Time Rem Ver Dat
- Copy Exit Prompt Type Ctty For və s.
Xarici əmrlər. Xarici əmrlər diskdə proqram faylları kimi yerləşir. Onları həyata keçirməzdən əvvəl onlar diskdən oxunmalıdırlar. . COM, . EXE və . BAT ilə genişləndirilmiş istənilən faylın adı xarici əmr kimi göstərilir. Məsələn: FORMAT. COM və DİSKCOPY. COM. Bütün xarici əmrlər özlərindən fayl təşkil edirlər ki, bu səbəbdən siz də öz əmrlərinizi yaradıb Ms-DOS-a daxil edə bilərsiz. Siz tərəfindən yaradılan bütün proqramlar (proqramlaşdırılmanın dilindən asılı olmayaraq) . EXE genişləndirilməsi ilə olacaq. Xarici əmrlərin daxil edilməsi zamanı faylın genişləndirilməsini yazmağa ehtiyac yoxdur.
Xarici əmrlər bunlardır:
- Assign Chkdsk Attrib More Backup Print Link Format
- Recover Command Restore Join Share Sort Find Diskcopy və s.
Əmrlərin açıqlaması:
Attrib-atributları yükləmək, baxmaq və götürmək üçün xarici əmr
Dir-kataloqa baxmaq.
Dir/p-səhifəli baxış Dir/a-bütün tip, həmçinin sistem və gizli fayllara baxış Dir disk:\fayl /s /a-göstərilən faylı göstərilən diskdə axtarmaq cd-növbəti kataloqa keçid(Məsələn:C:\mydocs\book\pc) cd\-kataloqun kökünə keçid a:-"A" diskinə keçid d:-"D" diskinə keçid copy-surətini çıxarmaq del-pozmaq move-yerini dəyişmək rename-adını dəyişdirmək md-yeni qovluq yaratmaq RD-boş kataloqu silmək DelTree-bütün göstəriləni silmək(boş olmayan kataloqu silmək) Type-kiçik mətnlərə baxmaq more-istənilən faylın səhifəli baxışı. Ctrl+C basmaqla dayandırılır Help-kömək
DOS əməliyyat sistemlərində faylın işarəsi iki hissədən ibarətdir: ad və genişlənmə. Bə'zən ad və genişlənməyə birlikdə faylın adı da deyilir. Ad və genişlənmə bir-birindən nöqtə ilə ayrılır. Faylın adı 1-dən 8-ə kimi simvolardan, genişlənməsi isə 0-dan 3-ə kimi simvollardan ibarət ola bilər. Faylın ad və genişlənməsində böyük və kiçik latın hərflərindən istifadə oluna bilər, amma disk də faylın adı yalnız kiçik latın hərfləri ilə yazılır. Faylın ad və genişlənməsində aşağıdakılardan istifadə etmək olar:
- latın əlifbasının böyük və kiçik hərfləri;
- rəqəmlər: 0-dan 9-a kimi
- simvollar: -, _, $, #, &, @, !, %, (,), {, }, ', ~, ^.
Ədəbiyyat
redaktəİsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Mənbə
redaktəXarici keçidlər
redaktəOfficial site project MS-DOS 6.22 FOR WINDOWS: http://xn----htbwkmd.xn--p1ai/
- ↑ MS-DOS: A Brief Introduction (ing.).