Meherrem Talibov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Məhərrəm Yusif oğlu Talıbov (15 mart 1971, İliç rayonu) — Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri.
Məhərrəm Talıbov | |
---|---|
9 yanvar 2008 – 29 dekabr 2022 | |
Əvvəlki | Sənan Paşayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 mart 1971 (53 yaş) |
Doğum yeri | |
Rütbəsi |
III dərəcəli dövlət ədliyyə müşaviri |
Həyatı
redaktəMəhərrəm Yusif oğlu Talıbov 1971-ci il mart ayının 15-də Şərur rayonunda anadan olmuş, 2000-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının hüquqşünaslıq ixtisasını bitirmişdir.
1995-ci ildən 1999-cu ilədək Baş Mühafizə İdarəsinin Prezidentin Təhlükəsizliyi Xidmətinin mühaizəsiçi, 1999-cu ildən 2004-cü ilədək Naxçıvan Muxtar Respublikası Daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə işləmişdir.
2004-cü ilin dekabr ayından Naxçıvan Muxtar Respublikasının Prokurorluq orqanlarına qəbul edilməklə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru və böyük prokuroru vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Baş prokurorunun 9 yanvar 2008-ci il tarixli əmri ilə Naxçıvan Muxtar Respublikası prokurorunun müavini General mayor vəzifəsinə təyin olunmuşdur.
III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.
2022-ci lin dekabrında Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsindən azad olunub.[1]
Ailəlidir, üç övladı var.
Vasif Talıbovun qardaşıdır.
İstinadlar
redaktə- ↑ "Vasif Talıbovun prokuror qardaşı işdən çıxdı". 2022-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.