Mehemmedin Canisinliyi - Wikipedia
Müsəlmanlar arasında Məhəmmədin canişinliyinə görə ixtilaf olub şiə və sünnü müsəlmanların əsas ixtilafı bunun üzərinədir. Şiə müsəlmanların baxışına görə Məhəmməd son həccindən qayıdandan sonra Allah tərəfindən əmr edildi[1] və bu ayə Qədiri-Xum-da özü üçün canişin seçməsi üçün nazil oldu:
{{{1}}} يا أَيّهَا الرّسُولُ بَلِّغْ ما أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ وَ إِنْ لَمْ تَفْعَلْ فَما بَلّغْتَ رِسالَتَهُ وَ اللّهُ يَعْصِمُكَ مِنَ النّاسِ إِنّ اللّهَ لا يَهْدِي الْقَوْمَ الْكافِرينَ
Ey peyğəmbər hər nəki sənə nazil olub mükəmməl şəkildə camaata de və yetir! əgər belə etməsən, onun risalətini yerinə yetirməyibsən! Allah səni camaatdan gələn təhlükələrdən qoruyacaq. Allah kafir və inadcıl camaatı hidayət etməz.[2]
Qədiri-xum-dakı bulaqın yanında bir xutbə oxuyaraq Əli bin Əbu Talibi öz canişinliyinə seçdi. bu rivayətdəki, Əhli-Sünnət-də onu nəql etmişlər Şiələr ona istinad edib və Əlini Məhəmmədin canişini sayırlar, bu işi gördükdən sonra aşağıdakı ayə nazil oldu:
{{{1}}} الْیَوْمَ یَئس الَّذِینَ کَفَرُوا مِن دِینِکُمْ فَلا تخْشوْهُمْ وَ اخْشوْنِ الْیَوْمَ أَکْمَلْت لَکُمْ دِینَکُمْ وَ أَتمَمْت عَلَیْکُمْ نِعْمَتى وَ رَضِیت لَکُمُ الاسلَمَ دِیناً
Bu gün sizin dininizi mükəmməl etdim, və öz nemətimi sizə qurtarıb, islamı sizin ölümsüz dininiz olaraq qəbul etdim.[3]
Amma sünnülər bunun əksinə etiqadları var ki, Məhəmməd özünə canişin seçmədi, bəlkə vəfatından sonra onun neçə səhabələri bir şura düzəldərək Əbu Bəkri peyğəmbərin canişinliyinə seçmişlər.
Yaxınlarının dəvəti
redaktəBir islami rivayətə görə ozamanki «Tayfa və qohumlarına xəbərdarlıq et»[4] ayəsi nazil oldu, Məhəmməd qohumları Bəni Haşimdən və bir qrup Bəni Mütəllibdən ki 45 nəfər olardılar dəvət edib[5] onlara vəsiyyət edir:
«Ey Əbdülmütəllib oğlanları... Allah mənə əmr edib ki sizi ona sarı dəvət edəm. sizdən hançınız məni bu işdə yardım edib mənim vəsi və canişinim olacaq?»
Məhəmməd bu sözləri üç kəz təkrar etdi və hər üç kəzdə Əli ki ozaman 13 yaşındaidi cavab verdi.
Ondan sonra Məhəmməd dedi:«Bu Əli, Mənim qardaş, vəsi və canişinimdir sizin aranızda. ona qulaq asın və ondan itaət edin.»[6]
Peyğəmbər vəsiyyətinin yazılmaması
redaktəPeyğəmbər ömrünün son günlərində xəstəlik yatağında müsəlmanların başçılarından onun otağında yığışmışdılar peyğəmbər vəsiyyətini yazmaq üçün kağıt və qələm istədi. bu hadisə sünnü mənbələrində İbni Abbasdan nəql edilərək belə yazılıb:
Peyğəmbər vəfatına az qalmışkən neçə nəfər ki Ömər bin Xəttabda onların içindəidi peyğəmbərin yanındaidilər. peyğəmbər dedi: Kağıt və qələm gətirin ki sizə elə bir şey yazım ki ondan sonra heç bir zaman yoldan azmayasınız. Ömər dedi: «Ağrı peyğəmbəri bürüyüb və bizim yanımızda Allahın kitabı var və bu bizə kifayətdir.» ixtilaf və mübahisə çoxaldı, peyğəmbər buyurdu:«Mənim yatağımdan uzaqlaşın, doğru deyil ki mənim yanımda mübahisə edilib savaşasınız.»[7]
Qaynaqlar
redaktə- Glassé, Cyril. Smith, Huston (1993 & 2003). The new encyclopedia of Islam. Rowman Altamira. ISBN 978-0-7591-0190-6.
- al-Mubarakpuri, Safi-ur-Rahman (2002). The sealed nectar: biography of the Noble Prophet. Darussalam. ISBN 978-9960-899-55-8.[1]
İstinadlar
redaktə- ↑ (پیام نگار مقدمه و ترجمه: سید حسین حسینی، انتشارات نگار، چاپ ششم: ۱۳۸۵ صفحه)
- ↑ Maidə surəsi, ayə. 67
- ↑ Maidə surəsi, ayə. 3
- ↑ Şuəra surəsi, ayə. 214
- ↑ al-Mubarakpuri (2002), p. 98-101
- ↑ Glassé, Smith, (2003), p. 39
- ↑ Buxarı, babül Kitabül Elm, Səhihi Buxari(بخاری. "باب کتابة العلم". صحیح بخاری.)