Mg 42 - Wikipedia
Maschinengewehr (azərb. Pulemyot) — Almaniya istehsalı pulemyot tapança. 1942-ci ildə istehsal edilmişdir. Müharibə tarixçilərinin əksəriyyətinə görə ən yaxşı silah dizaynlarından biridir. 7.92 mm-lik güllələrdən istifadə edirdi. Atış sürəti baxımından bir yüngül pulemyotun əldə edə biləcəyi ən yüksək sürətə (1500 mərmi/dəqiqə və ya 1800 mərmi/dəqiqə) çatmışdır. Bu silah MG 34-ün təkmilləşdirilmiş versiyasıdır. MG 42-nin istehsalı zamanı MG 34 ilə müqayisədə daha az poladdan istifadə olunmuşdur. Eyni zamanda, bir ədəd MG 34-ün istehsalı üçün 150 iş saatı tələb olunduğu halda, bir ədəd MG 42-nin istehsalı üçün bunun yarısı, yəni 75 iş saatı tələb olunurdu. Bütün bunlara əlavə olaraq, MGb34-dən daha yüksək atış sürətinə malikdir.[1] Etibarlılıq, davamlılıq, dəqiqlik və istifadə rahatlığının bir yerdə olduğu nadir silahlar arasındadır. İkinci dünya müharibəsi dövründə 400.000-dən artıq MG 42 istehsal edilmişdir. Düşmən əsgərləri bunu “Hitlerin mişarı” adlandırırdılar. Bugünkü M60 modelləri bu pulemyot əsas nümunə götürülərək istehsal edilmişdir. Pulemyot paslanmayan poladdan hazırlanmışdır. Su, palçıq və torpaqdan təsirlənmirdi.
MG 42 | |
---|---|
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 1942 |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruksiya tarixi | 1942 |
Vikianbarda əlaqəli mediafayllar |
Dizayn xüsusiyyətləri
redaktəAlmanların əlindəki MG 34-lər istehsalının çətinliyi və atəş sürətinin aşağı olması səbəbindən ehtiyacı ödəmədi və bunun üçün MG 42-lərin dizaynına başlanıldı. Ümumiyyətlə, dizaynları MG34 ilə eynidır, lakin sürtüşdürmə dizaynı Edward Stecke (Edrld Shiteke) aiddir. MG 42 pulemyotunun dizaynı “nə qədər çox güllə atsa, düşmənləri vurma şansı daha yüksək olar” nəzəriyyəsinə görə hazırlanmışdır.
Konstruktoru Dr. Qrunov, istehsal miqdarı 400.000 ədəddən çox, uzunluğu 1.220 mm, lülə uzunluğu 533 mm, hündürlüyü 2,20 m, sursatı 7.92 x 57 mm, kalibri 7,92mm, atış sürəti 1200-1500 mərmi/dəqiqə, effektiv mənzili 1.000 m olmuşdur.
Yüksək atəş sürəti sayəsində böyük düşmən dəstələrini sabit saxlamağı bacarırdi. Bipod ilə 11.57 kq ağırlığı sayəusjy 2 nəfərlik ekipaj tərəfindən daşınıb istifadəsi edilməsi mümkün olan yüngül pulemyot, 20.5 kq-lıq tripod konfiqurasiya sayəsində isə 3 nəfərlik bir qrup ilə daşınan və istifadə edilən ağır pulemyota çevrilirdi. Uzaqdan və ya periskopla atəşlənə bilər. 3 ilə 7 saniyəyə lüləsi, 25-30 saniyə arasında lülə və kilid yığımı dəyişdirilə bilər. Müharibədə müttəfiq əsgərləri MG-42 mövqelərinə hücum etmək üçün lülələrin dəyişdirilməsi anlarını gözləyirdilər.
Bu gün Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilən Rheinmetall MG3-lər bu pulemyotun 7.62 mm-lik NATO güllələrindən istifadə edən versiyasıdır.
İstinadlar
redaktə- ↑ "Nazi War Machines: Secrets Uncovered Episode-4". 16 yanvar 2021 deadurl=no tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2024. (#missing_pipe)