M1 Abrams - Wikipedia
M1 Abrams ABŞ istehsalı üçüncü nəsil əsas döyüş tankıdır. Yüksək mobillik qabiliyyəti olan bu döyüş maşını müasir zirehli quru döyüşləri üçün nəzərdə tutulmuş güclü zirehə sahibdir. Hazırda dünya ordularında istismar olunan ən ağır tanklardan biri hesab olunur.
M1A1 Abrams | |
---|---|
Tipi | Əsas döyüş tankı |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1980- davam edir |
İstismara başlanması | 1980 |
İstifadə edilən döyüşlər | İraq müharibəsi (2003-2011) |
İstehsal tarixçəsi | |
Konstruktor | Chrysler Defence |
İstehsalçı | Lima Army tank plant Detroit Tank Arsenal |
Variantları | M1A1, M1A2 |
Xüsusiyyətləri | |
Ağırlığı | 61.3ton |
Şose sürəti | 72 km/saat |
Güc nisbəti | 1500 a.g. |
Əsas silah |
105mm-lik M68 yivli top (M1 modellərində) 120 mm-lik M256 yivsiz topu(M1A1/M1A2 modellərində) |
Köməkçi silah | 1× 12.7 mm M2 BMG M240 7.62 mm |
Uzunluğu | 9.77 m |
Eni | 3.45 m |
Hündürlüyü | 2.44 m |
Ekipaj | 4 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
İlk dəfə 1980-ci ildə ABŞ Ordusunda silahlanmaya qəbul olunmuşdur. Hazırda ABŞ ilə bərabər Misir, Küveyt, Səudiyyə Ərəbistanı, Avstraliya və İraq ordularının da silahlanmasında olan əsas döyüş tankıdır. Sonuncu istehsal variantı olan M1A2 modifikasiyası yeni nəsil zireh və elektronik sistemlərə sahibdir.[1] Maksimal sürəti saatda 72 km, boş çəkisi 61.3 ton, hərəkət ehtiyatı 465 km, maksimal yanacaq götürmə qabiliyyəti 1909 litrdir.
ABŞ istehsalı M1A1 “Abrams” tankı
İstehsalçı ölkə: ABŞ
Tip: Əsas döyüş tankı
İstehsalçı firma: Lima Army tank plant Detroit Tank Arsenal
İstehsal tarixi: 1980 – davam edir
Xidmətə giriş ili: 1980 – günümüzə
İstehsal sayı: 9880 ədəd
Ekipaj: 4 nəfər
Ölçülər
redaktəAğırlığı: 61.3 ton
Uzunluğu: 7.93 m
Lülə daxil olmaqla: 9.77 m
Lülənin uzunluğu: 5.28 m
Eni: 3.66 m
Hündürlüyü: 2.44 m
Klirens: 0.48 m
Müdafiə
redaktəZirehi: 700 mm Chobham (Çobham), RHA və poladla azaldılmış uran örtüklü
82 mm-lik 902B sis bombaları
Dinamik müdafiə: ARAT
Aktiv müdafiə: AN/VLQ-6 MCD
Performans
redaktəZəminə təzyiq: 1,01 kq/sm ²
Dalış dərinliyi: 1,2 m (şnorkelsiz), 2 m (şnorkellə)
Xəndək keçmə: 2.74 m
Divar dağıtmaq: 1.06 m
Qalxma dərəcəsi: 31º
Mühərrik: Honeywell AGT1500 qaz turbin mühərrik
At gücü: 1500
Yanacaq çəninin tutumu: 1900 litr
Maksimal sürət: 72 km/saat
Mənzili: 440 km
Dayandırılması: fərdi burulma bar
Silahlanma
redaktəƏsas silahı: 120 mm-lik M256 “L44” yivsiz topu
Kalibr: 120 mm
Lülənin qalxma bucağı: –10º... +20º
Üfüqi tuşlama bucağı: 360º
Mərminin başlanğıc sürəti: 1750 metr/saniyə
Atəş məsafəsi: 4 km
Maksimal atəş məsafəsi: 8 km
Döyüş sursatı: 40 ədəd
– 12.7 mm “M2 Browning” pulemyotu
Kalibr: 12.7 mm
Mərmi: 12.7x99 mm
Atış tezliyi: 485-635 atış/dəqiqədə
Güllənin başlanğıc sürəti: 855 metr/saniyə
Atəş məsafəsi: 1.8 km
Maksimal atəş məsafəsi: 6.7 km
– 2 ədəd 7.62 mm-lik “M240” pulemyotu
Kalibr: 7.62 mm
Mərmi: 7.62x51 mm NATO
Atış tezliyi: 650-950 atış/dəqiqədə
Güllənin başlanğıc sürəti: 834 metr/saniyə
Atəş məsafəsi: 1.1 km
Maksimal atəş məsafəsi: 3.725 m
Tarixi
redaktəM1 Abrams tankları Soyuq müharibə dövründə prototip olaraq hazırlanmış MBT-70 tanklarını əvəz etmək məqsədilə istehsal olunmuşdur. Tərkibi zəiflədilmiş uraniumdan ibarət olan Chobham zirehinin istifadə olunduğu ilk texnikadır. Körfəz müharibəsi ərzində atəş gücü və NBC (nüvə, bioloji və kimyəvi) qoruması artırılmışdır. İraq tanklarından üstün olması səbəbilə müharibə ərzində çox az sayda M1 tankı düşmən atəşi nəticəsində zədə almışdır. Abramslar 2003-cü ildə İraqda başlamış müharibədə və Əfqanıstan döyüşlərində də aktiv istismar olunmuşdur.
İnkişaf etdirilməsi
redaktəABŞ Ordusunun silahlanmasında olan M60 tanklarının əvəz edilməsi məqsədilə 1960-cı ildə Almaniya Federativ Respublikası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində MBT-70 tankı istehsala hazırlanmışdır. MBT-70 layihəsi 1968-ci ildə sınaq üçün hazır vəziyyətə gətirilmişdir. Bu tankın əsas zəif cəhətləri olduqca ağır olması və qiymətinin baha olması idi. Bu layihə uğursuzluqla nəticələndiyinə görə ABŞ Ordusu başqa layihələrə üz tutmağa məcbur olmuşdur.[2]
Konqres 1971-ci ilin noyabr ayında MBT-70 layihəsini ləğv etmişdir. Yeni layihə XM815 adlanırdı ki, o da sonradan ABŞ Ordusunun generalı Kreyton Abramsın şərəfinə XM1 Abrams adını almışdır. Bu layihənin prototipləri 1976-cı ildə Chrysler Defense və General Motors şirkətləri tərəfindən hazırlanmışdır.
1979-1985-ci illər aralığında ümumilikdə 3273 ədəd M1 Abrams istehsal olunmuşdur. Bu tanklar ölkə ərazisində lisenziya altında istehsal olunmuş 105 mm-lik Royal Ordnance L7 topu ilə təchiz olunmuşdu. Sonradan bu top kiçik miqyaslı modifikasiyalarla M1IP adı altında istehsal olunmuşdur. Bu model Kanada Ordusu tərəfindən də istifadə olunmuşdur.
1986-1992-ci illər aralığında təqribən 5000 ədəd M1 Abrams istehsal olunmuşdur. Bu tanklar əvvəlkilərdən fərqli olaraq 120 mm-lik M256 topu, təkmilləşdirilmiş zireh və CBRN müdafiə sistemi ilə təchiz edilmişdi. Ümumilikdə, hər birinin qiyməti 4.3 milyon ABŞ dolları olan təqribən 9000 ədəd M1 və M1A1 istehsal olunmuşdur.[3] 1999-cu ildən etibarən bu tankların vahidinin qiyməti 5 milyon ABŞ dolları olaraq müəyyən edilmişdir.
Körfəz müharibəsi
redaktə1991-ci ildə Körfəz müharibəsi başlayana qədər Abrams tankları heç bir döyüşdə iştirak etməmişdi. Müharibənin başlanğıcında Küveytin İraq qoşunlarından azad edilməsi məqsədilə 1848 ədəd M1A1 Səudiyyə Ərəbistanına yerləşdirildi. Bu tanklar İraq Ordusunun silahlanmasında olan Sovet istehsalı T-55, T-62, həmçinin T-72 tanklarına nisbətən daha çox üstünlüyə sahib idi. İraqın sahib olduğu T-72-lərin əsas zəif cəhəti gecə görmə və müasir məsafəölçən cihazların olmaması idi ki, bu da İraq tanklarının gecə şəraitində döyüş əməliyyatı həyata keçirməsinə və ya düşmənə qarşılıq verməsinə mane olurdu. Bu müharibə ərzində ümumən 23 ədəd M1A1 zədələndi və ya məhv edildi. Məhv edilmiş doqquz Abrams tankından yeddisi "dost atəşi" ilə vurulmuşdu. Digər tanklar isə döyüş əməliyyatları çərçivəsində kiçik çaplı zədələr almışdı ki, bu da onların ümumi döyüş hazırlığına ciddi təsir etməmişdi.
Modelləri
redaktə- XM1 Sınaq modeli olub 1978-ci ildə 9 ədəd istehsal edilmişdir.
- M1 İlk istehsal edilmiş olan modeldir. 1979-cu ildən 1985-ci ilə kimi istehsal edilmişdir.
- M1IP (İnkişaf etdirilmiş olan model) 1984- cü ilə qədər istehsal edilmişdir. 1984-cü ildə M1A1 modellərinin üzərində işlərə başlanılmışdır.
- M1A1 1986-1992-ci illər arasında istehsal edilmişdir.
- M1A1HC İlk dəfə olaraq (Ən çox istifadə edilən) 120 mm-lik M256 smoothbore topundan , zəiflədilmiş uranium zirehindən, sıxılmış NBC sistemindən, həmçinin arxa hissəyə sursat və ekipaj üçün yeni anbardan bu variantda istifadə edilmişdir.
- M1A1-D (Digital) M1A1HC modellərinin Digital inkişaf etdirilmiş modelidir.
- M1A1-AIM (Abrams İntegrated Management). Köhnə versiyaların sıfır saat şərtlərinə gətirildiyi bir proqramdır.
- M1A1-KVT (Krasnovian Variant Tank). M1A1 tankı SSRİ istehsalı olan tanklara bənzədilərək tank tədrislərində istifadə edilmişdir.
- M1A2 (Əsas tank). 1992-ci ildən istehsalına başlanılmışdır.
- M1A2 SEP (System Enhancment Package) 3-cü nəsil uranium ilə müdafiə edilən zireh və qrafit rənglər ilə təchiz edilmişdir.
- M1 Grizzly Engineer Vehicle ləvazimat məqsədilə istifadə olunurdu.
- M1 Panther II Uzaqdan idarəetməli mina təmizləmə vasitəsi. Qülləsiz texnika.
- M104 Wolverine Hücumların təşkili üçün nəzərdə tutulmuş olan körpü texnikası
- M1 Hücumlar üçün yol açan texnika
- M1 Zirehli geriyəalma texnikası. Sadəcə olaraq prototip kimi istehsal edilmişdir
-
XM1
-
M1A2
-
M1 Grizzly
İstifadəçiləri
redaktə- Avstraliya: 59 ədəd M1A1. 2006-cı ildə ABŞ-dən satın alınan bu tanklar 2007-ci ildə silahlanmada olan Almaniya istehsalı Leopard 1-ləri əvəz etmişdir.[4]
- Misir: 1005 ədəd M1A1. ABŞ və Misir tərəfindən birgə istehsal olunmuşdur. Əlavə 200 tank sifariş olunub.
- İraq: 140 ədəd M1A1M. İlk dəfə 2010-cu ilin avqust ayında silahlanmaya daxil edilmişdir.[5] 2011-ci ilin avqust ayına qədər sifariş olunan bütün tanklar İraq Ordusuna çatdırılmışdır.
- Küveyt: 218 ədəd M1A2.[6]
- Səudiyyə Ərəbistanı: 373 ədəd M1A2.[7] Əlavə 69 ədəd M1A2 modifikasiyalı tank 2014-cü ildə silahlanmaya qəbul olunmuşdur.[8]
- Mərakeş: 222 ədəd M1A1 SA tankı 2015-ci ildə sifariş olunmuşdur. Müqaviləyə əsasən tankların çatdırılması prosesi 2016-cı ilin iyul ayında başlamışdır. Təchizatın 2018-ci ilin fevral ayında tamamlanacağı gözlənilir. Sifariş olunan tanklar 2-ci nəsil infraqırmızı şüa texnologiyası, xüsusi gücləndirilmiş zireh konfiqurasiyası və başqa üstünlüklərə sahibdir. Tankların ilk partiyası 28 iyul 2016-cı ildə Mərakeş Ordusunda silahlanmaya qəbul olunub.[9][10]
- ABŞ: ABŞ Ordusu və ABŞ Dəniz Piyadaları Korpusunun silahlanmasında ümumilikdə 8100-dən çox M1, M1A1 və M1A2 modifikasiyalı tank var.[11]
Potensial istifadəçilər
redaktə- Yunanıstan: ABŞ Ordusunda silahlanmadan çıxarılmış 400 ədəd M1A1 Yunanıstana təklif olunub.[12]
- Peru: Peru Ordusu arsenalında olan köhnə T-55 tanklarını əvəz etmək məqsədilə 2013-cü ildə M1A1-ləri sınaqdan keçirmişdir. Abramsların əsas rəqibi kimi T-90S, Leopard 2A4 və T-84 tankları göstərilir. 2013-cü ilin sentyabr ayına olan məlumata görə seçim prosesi tamamlanmayıb.[13]
- Tayvan: Milli Müdafiə Nazirliyinin 2016-cı ildə verdiyi məlumata görə ABŞ tərəfi ilə M1A1-lərin mümkün ticarəti ilə bağlı danışıqlar davam edir.[14] 2017-ci ilin oktyabrında Tayvan hökuməti satın alma ilə bağlı plandan imtina etdiyini və hazırda silahlanmada olan M60A3 tanklarını 120 mm-lik top, yeni ballistik kompüter və başqa yeniliklər əlavə edərək onları təkmilləşdirməyə qərar verdiyini açıqlayıb.[15]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Majumdar, Dave, "Inside the US Army's Lethal New M1A2 SEP v.3 Abrams Main Battle Tank", The National Interest, 2 iyun 2016, 2017-10-18 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2018-01-19
- ↑ John Pike. "MBT-70 / XM803". Globalsecurity.org. 13 may 2010. 23 avqust 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2018.
- ↑ Pike, John. "Lima Army Tank Plant (LATP)". Globalsecurity.org. 3 mart 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2018.
- ↑ "Acquisition of the ABRAMS Main Battle Tank". Australian National Audit Office. 17 iyul 2007. 5 iyun 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
- ↑ Agence France-Presse. "Iraq takes delivery of American tanks". defencetalk.com. 9 avqust 2010. 14 avqust 2010 tarixində arxivləşdirilib.
- ↑ "M1 Abrams". 2007-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
- ↑ "The 2006 Saudi Shopping Spree: $2.9B to Upgrade M1 Abrams Tank Fleet". DefenseIndustryDaily.com. 4 yanvar 2011. 25 oktyabr 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
- ↑ ""Saudi Arabia Orders 69 More M1A2S Abrams Heavy Tanks"". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
- ↑ "General Dynamics Awarded $358 Million for 150 M1A1 SA Abrams Tanks for Morocco". generaldynamics.com. 30 sentyabr 2015. 15 aprel 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
- ↑ Binnie, Jeremy. "North African rivals receive new tanks". IHS Jane's. 28 iyul 2016. 2023-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
- ↑ Fabio Prado. "Main Battle Tank – M1, M1A1, and M1A2 Abrams". Armorsite. 10 dekabr 2009. 3 iyul 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
- ↑ "Ζητήστε μας ό,τι σας χρειάζεται" (Greek). Kathimerini. n.d. 7 iyul 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
- ↑ "Peru; Future main battle tank projects lags on despite criticism". 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
- ↑ "MND confirms U.S. M1A1 tank sales to Taiwan under negotiation" (English). Taipei Times. 14 noyabr 2016. 31 dekabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
- ↑ Yeo, Mike. "Giving up on Abrams tank acquisition, Taiwan moves to upgrade its M60A3 tanks". 6 oktyabr 2017. 2023-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.