Memid Musayev - Wikipedia
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Məmid Musa oğlu Musayev (Gülməmmədov; 10 may 1897, Qaçağan, Borçalı qəzası – 27 sentyabr 1973, Qaçağan, Marneuli rayonu)[1][2] — inqilabçı və ictimai-siyasi xadim, Gürcüstan SSR Fövqalədə Komisiyyasının, daha sonra isə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası XDİK Baş Siyasi İdarəsinin Borçalı qəzasında Banditizmlə və İqtisadi Sabotajla Mübarizə üzrə Müvəkkili.[3] Gürcüstanda sovet hakimiyyətinin qurulmasında iştirak etmiş inqilabçı və 1921–1922-ci illərdə Gürcüstan SSR İnqilab Komitəsinin Borçalı qəzası üzrə Müvəkkili. SSRİ Mərkəzi İcrayyə Komitəsi Rəyasət Heyətinin Həmsədri Qəzənfər Musabəyovun yaxın silahdaşı. 1937–1947-ci illərdə İosif Stalin rejiminin siyasi dissidenti.
Məmid Musayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 may 1897 |
Doğum yeri | |
Vəfat tarixi | 27 sentyabr 1973 (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | Zaqafqaziya Kənd Təəsürüffatı Akademiyası (1936) |
|
|
Təltifləri | ÜFK/BSİ Fəxri Nişanı |
Həyatı
redaktəMəmid Musa oğlu Musayev (Gülməmmədov)[4] 10 oktyabr 1897-ci ildə Rusiya İmperiyası Tiflis quberniyası, Borçalı qəzası, Qaçağan kəndində torpaq sahibkarı Musa Gülməmmədlinin ailəsində dünayaya gəlmişdir. Uşaqlığı Borçalı qəzasının Qaçağan kəndində keçmişdir. 1921–1937-ci illərdə xidməti fəaliyyəti ilə bağlı Tiflisdə, Sarvanda yaşasa da daimi yaşayış yeri Borçalı qəzasının Qaçağan kəndi olmuşdur. 1937-ci ildə SSRİ MİK Rəyasət Heyətinin Sədri Qəzənfər Musabəyova qarşı aparılan saxta cinayət işinə görə həbs edilmiş və Rusiya SFSR Sverdlovsk vilayətinə sürgün edilmişdir. M. Musayev 1947-ci ilə qədər Sverdlovsak vilayətində cəzasını çəkmişdir. 1947-ci ildə doğma Qaçağan kəndinə dönən M. Musayev ömrünün sona qədər burada yaşamışdır. 27 sentyabr 1973-cü ildə dünyadan köçmüş və 28 sentyabr 1973-cü il tarixdə Qaçağan kənd məzarlığında dəfn edilmişdir.
Soykökü
redaktəMəmid Musayev Borçalının Qıpçaq kökənli qədim nəsillərindən biri olan Gülməmmədli nəslinin nümayəndəsdir. Gülməmmədli nəslinin əcadaları 1118-ci ildə Qıpçaq xanı Artık xanın ordusunun tərkibində həmin zamanlar Türkoba adlanın bölgəyə gəlmişlər və indiki Qaçağan kəndi ərazisində yurd salmışlar.
Məmid Musayev 1929-cu ilə qədər Gülməmmədov soyadı daşımışdır.
Təhsili
redaktə- 1910–1914-cüillərdə Qaçağan kəndində fəaliyyət göstərən dini məktəbdə təhsil almış.
- 1918–1920-ci illərdə is Mirzə Həsən Mollayevin açdığı Qaçağan məktəbində oxumuşdur.
- 1925-ci ildə Gürcüstan SSR Xalq daxili İşlər Komissarlığı Baş Siyasi İdarəsi nəzdində hərbi-siyasi hazırlıq kursu keçmişdir.
- 1928-ci ildə Gürcüstan KP Mərkəzi Komitəsinin təşkil etdiyi "Kommunizm quruçuluğu" kursunu bitirmişdir.
- 1936-cı ildə Zaqafqaziya Kənd Təssərüfatı Akademiyasını bitirmişdir.
İctimai-siyasi fəaliyyəti
redaktəMəmid Musayevin erkən gəncliyi Birinci dünya müharibəsinin başlanması və Oktyabr inqilabıb baş verməsi dövrünə düşmüşdür. 1916-cı ildə Məmid Musayev Həsən Səbri Ayvazovun təşkil etdiyi dərnəkdə iştirak edir və onun dünaygörüşünün formalaşmasında Həsən Səbrinin ciddi təsiri olur.
1917-ci ildə Tiflisdə Mir Həsən Mövsümov ilə tanış olan M. Musayev, onun rəyi ilə Hümmət Sosial-Demokrat Müsəlman Təşkilatına daxil olur və bu təşkilatın Borçalı qəzasında faktiki gizli nümayəndəsi funksyasını yerinə yetirməyə başlayır.
1921-ci ildə Tiflisdə Rusiya Kommunist (bolşeviklər) Partiyasına üzv qəbul edilmişdir. R(b)KP Qafqaz Bürosunun gizli iclaslarında iştirak edən M. Musayev Borçalıda inqilabı iş aparmışdır.
16 fevral 1921-ci ildə Məmid Musayev Borçalı qəzasının Şulaver kəndində Gürcüstan SSR İnqilab Komitəsinin ilk iclasında iştirak etmiş azsaylı inqilabçılardan biridir. Hakimiyyəti həmin vaxt ələ alan Gürcüstan SSR İnqilab Komitəsi bölgələrdə inqilab komitələri formalaşdırmağa başladı və M. Musayev bu işi Qaçaəan kəndində həyata keçirdi. Həmin zaman Gürcüstanda sovet hakimiyyəti yalnız Borçalı və Axılkələk qəzalarında qurulmuşdur.
16 fevral 1921-ci ildə Gürcüstanda sovet hakimiyyəti qurulanda M. Musayev ilk dəfə olaraq Borçalının Qaçağan kəndində ilk İnqilab Komitələrindən biri olan Qaçağan İnqilab Komitəsini yaratdı.[5]
16 fevral 1921-ci ildə Gürcüstan SSR İnqilab Komitəsinin Borçalı qəzası üzrə Müvəkkili təyin edilən M. Musayev 1921–1922-ci illərdə Borçalı bölgəsində sovet hakimiyyətinin qurulmasını təmin etdi.
15 may 1922-ci ildə M. Musayev bölgədə banditizmlə mübarizə aparmaq üçün Gürcüstan SSR Fövqaladə Komisiyyasına işə dəvət edildi və Gürcüstan FK Borçalı qəzası üzrə İdarəsində Banditizmlə Mübarizə şöbəsində işlədi.
15 may 1922-ci ildə Zaqafqazuya Sovet Federativ Sosialist Respublikası Xalq Daxili İşlər Komissarlığı Baş Siyasi İdarəsinin Borçalı Qəası üzrə Müvəkkili təyinedildi. O, bu vəzifədə 1932-ci ilə qədər işlədi.
1931-ci ildə Məmid Musayev ZSFSR Xalq Komissarları Sovetinin Sədri təyin edilən Qəzənfər Musabəyovla yaxın dostluq etməyə başlayır. Onlar arsında yaranan ailəvi dostluq sonradan siyasi bağa çevrilir. ZSFSR XKS Sədri Q. Musabəyov Borçalıya gələndə Məmid Musayevin Qaçaəan kəndindəki evində qonaq qalırdı. Qəzənfər Musabəyov SSRİ Mərkəzi İcrayyə Komitəsi Rəyasət Heyətinin Həmsədri seçildikdən sonra da Məmid Musayev ilə dostluq münasibətlərini davam etdirmiş və 1927-ci ildə artıq SSRİ dövlət başçısı kimi Qaçağan kəndinə qonaq gəlmiş, M. Musayevin evində iki gün qalmışıdır.
1931-ci ildə Məmid Musayev Gürcüstan K(b)P Mərkəzi Komitəsi üzvlüyünə namizəd seçilir. 1931-ci ildə M. Musayev ZSFSR XDİK sitemindən çıxaraq sovet idarəetmə sistemində işləməyə başladı. 1931–1932-ci illərdə o Qaçağan "Sosializm" Kommunal Təsərüffatının Sədri vəzivəsində çalışır.
1932–1934-cü illərdə Borçalı qəzası Təkəli Kənd Soveti İcrayyə Komitəsinin Sədri vəzifəsini tutur. 1934–1936-cı illərdə Qaçağan Kənd Soveti İcrayyə Komitəsinin Sdri işləmişdir.
1934-cü ildə Gürcüstan K(b)P Mərkəzi Komitəsinin göndərişi ilə Zaqafqaziya Kənd Təssərüfatı Akademiyasında təhsil almağa göndərilən Məmid Musayev Borçalı qəzası Kürdlər Kənd Soveti İcrayyə Komitəsinin Sədri təyin edilir və 1937-ci ilə qədər bu vəzifədə çalışır.
1932-ci ildə Gürcüstan K(b)P MK -nın respublika müşavirəsində Məmid Musayevin banditizmlə mübaizə barədə mərzusəini dinlədikdən sonra, Zaqafqaziya K(b)P Vilayət Komitəsinin Birinci katibi Lavrenti Beriya öz mauzerini belində açaraq Məmid Musayevə hədiyyə etmişdir.
1937-ci ilin sentyabrnda Məmid Musayev Gürcüstan SSR XDİK tərəfindən həbs edilir və ona Qəzəfər Musabəyovun "Əksinqilabçı, terrorçu və casusluq təşkilatında" iştirakda ittiham edilir. Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizliyi İdarəsinin 3-cü Şöbəsinin tərtib etdiyi ittiham aktında M. Musayevə Q. Musabəyova gizli dəstək verməkdə günahlandırılırdı.
Məmid Musayevin həbs edilməsinin əsas səbəbi onun SSRİ MİK Rəyasət Heyətinin Sədri Qəzənfər Musabəyovla yaxından dost oması idi. 1937-ci ildə Qəzənfər Musabəyov həbs edildikdən sonra önun dostlarının, silahdaşlarının bir çoxu, həmçinin bacısı Azərbaycan SSR Xalq Ədliyyə Komissarı Ayna Sultanova, yeznəsi Azərbaycan SSR xald daxili İşlər Komissarı Həmid Sultanov da həbs edilərək güllələnmə cəzasına məhkum edildilər.
1938-ci ilin yanavarında Gürcüstan XDİK Xüsusi Üçülüyü Məmid Musayevi 10 il həbs cəzasına məhkum etdi və o cəzasını çəkmək üçün RSFSR Sverdlovsk vilayətinədə yerləşən cəzaçəkmə müəssisəsinə göndərildi. Həbs zamanı M. Musayev ciddi təhdidə, əzab əziyyətət düçar olsa da, heç zaman sınmadı və mövqeyini dəyişmədi.
1941-ci ildə SSRİ ilə Almaniya arsında müharibənin başlaması Məmid Musayevi də narhat edirdi və o SSRİ Müdafiə Nazirliyinə yazılı müraciət edərək, keçmiş əks-kəşfiyyat orqanlarının əkməkdaşı kimi cəbhə bölgəsinə göndərilməyi xahiş etdi. Lakin onun xahişi nəzərə alınmadı.
1947-ci ildə cəzasını tam çəkən Məmid Musayev doğma Qaçağan kəndinə döndü və Qaçağanda kənd təəsərüffatı sahəsində adi işlərdə çalışdı.
1956-cı ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Məmid Musayevin cinayət işinə baxaraq, ittihamın sübut olunmadığını, faktların olmamasını və siyasi sifarişlə cəza verildiyini əsas götürərək ona bərat verdi. 1957-ci ildə Məmid Musayev SovİKP sıralarına bərpa edildi.
1973-cü ildə Məmid Musayev Gürcüstan SSR-in Marneuli rayonu Qaçağan kəndində dünyadan köçdü və o Qaçağan kənd məzarlığında dəfn edildi.
Ailəsi
redaktəMəmid Musayev iki dəfə ailə qurmuşdur. Hər iki nikahdan 6 övladı olmuşdur. İlk nikahı Qaçağan kənd sakini Mələk Həsənova ilə ailə qurmuş və bu evlilikdən Roza Məmid qızı Musayeva dünyaya gəlmişdir. Roza Əmircanova (Musayeva) Dünyamalı Əmircanova ərə getmiş və onların 3 övladı: Roman Əmircanov, Məhəmməd Əmircanov və qızları dünayay gəlmişdir. 1948-ci ildə ildə Gülməmmədova Zafda Həmid qızı ilə ailə quran Məmid Musayevin ikinçi nikahdan 5 övladı: Müseyib Məmid oğlu Musayev, İnsaf Məmid oğlu Musayev, Nailə Məmid qızı Musayeva, Tamilla Məmid qızı Musayeva və Rəhim Məmid oğlu Musayev dünyaya gəlmişdir.
Mənbə
redaktə- "Qaçağan eli". Bakı, Təfəkkür NPM. 2002, 186-cı səifə.
İstinadlar
redaktə- ↑ "Sovet Azərbaycanının ikinci Baş naziri Qəzənfər Musabəyov Şərq xalqlarını müstəqil görmək istədi ancaq özünü repressiya edib güllələdilər - www.enter.news". 2020-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-20.
- ↑ "Əmircanlı nəsli - www.amircanli.wordpress.com". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-20.
- ↑ "Şurəddin Məmmədli "Borçalı tarixi" - www.ftpmirror.your.org" (PDF). 2021-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-24.
- ↑ "Şurəddin Məmmədli "Gürcüstan Azərbaycanlıalrı" -www.azkurs.org". 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-24.
- ↑ "ƏRƏNLƏR YURDU QASIMLI (Tarixi etnoqrafik oçerk) - www.zim.az". 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-21.