Mermer Xul - Wikipedia
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Mərmər xulu (lat. Proterorhinus marmoratus) — Xanıyabənzərlər dəstəsinin bir nümayəndəsidir.
Mərmər xul | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Mərmər xul |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Morfoloji əlamətləri
redaktəBaşının qalınlığı hündürlüyündən çoxdur. Başının uzunluğu bədəninin uzunluğuna 3,5-4,5 dəfə yerləşir. Bədəni gödəlmişdir və yanlardan basılmışdır. Başın hündürlüyü adətən enindən çoxdur. Burnu küt, yandan meyllidir. Qapaq sümüy çənələri eyni uzuznluqdadır. Alnının eni gözünün diametrindən azdır. Hiss kanallarının məsamələri aydın görünmür. Bədənin əsas rəngi qonur-boz, boz-sarı olur. Bədəninin yanlarında bir neçə köndələn tünd ləkələr yerləşir.[2]
Yayılması
redaktəQara, Azov və Xəzər dənizlərində, eləcə də onların hövzələrinin şirin sularında geniş yayılmışdır. Azərbaycan sahillərində və respublikanın şirin su hövzələrində azsaylıdır. Kür çayında, Sarısu, Ağçala göllərində, İran sahillərindəki çayların aşağı hissələrində yayılmışdır.
Təsərrüfat əhəmiyyəti
redaktəMərmər xul balığlarının heç bir təsərrüfat əhəmiyyəti yoxdur.
Ədəbiyyat
redaktə- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 140.
- Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 212 s.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 140.