Memmedeli Velixanli - Wikipedia
Məmmədəli Vəlixanlı (15 mart 1899, Fatmayı, Bakı qəzası – 12 aprel 1969, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti (1949).
Məmmədəli Vəlixanlı | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | 12 aprel 1969 (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Uşaqları | |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1912–1961 |
Mükafatları |
|
Həyatı
redaktəMəmmədəli Hacı Heydər oğlu Vəlixanlı Teatr sənətinə marağı uşaq vaxtlarında gördüyü dini şəbih tamaşalarından, "Qaravəlli", "Kosa-kosa" məzhəkəli xalq oyunlarından oyanan Məmmədəli Hacı Heydər oğlu Heydərzadə (Vəlixanlı) 15 mart 1899-cu ildə Bakıda doğulub. Baqqallıqla məşğul olan atası onu "Səfa" mədəni-maarif cəmiyyəti nəzdindəki məktəbə qoyub. Həmin dövrdə Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalov "Səfa"nın teatr truppasında əsas simalardan biri idi. O, 1912-ci ildə quruluş verdiyi Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasının tamaşasında Bədəl rolunu təbiətən çevik və hər şeyə maraq göstərən Məmmədəliyə tapşırıb. Bununla da gələcək aktyorun sənət yolunda ilk addımı atılıb.
Səhnə fəaliyyəti
redaktə1920-ci ildə Milli Dram Teatrının xor heyətinə işə qəbul olunub. Həmin dövrdə opera və operetta tamaşaları da burada oynanılırdı. İşə başladığı ilk illərdə "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah İsmayıl" operalarında xorda oxuyan Vəlixanlı tədricən dram tamaşalarında sözsüz rollarda səhnəyə çıxıb. Məmmədəli Vəlixanlı teatrda işləyə-işləyə Bakı Teatr Texnikumunda təhsilini davam etdirib (1927–1930).
Otuzuncu illərin sonlarında realist aktyor məktəbinin duzlu komik aktyoru kimi tanınan Məmmədəli Vəlixanlı Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (Mirzə Həbib), Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (Hacı Qəmbər), Sabit Rəhmanın "Xoşbəxtlər", "Əliqulu evlənir" və "Nişanlı qız" (Mirzə Qərənfil, Mindilli, Xəlil), Mirzə İbrahimovun "Həyat" (Pardon Qurbanəli), Nikolay Qoqolun "Müfəttiş" (Osip) komediyalarında öz ifası ilə silınməz izlər qoyub. Faciə və dramatik janrda yazılmış Hüseyn Cavidin "Səyavuş" (Kosa), Vilyam Şekspirin "Qış nağılı" (Avtolik), "On ikinci gecə" (Ser Endri), "Maqbet" (Qapıçı), Mehdi Hüseynin "Cavanşir" (Saran), Konstantin Trenyovun bizdə "Düşmənlər" adıyla oynanmış "Lyubov Yarovaya" (Pikalov), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Robinzon), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Əmrah), Fridrix Şillerin "Qaçaqlar" (Vurm), Səməd Vurğunun "Xanlar" (Araq Şəmistan), İmran Qasımov və Həsən Seyidbəylinin "Uzaq sahillərdə" (Rosselini), Brandon Tomasın "Tələbələrin kələyi" (Əli), Boris Lavrenyovun "Amerikanın səsi" (Skundirell), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Mürsəl kişi), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (Dərviş) pyeslərinin səhnə təfsirlərində son dərəcə şirin, duzlu və koloritli yumoristik və komik-dramatik rollara səhnə ömrü bəxş edib. Teatr sənətimizin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar artisti (4 noyabr 1938) və xalq artisti (21 iyul 1949) fəxri adlarına layiq görülüb.
Məmmədəli Vəlixanlının yaradıcılıq potensialı ona faciə və dramatik əsərlərdə də uğurla çıxış etməyə imkan yaratmışdı. H.Cavidin "Səyavuş" (Kosa), U.Şekspirin "Qış nağılı" (Avtolik), "On ikinci gecə" (Ser Endri), "Maqbet" (Qapıçı), M.Hüseynin "Cavanşir" (Saran), K.Trenyovun səhnəmizdə "Düşmənlər" adı ilə oynanmış "Lyubov Yarovaya" (Pikalov), A.Ostrovskinin "Cehizsiz qız" (Robinzon), Ə.Haqverdiyevin "Pəri cadu" (Əmrah), F.Şillerin "Qaçaqlar" (Vurm), S.Vurğunun "Xanlar" (Araq Şəmistan), İ.Qasımov və H.Seyidbəylinin "Uzaq sahillərdə" (Rosselini), B.Tomasın "Tələbələrin kələyi" (Əli), B.Lavrenyovun "Amerikanın səsi" (Skundirell), S.Rüstəmin "Qaçaq Nəbi" (Mürsəl kişi), M.S.Ordubadinin "Dumanlı Təbriz" (Dərviş) pyeslərinin səhnə təfsirlərində son dərəcə şirin, duzlu və koloritli yumoristik və komik-dramatik rollara səhnə ömrü bəxş etmişdir. Həmçinin onun "Görüş" (Çayçı) , "Mahnı belə yaranır" (Bədirxan) filmlərində oynadığı rollar bu gün də maraqla izlənilir.
Görkəmli aktyor milli xarakter yaratmaqda, xalq teatr tamaşaları estetikasını səhnədə yaradıcılıqla realizə etməkdə mahir ustad olmuşdur. Onun hərəkət və jestləri zəngin və əlvan idi. Aktyor hər obrazı fərdi xarakter kimi götürür, onu konkret tarixin, mühitin, ictimai təbəqənin təmsilçisi prizmasından tamaşaçılara təqdim edirdi. Məmmədəli Vəlixanlının çox orijinal, yapışıqlı və mütləq təbəssüm doğuran səs tembri, koloritli yumoru, zəngin sifət cizgi-ifadə vasitələri vardı. Yumor və satiranın ölçü-əndazələrini səhnədə dəqiq həssaslıqla gözləyə bilirdi.
Məmmədəli Vəlixanlı Sabit Rəhmanın "Əliqulu evlənir" tamaşasının premyerasından (9 mart 1961-ci il) az müddət sonra qəfildən iflic xəstəliyinə düçar olub. Altmış iki yaşlı sənətkar bir daha səhnəyə çıxmadan 12 aprel 1969-cu ildə dünyasını dəyişib. Məzarı Bakıda ikinci Fəxri xiyabandadır.
Məmmədəli Vəlixanlı milli xarakter yaratmaqda, xalq teatr tamaşaları estetikasını səhnədə yaradıcılıqla realizə etməkdə mahir ustad idi. Hərəkətlərindəki, jestlərindəki, sifət ifadələrindəki aktyorluq boyaları zəngin və əlvan idi. Məsələ təkcə bununla bitmirdi, çünki Vəlixanlı hər bir obrazı fərdi xarakter kimi götürür, onu konkret tarixin, mühitin, ictimai təbəqənin təmsilçisi prizmasından tamaşaçılara təqdim edirdi. Onun çox orijinal, yapışıqlı və mütləq təbəssüm doğuran səs tembri, koloritli yumoru, zəngin sifət cizgi-ifadə vasitələri vardı. Yumor və satiranın ölçü-əndazələrini səhnədə dəqiq həssaslıqla gözləyə bilirdi. Qeyd edək ki, Məmmədəli Vəlixanlının sənət yolunu sonralar oğlu Aqşin Vəlixanlı davam etdirib. Akademik Milli Dram Teatrında çalışan Aqşin Vəlixanlı 1998-ci ildə vəfat edib.
2019-cu ildə Azərbaycanın görkəmli teatr xadimi, Xalq artisti Məmmədəli Vəlixanlının 120 illik yubileyi qeyd olunmuşdur. Mayın 30-da keçirilmiş tədbirdə, qüdrətli teatr xadiminin yaxın dostu olmuş, dahi dramaturq Cəfər Cabbarlının "Almaz" pyesi nümayiş etdirilmişdir.
Təltif və mükafatları
redaktə- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 21 iyul 1949
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 4 noyabr 1938
- 2 dəfə "Şərəf nişanı" ordeni — 22 iyul 1949; 9 iyun 1959