Memmed Demircioglu - Wikipedia
Məmməd Bəşirov (Dəmirçioğlu) — Görkəmli rəssam, şair, heykəltaraş, memar, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Məmməd Dəmirçioğlu | |
---|---|
Məmməd Bəşirov | |
Doğum tarixi | |
Doğum yeri | Qaymaqlı, Qazax rayonu Azərbaycan, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | SSRİ, Azərbaycan |
Fəaliyyəti | heykəltaraş |
Təhsili | Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbi |
Həyatı
redaktəMəmməd Dəmirçioğlu 1951-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Qaymaqlı kənd məktəbini bitirmişdir. 1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsinə daxil olmuşdur. Oranı fərqlənmə diplomu ilə bitirmişdir.
Dəmirçioğlu adını ona Ağamalı Sadiq Əfəndi vermişdir. Vaxtilə babaları dəmirçi olmuşlar və yaxşı sənətkar kimi İncə dərəsində, bütün mahalda məşhur idilər. İncə dərəsi elində "Məmməd əmi" və ya "Mamed" təxəllüsləri ilə də tanınmışdır.[1]
Fəaliyyəti
redaktə1983-cü ildən 1990-cı ilə qədər Özbəkistanın Nəməngan, Əndican, Səmərqənd və digər şəhərlərində monumentalçı rəssam kimi fəaliyyət göstərmişdir. 1990-cı ildə vətənə qayıtdıqdan sonra Bakı şəhərində fəaliyyət göstərmişdir.
Şer yazmağa 18-19 yaşlarında başlamışdır. Uzun müddət şeirlərini heç bir mətbuat orqanında dərc etdirməmişdir.
"Dəmirçioğlunu dindir" adlı ilk şeirlər toplumu 2004-cü ildə işıq üzü görmüşdür. "Eşqəm", "Səhra gülləri" və 2011-ci ildə 60-cı yaşının "Söz-söz açılan göy üzü" kitablarını nəşr etdirmişdir.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.