Mehemmed Xan Beluc Usyani - Wikipedia
Məhəmməd xan Bəluc üsyanı — Nadir xan Əfşara qarşı Samarra döyüşündən sonra meydana çıxmış üsyan. Üsyan elə onun sərkərdələrindən biri olan Məhəmməd xan Bəluc tərəfindən başladılmışdır.[1]
Məhəmməd xan Bəluc üsyanı | |||
---|---|---|---|
| |||
Tarix | 1733–1734 | ||
Yeri | Cənubi İran | ||
Səbəbi | Məhəmməd xan Bəlucun Nadir xana qarşı üsyanı | ||
Nəticəsi | Nadir xan Əfşarın qələbəsi. | ||
Ərazi dəyişikliyi | Üsyanı dəstəkləmiş bölgələrdə Nadir xanın hakimiyyəti yenidən bərpa edildi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Üsyanın başlaması
redaktəNadir xanın Osmanlı İraqında Samarra döyüşündə məğlub olmasından sonra bu yürüş zamanı Bağdadı mühasirəyə almış 12 minlik dəstənin komandanı olan Məhəmməd xan Bəluc Mesopotamiyadan qaçaraq İranın cənubuna gəldi. O, Nadirin Topal Osman Paşa qarşısında fəaliyyəti boyunca ilk və sonuncu dəfə məğlubiyyətə uğramasından sonra Məhəmməd xan Bəluc onun nüfuzunun sasıldığı qənaətinə gərələrək üsyan qaldırdı. Onun üsyanı İran körfəzi bölgəsində cərəyan edən Şeyx Əhməd Mədani üsyanı ilə ittifaq halında idi.[2]
Nadir xan Şiraz valisini üsyanı yatırmaq üçün Meqasetsə göndərdi. Lakin oraya çatdıqdan sonra o da Nadir xana qarşı üsyan qaldırdı və İsfahana yürüşə edə bilmək üçün ordu toplamağa başladı. Bu əsnada Məhəmməd xan Bəluc döyüşçü toplamaq üçün Bəndərə yollandı və orada ona qoşulmaq istəməyən bəzi sakinləri qətlə yetirdi. Razılaşanları orduya topladıqdan sonra Şiraza getdi və buradan İsfahan yürüşlərinə hazırlaşmağa başladı.[3]
Nadir xanın məktubu
redaktəNadirin məktubunda bunlar yazılmışdı:
Sən nə edirsən? Sən mənim sadiq xidmətçim idin və ancaq yaxşı işlər görürdün. Mən səni ucaltdım və sən mənim ən yaxşı generalım idin, indi niyə mənə silah qaldırırsan? Tövbə et və seçdiyin yoldan qayıt. Allah sənin gözlərinin bir də qarışmasını qadağan edər! |
Məhəmməd xan Bəluc Nadir xanın təklifini rədd etdi və bu məktubu belə cavabladı:
Mən seçdiyim yolda özümü fəda etmək fikrində qətiyəm. Qoy Allah sənə də, mənə də istədiyini versin. Ya mən sənin əlindən öləcəm, ya da sən mənim əlimdən öləcəksən. Bunu bil! |
Döyüş
redaktəNadir bu cavabı öyrəndikdən dərhal sonra danışıqları dayandırdı və Şiraza doğru hərəkətə başladı. Nadirin şəhərə yaxınlaşmasından xəbər tutan Məhəmməd xan şəhəri tərk etdi və onunla düzənlik bir ərazidə qarşılaşdı. Döyüşdə üsyançı ordu darmadağın edildi və Məhəmməd xan döyüşdən qaçaraq canını qurtara bildi. Məhəmməd xan Bəndər yaxınlığındakı bir qalada gizləndi.
Məhəmməd xan Bəlucun öldürülməsi
redaktəMəhəmməd xan Bəluc Şiraza gələrək Fars körfəzindəki quldurların da yardımı ilə adalardan birinə qaçmaq istəyirdi. Lakin o bunu bacarmadı və həbs edilərək Nadir xanın hüzuruna gətirildi. Nadir onun gözlərinin çıxarılmasını əmr etdi. Həmçinin Nadirin əmrinə görə üsyana qarışmış tayfalar uzaq şərqə sürgün edildilər. Üsyanı dəstəkləmiş şəhər əhalisinə qarşı cəzalandırma tədbirləri həyata keçirildi. Gözünün çıxarılması zamanı aldığı yaralara görə Məhəmməd xan Bəluc vəfat etdi.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Axworthy, 2009. səh. 139
- ↑ Axworthy, 2009. səh. 140
- ↑ Axworthy, 2009. səh. 141
- ↑ Axworthy, 2009. səh. 143
Mənbə
redaktə- Michael Axworthy. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant. I. B. Tauris. 2009. ISBN 978-1-84511-982-9.