Merdan Muradxanov - Wikipedia
Muradxanov Mərdan Əsədulla bəy oğlu (1909, Salyan rayonu – 1979) — azərbaycanlı pedaqoq-alim, professor, Azərbaycan SSR Əməkdar elm xadimi.
Mərdan Muradxanov | |
---|---|
Mərdan Əsədulla bəy oğlu Muradxanov | |
Doğum tarixi | 1909 |
Doğum yeri | |
Vəfat tarixi | 1979 |
Milliyyəti | azərbaycanlı |
Atası | Əsədulla bəy Muradxanov |
İş yeri |
Həyatı
redaktəMərdan Muradxanov 1909-cu ildə Salyan rayonunda anadan olmuşdur. 1927-ci ildə Bakı Pedaqoji Texnikumunu, 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1939-cu ildə A. İ. Gertsen adına Leninqrad Pedaqoji İnstitutunun aspiranturasını bitirmişdir.[1] Azərbaycan Elmi Tədqiqat Pedaqogika İnstitutunda elmi işlər üzrə direktor müavini (1946–1952), APİ-də Pedaqogika (1952–1958) və İbtidai təhsil nəzəriyyəsi və metodikası (1960–1979) kafedralarının müdiri işləmişdir. 1961-ci ildə professor adını almışdır. Azərbaycanda çap olunan "Pedaqogika" (1958–1959, 1964) dərsliklərinin, Moskvada nəşr edilən ikicildlik "Pedaqoji lüğət"in və dördcildlik "Pedaqoji ensiklopediya"nın müəlliflərindəndir.
Mərdan ilk dəfə olaraq Mirzə Cəlilin "Danabaş kəndinin məktəbi" əsərinin dərin pedaqoji təhlilini vermişdir.
Kitablar
redaktə- A. S. Makarenkonun pedaqoji irsi və ondan Azərbaycanda istifadə edilməsi təcrübələri. Nəşriyyat: Maarif, Bakı, 1965. Səhifə: 359
- Ailədə uşağın əmək tərbiyəsi. Muradxanov M. Nəşriyyat: Naməlum, Bakı, 1952. Səhifə: 45
- 50 sual – 50 cavab. Muradxanov Mərdan. Nəşriyyat: Gənclik, Bakı, 1981. Səhifə: 94
İstinadlar
redaktə- ↑ Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 413.
Mənbə
redaktə- [1] Arxivləşdirilib 2010-04-28 at the Wayback Machine
- "70 illik işıqlı və mənalı ömür yolu". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. — səh. 20.