Mektuba Cavab Film 1944 - Wikipedia
Məktuba cavab — İsmayıl Əfəndiyevin musiqili kinooçerk janrında filmi.
Məktuba cavab | |
---|---|
Fayl:Məktuba cavab (film, 1944).jpg | |
Janr | musiqili |
Rejissor | İsmayıl Əfəndiyev |
Baş rollarda |
Xosrov Məlikov Lütfəli Abdullayev |
Operator | Seyfulla Bədəlov |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 1944 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1944 |
Texniki məlumatlar |
2 hissə 622 metr 35 mm |
Məzmun
redaktəFilm musiqili oçerk səpgisindədir. Buraya səhnələşdirilmiş epizodlar da daxil edilmişdir.
416-cı Azərbaycan diviziyasının döyüşçüləri cəbhədən kinostudiyanın işçilərinə məktub göndərirlər. Döyüşçülər xahiş edirlər ki, respublikanın əmək nailiyyətləri, arxanın qəhrəmanlıq işləri barədə onlara xəbər versinlər. Kinostudiyanın işçiləri bu məktuba cavabı kinonun dili ilə göndərməyi qərara alırlar.
Kinokamera bizi məktublarına cavab olaraq iki qutu kinolent almış döyüşçülərin hərbi hissəsinə aparıb çıxarır. Əsgərlər öz doğma vətənləri Azərbaycanın iqtisadi, mədəni vəziyyəti ilə tanış olurlar. Filmdə arxa cəbhədə zəhmətkeşlərin qəhrəmanlığı, neftçilərin fədakarlığı əks etdirilir. Ekranda Azərbaycan Dövlət Konservatoriyasının uşaq orkestri, saz çalanlar ansamblı, mahnı və rəqs ansamblı bir-birini əvəz edir, xalq artisti Bülbül çıxış edir, Azərbaycan radio komitəsinin xor kollektivi bəstəkar Cahangir Cahangirovun "416-cı" mahnısını oxuyur, istehsalatda olan "Arşın mal alan" bədii filmdən bir epizod göstərilir.
Filmin heyəti
redaktəFilmin üzərində işləyənlər
redaktə- Rejissor: İsmayıl Əfəndiyev
- Operator: Seyfulla Bədəlov
- Səs operatoru: Ağahüseyn Kərimov
Rollarda
redaktə- Xosrov Məlikov — əsgər[1]
- Lütfəli Abdullayev — Vəli
İstinadlar
redaktə- ↑ Aydın Kazımzadə. "Kinosalnamə" [Böyük Vətən müharibəsinin kinoda təcəssümü haqqında] //Mədəniyyət TV.- 2016.- 9 may.
Mənbə
redaktə- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941-1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126-129.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.