Memmedqala - Wikipedia
Məmmədqala (rus. Мамедкала – Mamedkala) — Dağıstan respublikasının Dərbənd rayonunda şəhər tipli qəsəbədir. Qəsəbə Dərvaqçayın sahilində, Şimali Qafqaz dəmir yolunun eyni adlı stansiyasının yaxınlığında yerləşir.
Qəsəbə | |
Məmmədqala | |
---|---|
rus. Мамедкала | |
42°10′10″ şm. e. 48°07′46″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Respublika | Dağıstan |
Rayon | Dərbənd |
Daxili bölgüsü | Duzlaq, Əliyev Adına, Mixaylovka, Tumayevka, Zareçnoye |
Tarixi və coğrafiyası | |
Əvvəlki adı | Xanməhəmmədqala |
Yaşayış məntəqəsi statuslu | 1965 |
Sahəsi | 4.20 km² |
Mərkəzin hündürlüyü | 14 m |
Saat qurşağı | UTC+03:00 |
Əhalisi | |
Əhalisi | 11 029 nəfər (2010) |
Sıxlığı | 2 625.95 nəf./km² |
Milli tərkibi | Dargilər, Azərbaycanlılar, Tabasaranlılar |
Dini tərkibi | İslam |
Rəsmi dili | Rus dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 368621 |
Digər | |
admmamedkala.ru (rus.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəTərəkəmə mahalında yerləşən qəsəbənin bünövrəsi XVIII əsrdə Qubalı Fətəli xan tərəfindən salınmışdı. Qaytaq üsmisi Əmir Həmzə ilə mübarizə aparan Fətəli xan üsminin qardaşı oğlu Xan Məhəmmədi öz tərəfdaşına çevirib, 1775-1778 illərdə onu üsmiyə qarşı çıxartmaq niyyəti ilə yüz kəndli ailəsi ilə birlikdə Dərbənddən 100 fərsah kənara köçürmüşdü. Burada salınan qala Xanməhəmmədqala adı ilə tanındı. Üsmiliyin ərazisində yerləşən bu qala Əmir Həmzənin vəfatına kimi üsmiliyə tabe olmamışdı. XIX əsrin əvvəlində bu yer artıq Xanməmmədqala və ya sadəcə Məmmədqala kimi qeydə alınırdı.[1]
Sovet dövründə qəsəbə Məmmədqala dəmiryol stansiyası, Məmmədqala, Mixaylovka, Tumayevka, Duzlaq kəndləri və Ş. Əliyev adına sovxoz yaşayış məntəqələrinin birləşdirilməsi yoluyla ilə yaradılmışdır.
Coğrafiya
redaktəMəmmədqala qəsəbəsi Dərbənd şəhərindən 22 km şimal-qərb, Mahaçqala şəhərindən 112 km cənub-şərq istiqamətində yerləşir.
Əhali
redaktəEtnik qrup |
1886-cı il[2] | 1970-ci il[3] | 1979-cu il[4] | 1989-cu il[5] | 2002-ci il[6] | 2010-cu il[7][8] | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | |
dargi | ... | ... | 1 847 | 36.17% | 2 214 | 38.09% | 2 461 | 41.09% | 2 794 | 33.37% | 4 001 | 36.28% |
azərbaycanlı | 160 | 100% | 408 | 7.99% | 511 | 8.79% | 613 | 10.23% | 2 059 | 24.59% | 3 548 | 32.17% |
tabasaranlı | ... | ... | 921 | 18.03% | 1 155 | 19.87% | 1 339 | 22.35% | 1 850 | 22.09% | 1 966 | 17.83% |
ləzgi | ... | ... | 885 | 17.33% | 962 | 16.55% | 621 | 10.37% | 442 | 5.28% | 492 | 4.46% |
ağul | ... | ... | ... | ... | 112 | 1.93% | 225 | 3.76% | 592 | 7.07% | 403 | 3.65% |
qumuq | ... | ... | 295 | 5.78% | 298 | 5.13% | 271 | 4.52% | 257 | 3.07% | 273 | 2.48% |
rus | ... | ... | 441 | 8.64% | 265 | 4.56% | 198 | 3.31% | 134 | 1.60% | 145 | 1.31% |
lak | ... | ... | 191 | 3.74% | 180 | 3.10% | 168 | 2.80% | 173 | 2.07% | 113 | 1.02% |
avar | ... | ... | 10 | 0.20% | 13 | 0.22% | 34 | 0.57% | 29 | 0.35% | ... | ... |
noqay | ... | ... | ... | ... | ... | ... | 4 | 0.07% | 1 | 0.01% | ... | ... |
rutul | ... | ... | 1 | 0.02% | 2 | 0.03% | 1 | 0.02% | 1 | 0.01% | ... | ... |
digər | ... | ... | 108 | 2.11% | 101 | 1.74% | 55 | 0.92% | 42 | 0.50% | 88 | 0.80% |
cəmi | 160 | 100% | 5 107 | 100% | 5 813 | 100% | 5 990 | 100% | 8 374 | 100% | 11 029 | 100% |
İstinadlar
redaktə- ↑ Məmmədqala, Dərbənd rayonu Arxivləşdirilib 2017-10-23 at the Wayback Machine. Odnoselçane.
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Нижне-Кайтагское наибство (камеральная перепись населения 1886 года) Arxivləşdirilib 2022-03-04 at the Wayback Machine
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Дербентский район (перепись 1970 года) Arxivləşdirilib 2022-03-04 at the Wayback Machine
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Дербентский район (перепись 1979 года) Arxivləşdirilib 2022-03-04 at the Wayback Machine
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Дербентский район (перепись 1989 года) Arxivləşdirilib 2020-02-16 at the Wayback Machine
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Дербентский район (перепись 2002 года) Arxivləşdirilib 2022-03-04 at the Wayback Machine
- ↑ Территориальный орган Федеральной службы государственной статистики по Республике Дагестан Arxivləşdirilib 2022-04-08 at the Wayback Machine: ВПН том 3. Таблица 4. Население по национальности и владению русским языком по городским округам и муниципальным районам республики Дагестан Arxivləşdirilib 2017-10-11 at the Wayback Machine
- ↑ Федеральная служба государственной статистики Российской Федерации Arxivləşdirilib 2010-12-03 at the Wayback Machine: Итоги Всероссийской переписи населения 2010 года: Тома официальной публикации итогов Всероссийской переписи населения 2010 года: Том 4. Национальный состав и владение языками, гражданство: 11. Численность населения России, федеральных округов, субъектов Российской Федерации, городских округов, муниципальных районов, городских и сельских поселений Arxivləşdirilib 2020-07-28 at the Wayback Machine, стр. 570