Mehemmed Mirze Kasifus Seltene - Wikipedia
Məhəmməd_mirzə_Kaşifus-Səltənə - Haqqında Məlumat
Bu məqalə İranın xarici işlər naziri haqqındadır. hərbçi üçün Məhəmməd Mirzə Qacar səhifəsinə baxın. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Məhəmməd mirzə Əsədulla mirzə oğlu Qovanlı-Qacar (1862-?) — Qacar dövlətinin xarici işlər naziri.
Məhəmməd mirzə Qovanlı-Qacar | |
---|---|
Məhəmməd mirzə Əsədulla mirzə oğlu Qovanlı-Qacar | |
Doğum tarixi | |
Doğum yeri | Türbəti-Heydəriyyə, Lahican, Gilan, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Lahican, İran |
Fəaliyyəti | diplomat, siyasətçi |
Həyatı
redaktəMəhəmməd mirzə Əsədulla mirzə oğlu 1862-ci ildə Türbəti-Heydəriyyə şəhərində dоğulmuşdu. Mükəmməl saray təhsili almışdı. Fransız dilini gözəl bilirdi. Kaşifüssəltənə ləqəbini daşıyırdı.
Məhəmməd mirzə İran dövlətinin Parisdəki səfarətində katib işləmişdi. Istanbulda isə ticarət işləri ilə ilgilənmişdi. 1896-cı ildə Bоmbеy şəhərində kоnsul vəzifəsində çalışmışdı. Bir müddət Paris şəhərində yaşamışdı. Qacarlar dövlətinin xarici işlər naziri olmuşdu.
Məhəmməd mirzə Hindistandan çay kоlları gətirib, Gilandakı mülkündə əkdirmişdi.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.