Mevhibe Inonu - Wikipedia
Məvhibə İnönü (türk. Mevhibe İnönü; 22 sentyabr 1894, Konstantinopol – 29 fevral 1992, Ankara) — 1938-ci il noyabrın 11-dən 1950-ci il mayın 27-dək əri İsmət İnönü prezidentliyi dövründə Türkiyənin birinci xanımı.
Məvhibə İnönü | |
---|---|
türk. Mevhibe İnönü | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 sentyabr 1894 |
Doğum yeri | |
Vəfat tarixi | 29 fevral 1992 (97 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı |
|
Uşaqları | 4 (Ərdal İnönü daxil olmaqla) |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİlk illəri
redaktəMəvhibə İnönü 22 sentyabr 1897-ci ildə İstanbulun Fatih səmtində anadan olub. Onun cəmi üç yaşı olanda atası vərəmdən ölüb. Tezliklə onun bacısı da həyatını itirib. Ailədəki itkilərdən sonra Məvhibənin anası onunla birlikdə babasının evinə köçdü. O babası evində böyüdü. Birinci sinfi bitirdikdən sonra ailəsinin qərarı ilə o, orta məktəbi yarımçıq qoyub.[1]
Məvhibə 1916-cı il aprelin 13-də Osmanlı ordusunun miralay rütbəli zabiti Mustafa İsmətlə evlənir. Onların evliliyi Birinci Dünya müharibəsi dövrünə düşdü. Nigahdan 21 gündən sonra əri Mustafa İsmət Birinci Dünya müharibəsində Orta Şərq cəbhəsinə yola düşdü. O, yalnız Mudros sülh müqaviləsi bağlandıqdan sonra evə qayıtdı.[1]
1919-cu ildə cütlüyün ilk oğlu dünyaya gəldi. 1920-ci ildə Mustafa İsmət Türkiyə Qurtuluş Savaşına qatılmaq üçün Anadoluya getdi. Milli müqavimətə qatıldığı üçün Osmanlı idarəsi tərəfindən ölüm cəzasına məhkum edilmiş bir zabitin həyat yoldaşı olan Məvhibə ailə üzvləri ilə ərinin məmləkəti Malatyaya köçdü. Məhvibə İstiqlaliyyət müharibəsi illərində burada qaldı. Bu zaman, 1921-ci ildə oğlu İzzət vəfat etdi.[1] Ailə 9 sentyabr 1922-ci ildə türk qoşunları tərəfindən geri alındıqdan sonra İzmirdə məskunlaşdı. 1922-ci ilin noyabrından 11 həftə davam edən Lozanna müqaviləsi üzrə danışıqlarında o, türk nümayəndə heyətinin başçısı olan ərini İsveçrəyə müşayiət etdi.
1924-cü ildə Məvhibə ikinci oğlu Öməri dünyaya gətirdi. Elə həmin il o, ərinin yenicə aldığı Ankaradakı Pembe Köşk malikanəsinə köçdü.[2] 1975-ci ilə qədər malikanə onların evi olaraq qaldı. 1926-cı ildə üçüncü oğulları Ərdal, 1930-cu ildə isə qızları Özdən dünyaya gəldi. Məvhibə İnönü baş nazirin arvadı olaraq İsmət İnönü ilə birlikdə Afina, Moskva və Roma da daxil olmaqla bir neçə ölkəyə səfər etmişdir.[1]
1934-cü ildə Soyadlar haqqında Qanun qüvvəyə minir. Mustafa İsmət və ailə üzvləri, Mustafanın komandan olduğu və qələbələr qazandığı Birinci İnönü döyüşü və İkinci İnönü döyüşü şərəfinə İnönü soyadını aldılar.[1]
Birinci ledi
redaktə1938-ci il noyabrın 10-da Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün vəfatından sonra İsmət İnönü ertəsi gün prezident seçildi. Məvhibə İnönü ikinci birinci xanım olaraq rəsmi prezident iqamətgahı olan Çankaya köşkünə köçdü. Məvhibə İnönü birinci ledi kimi burada 27 may 1950-ci ilə qədər qaldı.
Sonrakı həyatı
redaktəMəvhibə İnönü 25 dekabr 1973-cü ildə Türkiyə siyasətində uzun və mühüm rol oynamış əri İsməti itirdi. O, 20 iyul 1991-ci ildə Ankaradakı Gülhanə Təhsil və Araşdırma Xəstəxanası (GTAX) olan hərbi hospitala yerləşdirildi. Məvhibə İnönü 29 fevral 1992-ci ildə orada 97 yaşında vəfat etdi. Məvhibə xanım Ankaradakı Cəbəci Əsri qəbiristanlığında dəfn edildi.[1]
İctimai fəaliyyəti
redaktəMüasirləri Məvhibə İnönünü nəzakətli və zərif qadın kimi təsvir edirlər.[2] 1938-ci ilə qədər baş nazir, 1938-1950-ci illər arasında isə prezidentin həyat yoldaşı olaraq ictimaiyyətdə davamlı olaraq “ən əhəmiyyətli qadın” rolunu üzərinə götürən Məvhibə İnönü sadə şəxsiyyəti, zərifliyi və xeyirxahlığı ilə türk xalqının qəlbində yer aldı. O, ərinin böyük dəstəyi ilə türk qadınlarının cəmiyyətdə həqiqi yerlərini tapması uğrunda böyük işlər görüb. Türkiyədə baş örtüyünü atan ilk qadınlardan olmuş, maşın və at sürmüşdür.
Məvhibə İnönü latın hərfləri ilə yazan ilk qadınlardan biri idi. O, Atatürkün göstərişi ilə 1927-ci ildə Çəhrayı Köşkdə cümhuriyyətin ilk balını keçirib. İkinci Dünya müharibəsi illərində tibb bacısı kurslarını davam etdirib.
Onun təşəbbüsü və iştirakı ilə 1928-ci ildə Yardımsəvərlər Dərnəyi (Yardımsevenler Derneği) və 1949-cu ildə Türk Qadınlar Birliyi (Türk Kadınlar Birliği) qurulub. 1983-cü ildə Məvhibə və uşaqları mərhum həyat yoldaşı İsmət İnönünün şərəfinə fond yaradıblar. İnönü Fondu qəyyumlar şurasının ilk sədri də Məvhibə İnönü olub.[3]
Gülsün Bilgəhanın Məvhibə İnönünün həyatı ilə bağlı - "Məvhibə - Çankayanın Hanıməfəndisi" adlı əsəri 2019-cu ildə işıq üzü görüb.[4]
Ailəsi
redaktəMəvhibə xanım 13 aprel 1916-cı ildə İsmət İnönü ilə ailə qurub. Onların rəsmi nigahı 25 dekabr 1973-cü ildə İsmət İnönünün vəfatına qədər davam edib.[5]
Məvhibə İnönünün bu nigahdan üç oğlu və bir qızı olub:[6]
- İzzət İnönü (1919 - 1921)
- Ömər İnönü (1924 - 2 mart 2004). 4 sentyabr 1952-ci ildə Engin Ögelmanla evlənib. Hayri və Eren İnönü adlı iki oğlu olub.
- Ərdal İnönü (6 iyun 1926 - 31 oktyabr 2007). Siyasətçi və alim. 1957-ci ildə Sevinç Söhtoriklə ailə qurub.
- Özden İnönü (d. 7 fevral 1930). 9 fevral 1955-ci ildə Metin Tokerlə evlənib. Bu nigahdan iki qızı və bir oğlu olub: Nurperi, Ayşe Gülsün və Güçlü Toker.
Məvibə İnönünün beş nəvəsi və on nəticəsi var idi.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 "Mevhibe İnönü kimdir? İşte İsmet İnönü'nün eşi Mevhibe Hanım…" (türk). Sozcu.com.tr. 2018-01-11. 2018-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-09.
- ↑ 1 2 Temur, Şahika. "An elegant journey with the Republic's second lady". Hürriyet Daily News. 2009-11-09. 2010-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-01.
- ↑ "İnönü Vakfı" (türk). İsmet İnönü. 2008-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-01.
- ↑ "Gülsün Bilgehan: Türkiye Cumhuriyeti'nin 'Kadın Devrimi' olduğuna inanıyorum". 2024-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-28.
- ↑ "İzzet (1919 – 1921) – İnönü Vakfı, İsmet İnönü, İsmet İnönü Kimdir, İsmet İnönü Hayatı, İsmet İnönü Resimleri" (türk). 2022-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-23.
- ↑ TC Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri , Genkurmay Başkanlığı Basımevi, Ankara, 1972.
Ədəbiyyat
redaktə- Mevhibe İnönü: örnek bir Cumhuriyet kadını. T.C. Kültür Bakanlıǧı. 1996.
- Gülsün Bilgəhan. Məvhibə - Çankayanın Hanıməfəndisi". 2019.