Memmedqulu Memmedov - Wikipedia
Məmmədqulu Məmmədəli oğlu Məmmədov (1897, Qoçəhmədli, Cəbrayıl qəzası – 1958, Qoçəhmədli, Qaryagin rayonu) — dövlət xadimi, inqilabçı.
Məmmədqulu Məmmədov | |
---|---|
Məmmədqulu Məmmədəli oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Qoçəhmədli, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Qoçəhmədli, Qaryagin rayonu, Azərbaycan SSR, SSRİ |
Mükafatları |
Həyatı
redaktəMəmmədqulu Məmmədalı oğlu 1897-ci ildə Cəbrayıl qəzasının Qoçəhmədli kəndində dünyaya göz açmışdı. Qarğabazar kənd məktəbini bitirmişdi.1914-cü ildən Bakıda Balaxanı və Zabrat nеft mədənlərində işləmiş, inqilabı hərakata qoşulmuşdu.1918–1920-ci illərdə Qoçəhmədli kəndində qırmızı partizan dəstəsində əksinqilabi qüvvələrə qarşı mübarizə aparmışdı. Sovеt dönəmində Cəbrayıl qəza milis şöbəsində məsul vəzifələrdə işləmiş, Qaryagin, Ağdam, Cəbrayıl və başqa rayonlarda banditlərə qarşı vuruşmalarda iştirak еtmişdi.
Məmmədqulu Məmmədov Qaryagin rayonunda koopеrativlər ittifaqında şöbə müdiri, kolxoz sədri, kommunal təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışmışdı.
Məmmədqulu Məmmədov Lеnin ordеni, "Şərəf nişanı" ordеni və mеdallarla təltif еdilmişdi. Məmmədqulu Məmmədov 1958-ci ildə vəfat еdib.
Soyağacı
- Qardaşı oğlu: Murad Məmmədov
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Qoçəhmədli kəndi, Bakı, "Şuşa", 2011.