Meherremli Kurdemir - Wikipedia
Məhərrəmli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd.
Məhərrəmli | |
---|---|
40°10′29″ şm. e. 48°21′15″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəToponimikası
redaktəMəhərrəmli kəndi şimaldan baş şirvan kallektoru,qərbdən girdiman cayı,cənubdan isə kur üstü kəndləri ilə əhatə olunmuşdur.Şərqdə Ərəbqubalı kənd nümayəndəliyi yerləşir.1950 ci illərə qədər Məhərrəmli kəndi 3 cayın birləşdiyi yerdə kicik quru sahədə yerləşib.Caylar ağsu cayı,girdiman cayı və qarasu cayı. Qobu deyilən dərə ilə axıb kecərmiş.hal-hazırda həmin caylar süni yollarla birləşdirilib kür cayına tökülür.Deylənlərə görə 1950 ci illərə qədər kəndin ətrafı ceyran, qaban, turac, bildircin, və sularda bir cox balıq növü olub.Kəndin ətrafı bütün qamışlıq olub. Məhərrəmli oyk. Kürdəmir r-nunun Ərəbqubalı i.ə.v.-də kənd. Şirvan düzündədir. Keçmiş adı Mola Məhərrəmli olmuşdur. Çox güman ki, Mola Məhərrəm yaşayış məntəqəsinin əsasını qoymuş nəslin başçısı olmuşdur.[1]
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 854 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
redaktəƏsasən həyətyanı və pay torpaqları vasitəsilə əkinçilik təşkil edir. Həyətyanı sahələrin əsasını nar bağları təşkil edir. Pay toypaqlarında isə taxılçılıq və yemçilik təşkil edir. Son illədə pambıqcılıq da inkişaf etməkdədir. Maldarlıq sahəsi üzrə də məşğuliyyət vardır. İri və xırda buynuzlu malqara üsünlük təşkil edir.
- Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629