Mehemmed Bey Suleymanbeyov - Wikipedia
Məhəmməd bəy İbrahim bəy oğlu Süleymanbəyov (1890, İrəvan quberniyası – 1920) — Cavad qəzası rəisi (1919–1920).
Məhəmməd bəy Süleymanbəyov | |
---|---|
14 oktyabr 1919 – 1920 | |
Sonrakı | Lütvəli bəy Zülqədərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1890 |
Doğum yeri | |
Vəfat tarixi | 1920 |
Təhsili |
Həyatı
redaktəMəmməd bəy Süleymanbəyov İrəvan quberniyasında əsilli ailədə anadan olmuşdur. İrəvan kişi gimnaziyasının məzunu, ali təhsilli hüquqşünas idi.[1] 1918-ci ildə Bakıya köçmüşdür. Azərbaycan Cümhuriyyəti Ədliyyə Nazirliyi sistemində müstəntiq vəzifəsində işə düzəlmişdi. Onu 1919-cu ilin payızında təcrübəli müstəntiq kimi DİN sahəsində işləməyə dəvət etmişdilər. Bununla əlaqədar Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin müavini, general-mayor Əliyar bəy Haşımbəyovun imzasıyla DİN-in adından Ədliyyə Nazirliyinə 8 noyabr tarixli 10980 nömrəli xahiş məktubu yazılmışdı. Məktubda Ədliyyə Nazirliyinin Bakı Məhkəmə Dairəsinin Balaxanı-Sabunçu sahəsinin müstəntiqi Məmməd bəy Süleymanbəyovun tutduğu vəzifəsindən azad oluna DİN-in sərəncamına göndərilməsi xahiş olunurdu. Məktuba müsbət cavab verilmiş və Məmməd bəy Süleymanbəyov tutduğu vəzifədən azad edilərək Azərbaycan DİN-in sərəncamına göndərilmişdi. Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri N. Yusifbəylinin 15 noyabr 1919-cu il tarixli əmri ilə Məmməd bəy Süleymanbəyov 14 oktyabr 1919-cu ildən sayılmaqla Cavad qəzasının rəisi vəzifəsinə (1-ci dərəcə üzrə 3.000 manat məvaciblə) təyin edilmiş və bu vəzifədə 1920-ci ilin yazınadək xidmət göstərmişdir.[2]
İstinadlar
redaktə- ↑ Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 190. ISBN 978-9952-5455-010.
- ↑ İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri — Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918–1920 Bakı – Mütərcim – 2013