Mesder - Wikipedia
Məsdər - Haqqında Məlumat
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Məsdər — həm felin, həm də ismin xüsusiyyətlərini özündə daşıyan sözlər. Nə etmək?, Nə olmaq? suallarından birinə cavab verir. Məsdər feillərə -maq2 bəzən də -ma2 şəkilçisini artırmaqla düzəlir. Sonuncu hecasında qalın sait olan fellərə -maq, incə sait olan fellərə isə -mək şəkilçisi əlavə edilir. Məsələn, yaz-maq, eşit-mək. Lüğətlərdə feillər məsdər formasında yazılır.
Məsdərin feilə aid xüsusiyyətləri
redaktə- Feil və ondan əmələ gələn məsdər eyni leksik məna bildirir. Məsələn, götür və götürmək sözlərinin leksik mənaları arasında fərq yoxdur, amma qrammatik mənaları müxtəlifdir.
- Məsdər təsdiq və inkarda işlənə bilir. Məsələn, təmizləmək və təmizləməmək.
- Məsdər də feilin müəyyən növündə olur. Məsələn, görüş — görüşmək. Hər ikisi də qarşılıq bildirir.
- Məsdər də təsirli və ya təsirsiz olur. Məsələn: oxumaq -təsirli, yerimək — təsirsiz.
- Məsdər də feil kimi ətrafına söz toplayaraq məsdər tərkibi əmələ gətirir. Məsdər tərkibi bütövlükdə cümlənin mürəkkəb üzvü olur.
Məsdərin ismə aid xüsusiyyətləri
redaktə- Məsdər isim kimi hallanır və mənsubiyyətə görə dəyişir. 3-cü şəxsdə məsdər mənsubiyyətə görə dəyişərkən, bəzən -maq2 şəkilçisi -ma2 şəklinə düşür. Məsələn, quşların oxumağı və quşların oxuması.
- Məsdər isim kimi nə? sualına cavab verir.
- Qoşmalarla işlənə bilir. Məsələn, dırmanmaq üçün, yeməkdən qabaq.
- 3-cü şəxsdə xəbər şəkilçisi (-dır4) qəbul edib ismi xəbər olur (feili xəbər ola bilmir).
Məsdərin cümlədə rolu
redaktəMəsdər cümlədə mübtəda, xəbər, tamamlıq, zərflik və bəzən qoşmalarla birlikdə işləndikdə təyin vəzifəsində çıxış edir.
- Oxumaq onun məqsədidir (mübtəda);
- Elnurun ən böyük arzusu Azərbaycana gəlməkdir (xəbər);
- Həsən oynamağı yaxşı bacarmır (tamamlıq)
İstinadlar
redaktə- Ş. Sadıq, E. Nəcəfov, A. Əsədov — Azərbaycan dili, dərs vəsaiti. Bakı: Çaşıoğlu, 2009. — 272 s.