M60 Pulemyot - Wikipedia
M60_(pulemyot) - Haqqında Məlumat
M-60 — ABŞ istehsalı pulemyot. İkinci dünya müharibəsi dövründə almanlar tərəfindən Üçüncü Reyxin ordusu sayılan Vermaxt üçün hazırlanmış MG 42 pulemyotunun əsasında hazırlanmışdır. 7,62×51 mm ölçülü NATO gülləsindən istifadə edir. Bu silah seriyalı istehsal edilən, dəqiq, lakin bahalı bir silahdır. Atəş zamanı gülləsinin uçuş mənzili təxmini olaraq 2000 metrə kimi və atışın effektivlik məsafəsi isə 1100 metrə qədərdir.
M60 | |
---|---|
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 1957 |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
İstehsalçı | General Dynamics |
Vikianbarda əlaqəli mediafayllar |
ABŞ-nin İkinci Dünya müharibəsindən sonra iştirak etdiyi bütün qarşıdurmalar da bu silahdan istifadə edilib.
Qaz və açıq bolt texnikası ilə işləyir. Silah, Hərbi dəniz qüvvələrindən tutmuş vertolyotlara qədər bir çox hərbi vasitələrdə istifadə edilir.
Texniki xüsusiyyətləri
redaktə- Növü: ağır pulemyot
- Mənşəyi: ABŞ
- Konstruktor: Saco Defense, U. S. Ordnance
- Çəki: 10,5 kq
- Uzunluq: 1,077 mm
- Lülə uzunluğu: 560 mm
- Hündürlük: 216 mm
- Sursat: 7,62×51 mm NATO
- Kalibr: 7,62
- Atış sürəti: 600 mərmi/dəqiqə
- Effektiv mənzili: 1100 m. (1200 yard)
- Maksimum mənzil: 3,725 m