Memmedusagi - Wikipedia
Məmməduşağı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şaplar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Dalqılıclı kənd Sovetindən Məmməduşağı kəndi Şaplar kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.
Məmməduşağı | |
---|---|
40°05′04″ şm. e. 46°02′40″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəOykonim Məmməduşağı nəslinin adi ilə bağlıdır.[2] Kəlbəcərin əsasini qoyan iki türk tayfasından (kəngərlilər) birinin (digəri isə Kərbəlayi Ellazlılardır) adıdir. Dərələyəz mahalının Herher kəndindən gələn Məmməd adlı şəxsin adı ilə bağlıdır. Bu tayfanın əsas məskunlaşdıqları yer Kəlbəcər kəndi (indiki Kəlbəcər şəhəri) olmuşdur. Onların heyvan saxlamaq üçün binə kimi istifadə etdikləri yer daha sonra Məmməduşağı adlı kəndə çevrilmişdir.
Tarixi
redaktəCoğrafiyası və iqlimi
redaktəKənd dağətəyi ərazidə yerləşir.
Yaylaqları
redaktəÇökək yurd, Qonqur yurdu, Qoşdaş yaylağı, Boğaz yurdu, Xaraba yurd, Mansır yurdu.
Bulaqları
redaktəMansır bulağı, Yeddibulaq, Tozluq bulağı, Xaraba bulağı, Güney bulağı, Baş bulaq, Orta bulaq, Səhəng bulağı, Novlu bulaq, Suvalı bulağı, Biçənək bulağı, Salatın bulağı, Şirinin bulağı, Əkinin başı bulaq, Qonqur bulağı, Zeynalabdın bulağı, Usubalı bulağı.
Məşhur yerləri
redaktəSöyüd ağacı, Yuxarıtala, Aşağıtala, Çalağan qayası, Suvalı, Böyükyal, Xırdayal, Xırmanlar, Böyükgüney, Kiçikgüney, Duzlağın daşı, Gendərə, Moruqlu, Həvşə, İmanqulunun barmağı, Böyükdərə, Uçuğun barmağı, Qırmızıqaya, Şişqaya, Qonurqaya, Cərgəqaya, Böyükqaya, Gəlinqayası, Əkinlər, Aralıq, Xarabalar, Rəhmətin yurdu, Böyükyurd, Usubalıyurdu, Qonqur dağı, Varhel.[3]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-10.
- ↑ Məmməduşağı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
Həmçinin bax
redaktə Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |